Vüsal Hətəmov
Ərə gedən “kişilər” şəriətlə iki qadın alan kişilərdən daha hüquqlu sayılır
Desəm ki, yaman tərsə düşüb ölkəmiz, bunun özü də tərsinə başa düşüləcək. Niyə ki? Ondan ötrü ki, bizdə hər şey, hər zad tərsinə cərəyan edir. Meyarlarımız da tərsinə, baş-ayaq ölçülür. Nə kişi bilinir, nə də arvad. Arvad kimi geyinən əgər cəmiyyətimizdə kişi kimi yaşayandan daha hörmətlidirsə, daha nə gözləmək olar bu səltənətdən. Oğurluq, rüşvətxorluq haqqı divara sıxıb. Vicdanla yaşamaq istəyən insanlar əfəl, mağmın hesab edilir. Hansı uşaq desə ki, “mən böyüyəndə müəllim olacağam” ona geriqalmış, dünyagörüşü olmayan uşaq kimi baxacaqlar. Və düşəcəklər atasının üstünə ki, “özün bir gün görmədin, heç olmasa qoy balan adam kimi yaşasın.”
Heç camaatı da qınamaq olmur. Müəllim kimi ələ baxmaqdansa, müğənni kimi hörmətli olmaq daha məqsədə uyğundur. Əgər müəllim olmaq üçün illərlə baş doldurmaq lazımdırsa, heç müğənni olmaq üçün illər lazım deyil. Ən asan yoldur. Səs də lazım deyil. Soyun, ol müğənni. Xaricdə müğənnilik səslə ölçülürsə, bizdə görünməyən yerlərin nümayişi ilə bu tranplini aşırsan. Yetər ki, soyunub görünməyən yerlərini reklam edəsən.
Bu tərs dövranımız bəzi dırnaqarası kişilərimizdən də yan keçməyib. Onlar da pəpəş yeri tapdılar. Arvad paltarı geyinib “kişi” kimi öyünənlər bu gün daha çox təbliğ olunur. Bu gün kişi kimi söz demiş Mübariz İbrahimovdan çox arvad paltarında şou göstərən kişi artistlərimiz məktəb şagirdlərinə daha çox sırınır. Çünki ən güclü təbliğat vasitəsi sayılan teleefir demək olar ki, bundan başqa heç nə göstərmir. Düzdür, kişi paltarında o qədər kişi olmayanlar var ki. Amma ən azından onlar da kişi kimi yaşamağın həsrətindədirlər. Bəs bu arvad paltarına meyl edən “kişilərə” nə gəlib ki? Doğrudanmı artıq ölkəmizdə KİŞİ adında qəlibin ölçüləri itib?!
Ən acınacaqlısı isə budur ki, kişi kimi yaşayanların da bir çoxu bu gün bu hadisələrə soyuqqanlı yanaşır. Sanki bu ölkədə yaşamırlar. Bu gün ərə gedən “kişilər” şəriətlə iki qadın alan kişilərdən daha hüquqlu sayılır. Ərə gedən kişiləri hüquq müdafiəçiləri daha çox müdafiə edirlər. Amma kişi kimi iki ailə saxlayan kişilər sanki cinayət törətmiş ən qatı cinayətkarlar kimi gizli həyat sürürlər. Çünki iki arvadlılığa müqəddəs Quran icazə verir, “kişilərin” ərə getməsinə isə Avropa. Avropa da ki, nəyi bəyənirsə, “ziyalılarımız” onu bəyənməlidirlər. Fərqi yoxdur, istər peyğəmbəri təhqir et (nəuzu billah), istər milli adət-ənənələrini. Təki yeni bir şey de. Bu gün Azərbaycanımda dini, peyğəmbəri klassik şairlərimizi qəhrəmanlarımızı təhqir et (nəuzu billah), olacaqsan “ulduz”. Hələ üzdəniraq bəzi ziyalılarımız da sənə ad qoyacaqlar – FƏRQLİ DÜŞÜNCƏ SAHİBİ.
Bəli, dəyərlərimiz dəyişib, meyarlarımız itib, qiymətverənlərimizlə qiymətsiz “qiymətverənlərin” yeri səhv düşüb. Bəli, çox qəribə bir dövrə təsadüf etdi ömrümüz. Allah ölkəmizin kişilərini nakişilərin kişilənməsindən qorusun. Amin!
birlik.az

Комментариев нет:
Отправить комментарий