Vüsal Hətəmov
–Oğlum, oxu, sən də bir yana çıx,
Ki elmlə olar bağlı qapılar açıq!
Alim olsan əgər, olar hörmətin,
Bilərsən dəxi hadisələrin hikmətin.
–Yox ata, pullu məmur olmaq istəyirəm,
Mən ayılmışam, vəzifəsizləri pisləyirəm.
İstəyirəm mən də qoşulam YAP-a,
“VƏTƏN!”, “TORPAQ!” deyib basım hapa-gopa.
Rüşvətsiz deyildir vəzifə qapıları açıq,
Güman etmə buna azacıq.
Vəzifə gərəkdir arzularımın çin olması üçün,
Rəhbər olmalıyam ciblərimin dolması üçün.
Mən də istərəm villalar dəniz kənarında,
Həyətində “CIP”lər, nökərlər kandarında.
İstərəm şəxsiyyətim insanlar arasında seçilsin,
Böyük qanunlar qarşımda kiçilsin.
İstərəm varımla süzüm göyləri,
Mümkünszüdür, qazanmasam “avro”, “göyləri”.
Pulsuz burada insanın hörmət-izzəti olmaz,
Pulsuz bu həyatın ləzzəti olmaz.
Puldur rüşvəti “hörmət” edən,
Kasıbı cəmiyyətdə töhmət edən.
De, mümkünmü, atacan, bütün bunlar YAP-sız,
Güclü olsan da gər, baltasan, amma ki sapsız.
YAP-dır bu ölkədə insana dəstək, sap,
YAP-dır bu ölkədə hakimi-haqq-hesab.
Amma ki pulsuz olsan, YAP da işə yaramaz,
Pulsuz heç kəs heç kəsə buş bulamaz.
Atacan, pul etdi şərəfli şərəfsizləri,
Qul etdi tərəfli tərəfsizləri.
Pul istərəm, qapımda qul istərəm,
Pulum olsa, məni enməyə oğul istərəm.
Atacan, istəmirəm oxuyam,
Yoluma tikanlı məftil toxuyam.
Pulla deputat oldu müğənni, artist,
Pulla sosialist çevrildi oldu kapitalist.
Pulla müxalifət satıldı iqtidara,
Pulla leh çevrildi əleyhdara.
Pulla din mollası dinini satdı,
Sehrli lampa neçə əsrlik cinini satdı.
Pulla satdı dindar təriqətini,
Pula satdı hakim şəriətini.
Pulla müxalifət satıldı Qərbə,
İndi xalqa arxadan vurur zərbə...
İncimə ata, könlümdən keçir olam deputat,
Nəslim üçün mən də yığa biləm pul-varidat.
Mənə demə, atacan, “alim ol!”
Həyat özü mənə deyir “zalim ol!”
İncimə, atacan, odur ki, YAP -a qoşulmaq istəyirəm
Milyonların söhbəti gedən haqq-hesaba qoşulmaq istəyirəm.
birlik.az

Комментариев нет:
Отправить комментарий