18.02.2013

“İsgəndər Həmidov qıçım boydadır, bir dənə qoysam, yox olar”

“İsgəndər Həmidov mənim yarım boydadır. Bir yumuruq qoysam, kifayətdir. O kimdir ki, məni döyüb maşının altına salsın”. Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Rasim Balayev sabiq daxili işlər naziri İsgəndər Həmodovun onu döyməsilə bağlı “Reytinq” qəzetinə dediklərinə münasibət olaraq bildirib.
İ.Həmidov qəzetə müsahibəsində bildirib: “Mən Rasim Balayev kimi adamlara başqa prizmadan baxıram. Bu adam "rol"a girib, hələ də çıxa bilmir. Bir dəfə Rasim Balayev əlində toppuz, üzü tük içərisində "Dədə Qorqud" filminin çəkilişindən gəlirdi.
Mübahisəmiz düşdü, bir yumruq vurdum, girdi "Qaz-24" avtomobilinin altına, çıxa bilmədi. Saçından tutub avtomobilin altından çıxardım. Toppuzuna da bir təpik vurdum, qalxdı göyə, o vaxtdan bu günə kimi hələ özünə gələ bilmir. Mən onlara həyatın tullantıları kimi baxıram”.
R.Balayev qeyd etdi ki, sabiq nazirin onun barəsində dediklərindən hələ özünə gələ bilməyib: “Onu həyatda cəmi bir dəfə görmüşəm. Məmməd Arazın yas yerində. Balamın canı, onunla üz-üzə belə gəlməmişəm. Guya məni vurub girmişəm “Qaz-24”-ün altına. O mənim qıçım boydadır. Bir dənə qoyaram, yox olar. Hələ indi qocalmışam. O vaxt Babəki, Beyrəyi oynayan vaxtlarım idi. Deyir, Rasimi vurdum, düşdü maşının altına, saçından yapışıb çıxardım, əlindəki toppuza da bir təpik vurdum. Mən toppuzla gəzən adamam? Çəkiliş qurtaranda toppuzu da qoyursan bazaya da. Özün ilə aparmırsan axı”.
Xalq artisti bildirdi ki, onun İ.Həmidovla heç vaxt münaqişəsi olmayıb: “Çəkilişlər olub Şamaxıda. İsgəndərin Şamaxıda nə işi olub? Gərək, “Qaz-24”-ü qaldırasan ki, mən onun altına girəm. Özü də məni  bir yumuruqla vurub maşının altına salıb. Bu adam yuxu görüb, nədir?  İsgəndərin nömrəsini axtarıram, özündən soruşacam, görüm bu nə sözdür danışıb?”.

Комментариев нет:

Отправить комментарий