02.01.2013

Kievdə “Cühudları doğrayın!” şüarı ilə aksiya keçirilib

Kievdə cühudları doğrayın şüarı ilə aksiya keçirilibQafqAzNews “Novıy Region”-a istinadən xəbər verir ki, Ukrayna millətçiləri liderləri Stepan Banderanın təvəllüdünün ildönümünü məşəl yürüşü ilə qeyd ediblər. Yürüşün iştirakçıları “Bandera gələcək – zülm bitəcək”, “Bəsdir araq içdik – döyüşmək vaxtıdır”, “Cühudları bıçaqla doğrayın” tipli şüarları səsləndiriblər.
“Azadlıq” partiyasının təşkilatçılığı ilə keçirilmiş aksiyada 3 min nəfərdən çox insan iştirak edib. Aksiya zamanı iştirakçılar ilə polis arasında hər hansı qarşıdurma müşahidə olunmayıb.
Qeyd edək ki, Stepan Bandera (1909 – 1959) Ukrayna millətçiliyinin ideoloji banisi sayılır. 2010-cu o ölümündən sonra Ukraynanın milli qəhrəmanı ordeninə layiq görülmüşdür.

Комментариев нет:

Отправить комментарий