13.02.2013

BARIŞ, GÜLÜŞ

Xosrov Barışan

ACIQLI

Xəzər...
Dəniz acıqlıydı,
       Mən də acıqlı,
         Bir dalğa o bağırdı
                Bir dəniz də mən..!

ÜRƏK SANKİ MƏN

Mənim təkin
 Qaçmağa başlır ürəyimdə sənə sarı,
Sinəmin zindanı

  Bir meydan olur!
İnanmasan,
 Başıvı qoy sinəm üstə
      Dinlə ayaq səslərini...

BARIŞ, GÜLÜŞ

Kaş yenə də,
      Bir daha da
         Dodağımın bucaqları
           Üzümün yamacına dırmaşaraq
                         Bir-birindən küsəydilər...
Olalı küskün olar,
           Gülüşlə mən
                 Barışaydıq.

Комментариев нет:

Отправить комментарий