25.01.2013

Üç noqtələrdə intihara qalxdılar sözcüklər...

Məhəmməd Gərgərli. Qısa şeirlər

1:

Sarışın qızıydı payız
Yarpağımdan öpdü bir yaz gecəsi
Və baş budaqlarım oldu qarğa yuvası…

2:

Üç noqtələrdə intihara qalxdılar sözcüklər...
Suçsuzuydum!
Həsrətindən yazmaq istədim bir az...

3:

ağlımda, “çiçəklər sənə bənzədikləri üçün“, ölümsüzdürlər, 
 bir güldür qadınım,
 solmaz...

4:
Gözlərin tüm silahların ağırlığıydı,
İlk baxışda güllələndim...


5:
Sənmiydin bu qaranlıqları ışıqlandıran,
Yoxsa mən yandım atəşdə…

Комментариев нет:

Отправить комментарий