11.02.2013

"Yüz il inqilab" romanı (şizofernik vicdan səsi etirafı)

Cəfər Bozorg Əmin

Modern öykü və roman, öykü  ilə roman alanında, yeni bir səbk olaraq, çağımızın yazarlarını, realizmin  və  naturalizmin qısıq çərçivəsindən  özgürləşdirərək, modern əsrin  tekniklərilə, əsrimizin  qonularını  araşdırıb  açıqlama olanaqı yaratmışdır. Modern öykü və romanın ən önəmli özəlligi, real  dünyadan  rəvayət  edənin  bəllirsiz və qaramtul  zehninə dönüş dür daha  doğrusu. Gerçək birər-birər zehnlərin  real  dünyadan  aldıqları  birəysəl  buluntudursa, eləsə öykü və roman yazarının  görəvi , gerçəyi  yenidən canlandırmaq və kopi  etmək  deyil (Virciniya Volf  demişkən:
bu  gerçəkdən  var olan  irənc  bir nüsxəsi  insanlara  yetər) karakterlərin (obrazların- personajların) gizli-gizəmli zehninin  dolambaclarını  dolanıb, eşələyib  və  deşələmək  deməkdir. Modern  roman  yazarı Fıroydun  naxud agahına  dayanaraq  obrazların  zahiri  qiyafəti, geyimi, yaşam yerini və ...bətimləmək  deyil, bir  pesikolog  kimi  obrazların  gizli naxudagah  və  görünməz  dib- bucaq  varlığını  araşdırıb, incələyib, göz önünə  çəkib  canlandırmaq  olmuşdur. Bu  üzdən  realisti  və  natoralisti  roman  yazarlarının  tərsinə, insanlar  arasında  baş  verən  çəkiş- bərkişləri  göstərmək  deyil. Obrazın  öz  içində, “ öz”- u  ilə  olan  içsəl  çəkiş- bərkişi  canlandırmaq  deməkdir. Modern  roman  rəvayət  tərzi , realisti  və  natoralisti  roman  rəvayətinin  tərzilə  tam  fərqilidir. Modernizm  çağının  durumu  icab  edir : modern roman  yazarı  real  həyatının  olaylarını  rəvayət  etmədən, romanın  əsli  obrazının  ruhi və  rəvani  deyişimlərini, təhəvvülünü  diqət  mərkəzinə  alıb, göz  önünə  alsın. Realisti  və  natoralisti  romanlarda  zaman  və  rəvayət  çizgisəl  olaraq  nəysə  modern  romanda  zamanın  və  rəvayətin  çizgisəl  durumu  pozulur, səyal  zehn  axımı  və  iç  monolog  teknikindən  dolayı  rəvayət  xatirələrin  buruşuq  bir  yumaq  səviyəsinə  çevrilir və  filaş bəklər  sağlanır.modern  romanda  zaman  önə, geriyə, indiyə  və  hətta  gələcəyə  çəkildikdə  səyal  və  üzəyən  bir  duruma  düşür. Bunun  nədəni  xatirələrin  rəvayət  edənin  zehnində  axımı  və  yürüşüdür. Bu  xatirələrin  axımı,  romanın  olaylarını  düzənli və  təqvimi  və  məntiqlə  rəvayət  etməsini  əngəlləyir artıq. Modern  romanda  zaman  real  dünyada  olduğu  kimi  deyil,  tam  zehni, axıcıdır. Hər  an  dal- qabağa  çəkilə  bilən  və  təqvimi  zaman  ötəsi  bir  üzəyən  zamandır. Bu  durum, modern  çağdan  dolayı, ravinin  ruhuna  enən  zərbələr, onun  ruhunun  düzənini  pozub  dalğınlaşdırmaq  deməkdir.  