04.01.2013

Putin milli dildə təhsili “könüllü” etdi

Prezident Vladimir Putin Rusiyanın tərkibində olan müxtəlif milli respublikalarda yerli dillərdə təhsil almağın “könüllü” olmasını nəzərdə tutan qanunu imzalayıb.
İndiyə qədər Rusiya tərkibindəki milli respublikalarda yerli dil rus dili ilə yanaşı dövlət dili sayılırdı və orta məktəblərdə onların da rus dili ilə eyni səviyyədə öyrənilməsi məcburi idi.
Yeni qanun qəbul olunandan sonra isə valideynlər uşaqlarının yerli milli dillərdə təhsil almasından imtina edə bilərlər.
Bu qanun Rusiyanın tərkibindəki bəzi respublikalarda, o cümlədən Tatarıstan, Başqırdıstan, Çuvaşiyada etiraz aksiyalarına səbəb olub. Aksiya iştirakçıları deyirlər ki, bu qanun milli dillərin sıradan çıxarılmasına xidmət edəcək.
Məsələ bu yaxınlarda Tatarıstanda yaşayan rusların etiraz aksiyalarından sonra aktuallaşıb. Aksiyaçılar deyirdilər ki, qanunun əvvəlki forması onlar tatar dilini öyrənməyə məcbur edir.

Комментариев нет:

Отправить комментарий