19.02.2013

Mehriban Əliyevaya “Platin” Qələm Mükafatı verilib

Формула БезупречностиFevralın 16-da Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkətinin təşilatçılığı ilə tanınmış “Caran d’Ache” şirkəti Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “... Azərbaycanlıyam!” məhdud saylı “Platin” Qələm Mükafatının təqdimetmə mərasimi keçirilib.
Mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunub.
Platin Qələm Mükafatını namizədlərə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “Caran d’Ache” şirkətinin baş direktoru Silvio Laurenti təqdim ediblər.
Mükafat ümumilikdə 23 nəfərə verilib:


Azərbaycan Prezidenti İlham Əliyev
Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva
Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə
SSRİ xalq rəssamı Tahir Salahov
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
Xalq yazıçısı Çingiz Abdullayev
Yazıçılar Birliyinin sədri Anar
Bəstəkar Arif Məlikov
SSRİ xalq artisti Zeynəb Xanlarova
Xalq rəssamı Ömər Eldarov
ARDNŞ-nin 1-ci vitse prezidenti Xoşbəxt Yusifzadə
Xalq artisti Şəfiqə Məmmədova
Kinorejissor Eldar Quliyev
Kibernetika alimi Lütfi Zadə
Məşhur xanəndə Alim Qasımov
Teatr rejissoru Aleksandr Şarovski
Kamança ustası Habil Əliyev
Xalq şairi Vaqif Səmədoğlu
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
Əməkdar jurnalist Mais Məmmədov
Futbolçu Ələkbər Məmmədov 
Deputat, yazıçı-publisist Elmira Axundova

“Platin" qələmi yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.

modern.az

Комментариев нет:

Отправить комментарий