Çağımızın  insanı  bu  gün  şizofernik  bir  durumdadır. Bu  üzdən  bu insanin  etdigi  rəvayət də  dalğın, qarmaqarışıq və  düzənsiz  olmalıdır  kəsin.modern  romanda  oxucu  əsli  obrazın  iç  monologunun  dinləyicisi  olaraq, bu  araçsız  rəvayət  səyal  zehn  və  ya  zehn  axımı  kimi  yeni  rəvayəti  sağlayır. Rəvayət  edənin  baxış  açısının  tez- tez  dəyişimi  və  neçə yönlü  olması, modern  romanın  başqa  özəlligidir. Modern  romanda, realisti  və  natoralisti  romanın  tərsinə, romanın  yapısında, rəvayətində  özəl  tasar( tərh- pirəng) və  ilk- orta  və  son  kimi  şablonlaşmış  bölümlərdən  xəbər  yoxdur. Olayların  haradan  başlanması  bəlli  deyil  modern  romanda. Gahdan  modern  roman  bir  obrazın  həyatının  ortasından  və  ya  sonundan  başlanmasıda  görünür. Dönələr  olaylar  fılaş  bək  teknikindən  dolayısı  dal- qabaq  olur  və  bir  üzəyən  və  səyyal  mətn  fəzasi  və  düntası  yaranır. Modern roman  obrazı  şizofernik  durumundan  dolayısı, çevrəsilə, çevrəsindəki  insanlarla  tam  yaddır, biganədir. O yalqız  birisidir. Öz  iç  xəlvətinə  qapılmış  birisidir. Bu  obraz  bir  şampiyon  və  qəhrəman  deyil, zidd  qəhrəmandır. Qəhrəmana  qarşidır.buna baxaraq ki modern əsir epik və  himasə  qəhrəmanlarının  aradan  qaldırılma çağıdır deyə, modern roman  obrazıda  bir  qəhrəman  deyil, qəhrəman bazlığa  qarşıdır. Umudsuz  və  yalqızdır.
Bu  girişlə  yola  çıxaraq, azərbaycanın  dəyərli  şair  və  yazarı  sayman  aruzun  “ yüz  il  inqilab” romanının  oxunuşuna  gəlib  çıxmaqdır  amacım. “ yüz il inqilab” romanı  yuxarıda  qeyd etdiyim  əsaslara  dayanaraq, modern  roman  səbkində  və  rəvayət  tərzində  yazılan  bir  romandır. Bu  roman  real  həyatdan və  real  olaylar dan qidalansada, rəvayət  səbki  və  romanın  mətn  dünyası  real  həyat  dünyasından  fərqlənərək,  olaylar  yazar- ravinin  və  romanın  əsli  obrazının  zehnində  baş  verən  bir  olaylardırlar. O  obrazın  zehninin  axımı  və  iç  monologudur. Bu  rimanda  təqvimi  zaman  sürəci  və  çizgisi pozularaq, yazar  zamanı  səyal, axıcı  və  üzəyən  etdiyindən, rəvayəti  zigzagi,  zamanı  dal- qabaq  etməklə əli  açıq  olaraq, istədigi dünyanı və  yeni  obrazları  canlandırmaqda  uğur  qazana  bilmişdir. Roman  bir  nostaljik  rəvayətlə, yazar- ravinin  uşaqlıqda   yaşadığı  uşaqyana  və  xam  sevişməylə  başlanır. Hamı  üçün  çox  doğal  və  azma- çox o fəzani  yaşamış  olan  bir  səmimi  sevda  dünyasıyla  başlanır  roman. Bu  fılaş bəklə  başlanan  səhnə  oxucunu  maraqla  romanın  mətn  dünyasına  qapdırıb, romanın  dəvamini  izləməyə  vurğun  edir.bu  modern  romanın  temi  romanın  rəvayətçisi olan  əsli  obrazının  görəvinə  qarşı, paradox  bir  zehni  və  ruhi  durumda  yaşamasıdır. O  bir  