21.01.2013

Yeri

Sevinc Yunuslu

Getdiyim yollar tələsir
Yollar, yavaş yeri...
Düşən yarpaqlar tələsir,
Dallar, yavaş yeri...
Çölüm, düzüm sənə gəlir,
Yönüm, üzüm sənə gəlir.
Gəlir izim sənə gəlir,
Çöllər, yavaş yeri...
Şehsən göz yaşım süzülmə,
Tər ləçəyindən üzülmə.
Gedib sinəyə düzülmə
Xallar, yavaş yeri...
Demə alışsın o yansın,
Yorulsam yollar dayansın.
Çiçəklər, güllər oyansın,
-Yollar, yavaş yeri...

Комментариев нет:

Отправить комментарий