14.02.2013

DAŞ YUXULARIN DAŞ QINAĞI

Qalib Şəfahət

Hərdən fikirləşirsən ki, Əkrəm Əylisli gerçəkdənmi bu qədər qınağa layiqdir. Qınaq içərisində  yaşadığımız bir məmləkətdə.
Hətta bir dəfə, hamı Əkrəm müllimə hücuma keçəndə bir yazı yazdım: Əkrəm Əylislinin dubinkası yoxdu, yoxsa Əkrəm müəllimə heç kəs, heç nə deyə bilməzdi, qələmi var, biz də qələmdən yox, dubinkadan qorxuruq.
Hərdən eşidirsən ki, kimsə Əkrəm müəllimin qulağını kəsir. Amma fikirləşmirlər ki, bizim qulağımız çoxdan kəsilib, hətta yerinə pambıq da doldurulub, qanaxma olmasın deyə. Gözlərimizdə çıxarılıb, yerinə kukla gözlər qoyulub.

Mən Əkrəm Əylislini qınamıram da, haqqım da çatmır. Tərifləmirəm də. Daş yuxuları yazıb, oda öz işidir. Onu bilirəm ki, Əkirəm Əylisli böyük yazıçıdır. Bunu hamı deyirdi: yazıçısı da, aktyoru da, siyasətçisi də, hətta fəhləsi də.
Bəlkə də Gülər Əhmədovanın və Elşad Abdullayevində başları qarşıq olmasa idi,Əkrəm müəllimi topa-tüfəngə tutardılar. Axı biz beləyik. Bu yerdə Saxarovun bir sözü yada düşür: -Əsl kommunist olmaq üçun bütün komunistləri məhv edib, labaratoriyada yeni kommunist yetişdirmək lazımdır.
Biz millətin işi –gücü başından aşır,çörək pulunu güclə tapırıq,öz işini-gücünü buraxıb,daş yuxuların daş qınağı ilə məşğuldur.
Mən də çoxdandır bir roman yazmaq fikrindəyəm.Amma başqa məzmunda. Fikirləşməyin Əkrəm müəllimin təsiridi. Yox, bir ildir bu fikirdəyəm.Adi XAL olacaq, ya iravanda itirdiyimiz xal(iravanda xal qalmadı), yada ki,Sarasını itirən Xan çobanın ürəyinə düşən xal,ya da ki,Millət kimi ürəyimizə düşən xal.Elə üçü birində olsa yaxşıdı.Əslində özüm daha çox gözləyirəm. Nəyim var ki, xalq yazıçısı deyiləm, təqaüd almıram,şöhrət ordenimdə yoxdu. AYB-nin də üzvi deyiləm.
Amma özmüzə azda olsa hörmətimiz olsa yaxşıdı.

Комментариев нет:

Отправить комментарий