01.01.2013

Sünni iqtidarlar nə üçün ABŞ yönümlüdür?

Rıza Zeylut
(Türkiyə)

İslam dünyasına bir baxın. Ərəbçi İslamın mərkəzi olan Sünni Səudiyyə Ərəbistanı, tam şəkildə ABŞ-a  təslim olmuşdur. Satdığı neftin pulunu belə ABŞ-da saxlamaqdadır. Körfəz ölkələrindəki Sünni şeyxlər, əmrlər ABŞ-ın qarşısında diz çökmüşdür.
Türkiyədə həmişə Sünni hökumətlər iqtidarda olublar və bunlar ABŞ-ın quyruğunda hərəkət ediblər.
Suriyadakı Sünnilər,  ABŞ tərəfindən idarə olunan hərakatın azılı qatillərinə çevriliblər.
Qısacası Sünnilik harada iqtidar olubsa  orada ABŞ mənfəətlərinin könüllü nümayəndəliyinə çevrilib.
Çox təəssüf ki həqiqət belədir.
Sünni qardaşlarımız oturub da niyə özlərinə sual etmirlər ki, "Nə üçün bizlər ABŞ rəhbərliyinin dəstəkçisinə çevrilirik?"

Və sualı davam etməlidilər: 'Bu dinin təbliğçisi  Hz. Məhəmməd (ə)  indi yaşasaydı ABŞ Başçısı Obama qarşısında günümüzün Sünniləri kimi davranardımı?'
SÜNNƏ BUDURMU? Sünni qısacası Peyğəmbərimiz kimi davranan deməkdir.
Allah xatirinə ey Sünni qardaşlarım! Peyğəmbərimiz indi yaşasaydı, Xristian dünyasının İslam dünyasını belə mərhəmətsizcə istismar etməsi qarşısında səssiz qalardımı? Müstəmləkəçilərlə əməkdaşlıq edərdimi?
Sünnənin Sahibi  bu gün yaşasaydı, "Allahu Əkbəəər!"   qışqıraraq din qardaşının üstünə ABŞ qumbarasını atmağı alqışlardımı?
Bu gün çox təəssüf ki, müsəlmanların qarşı-qarşıya qoyulması, müsəlman qanının axıdılması "Sünnə" paltarı altında tətbiq olunur.
İslam dünyasında ABŞ-a qarşı  kimlər müqavimət göstərir?
-Şiə  hökumətlər... Bəşər Əsəd  buna görə, "İsrail ilə razılaşmış olsaydım, başıma bunlar gəlməzdi" demişdi.
DİNDAR NƏSİL! 1990-cı illərin əvvəllərində kommunist sistemin çökməsindən sonra Qərb imperializmi özünə yeni  düşmənlər icad etdi: İslam dünyası və Çin. Bunu da 'Mədəniyyətlər Qarşıdurması' adı altında formalaşdırdılar. Arxalarınada Sünni hökumətləri alaraq  qarşıdurmanı icra etməyə başladılar.
Bununla İslam dünyasındakı ABŞ-a müqavimət göstərən Şiəlik çökdürməyi və ABŞ dostu Sünni idarəçilər iş başına gətirilməsini planladılar.
Əlbəttə ki, bu ABŞ yönümlü müsəlman idarəçilərin iqtidarda qalması üçün xalqlarının onları sevməsi lazım olacaq. Bunun yolu da "dindar nəsil" deyilən,ABŞ imperializminə səs çıxartmayan bir nəsil yetişdirməkdən keçir.
Türkiyədə bu plan sürətlə tətbiq olunmağa başlayıb. Demokratiya və insan haqqları adı altında, cəmiyyətin müəyyən bir siyasi elitanın əlinin altında saxlanılması istiqamətində tənzimləmələr başladılıb. 8 illik təhsilin parçalanması, normal məktəblərin heç ehtiyac olmadığı halda "imam-xətib" məktəblərinə çevrilməsi bunun ən güclü işarəsidir. Əlavə olaraq məktəblərdəki dərslər də dəyişdirilir. "Peyğəmbərin Həyatı", "Quran təhsili" kimi dərslər; ibtidai təhsil şagirdləri üçün həddindən artıq yükdür.
Məqsəd Quran öyrətmək deyil, uşaqların beynini mənasını bilmədikləri Ərəbcə sözlərlə doldurmaqdır, işğal etməkdir.
Dindar nəsil yetişdirmək adı altında düşünməyən, sorğulamayan bir nəsil yetişdirilir. Bunlar ABŞ mənfəətlərinə uyğun siyasi heyətləri bir növ Peyğəmbər kimi müqəddəs hesab edən nəsillər olacaqlar.
İSRAİL SEVİNSİN. İndi soruşuram!  Keçmişdə  hər Cümə günü  İsrail bayrağı yandıran dindar nəsil haradadır ?
Bir zamanlar 'One munite' rest çəkdiyimiz İsrailə indi ağızımızı açıb tək söz deyə bilirikmi?
Suriya savaşının  "Böyük İsraili qurma proyekti"nin bir alt mübarizəsi olduğunu anlayacaq ağılımız qaldımı?

xebername.org

Комментариев нет:

Отправить комментарий