19.02.2013

SƏNƏ DEMİŞDİM Kİ…

Günel Treu

Sənə demişdim ki unudacağam,
Gördünmü mən səni unutdum necə?
Yoxsa sanırdın ki hər səhər-axşam,
Cəkilib bir küncə, sakit gizlicə
Sənincün göz yaşi axıdacağam?!
Sənə demişdim ki unudacağam.

Ayrılıq  dediyin "üç gün göz yaşı"
Mən səndən min dəfə tez unutmuşam.
Mən sənə demişdim  mələy deyiləm,
Ürəyi bərkimiş  qayayam, daşam.
Axı mən demişdim unudacağam…


Unutdum, istəsən təbrik et məni,
Sənsiz də gələcəy payızım, yazım.
Sən də ürəyimdən cixar, at məni
Sənin kimisinə sevgi nə lazım?
Gördünmü mən səni unutdum necə,
Sənə demişdim ki unudacağam!

Комментариев нет:

Отправить комментарий