müstəntiq,  bir  sorğuçu  olaraq  daşıdığı  görəvilə  ilgili, qulluq  etdigi  siyası- ideolojik  bir  sistimə  qarşı, zeh  və  düşüncə  deyişiminə  uğrayır. Bu  deyişim  təsadufi  olaraq , onun  uşaqlıqda  sevdiyi  bir  qızın  böyüyüb  millətçi  döyüşcü  suçundan  tutuqlananı, sorğulamaq  üçün  sorğuladığı  prosesində  rəvayətçinin  vucudunda  sağlanır. Bu  müstəntiq  ən  sevdiyi  birisindən  itiraf  almaq  üçün, onun  dırnaqlarını  çəkmək  , sonra  ona  təcanüz  etmək   zorunda  qaldığından, şizofernik  bir  duruma  da  düşür. Sevgilisinin  qurtuluşu  üçün  heç  nə yapmağa gücü  olmadan  onun  bakirəligini  götürmək  zorunda  qaldığında, sonunda  öz əlilə onu  qapıqa  tapşırmağada  zorlanıp  histirik  ruhi  duruma  uğrayır.bu  histirik  və paradox  durum, romanın  obrazında  bir  ziddi  qəhrəman  yaradaraq  onu  öz  görəvinə  qarşi  bir  dərin  nifrət  törətməyə, qulluq  etdiyi  siyasi- ideolojik  dini  məsləkə  və  sistimin  mahiyyəti  üzərində  düşünmək  zorunda  qoyur. O sanki  bir  ağır  yuxudan  ayılan  birisi  kimi, tam  keçmişindən, görəvindən  və  indiki  halindən  acıqlanaraq, əski  sevgilisinin  və  ona olan doğru  və  sədaqətli  eşqinə  qarşı  vicdan  peşmanlığı  və  itirafa  qalxır. Bu  itiraf  batağa  batmış  və  çeşitli  suçlara  bulaşmış  birisinin  itirafıdır. Yapdığı  yaramazlıqlar  və  suçların  dilə  gəlməsidir. Bu  romanın  təməl temi  eşqin  gücünün, siyasi  gücə  üstün  gəlməsi dir.bu tırajik  bir  rəvayətdə  bir  güclü  məqam  saghibinin, eşqin  yolunda  tam  məqamından və  mənfəətlərindən  vaz  keçərək  öz- qiyimina( intihar) qalxmağa  əl atmasıdır.bu  roman  modern  sevda  və  sevgi  tırajedisidir.romanda  olan  başqa  çevrəsəl  olaylardan  və  epizodlardan  vaz  keçirsək, romanın  əsli  mayası və  temi ilə yanaşi  başqa  bir temdə  görünməkdədir. Oda kimligi, kimligi  təmsil  edən  dili və ölkəsi  üzündən  fəda  olan  bir  millətçi azərbaycan  türk  qızının  himasəsi deyil. Məzlumluqla, təcavuza  uğraması, qara  baxtlığı, ama  yenilməməsidir. Xiyanətə  uğramamasıdır. Və  bu  dirəniş və dayanış  çox etgiləndirici  və  duyğulandırıcı  və  dutarlı  canlı  səhnə  və  ləhnilə  bəyan  olmuşdur. Bir millətçi  bu  prossesdə  itgin  düşdükdə  onun  davranışının  etgisində  başqa  bir azərbaycan  türk  milətçinin  gec olursada  doğuluşudur. Vicdanını  nidasını  dinləyib  cəsarətlə  suçlarını  dilə gəlməsidir. Bu  əsas  deyişim, yalnız  vəfali  və fədakar  bir  sevgilinin  sərt  inamı  üzündən  sağlana  bilmışdir. Bu  deyişim  sonunda  bir  qısır  üsyanla  sunuçlanır. Bu  ziddi  qəhrəman olan  sorğyçu  nihayət  suçlara  bulaşmış  özünə, qulluq  etdigi  siyasi- ideolojik  sistimə  qarşı  üsyana  qalxır. Bu  çıxılmaz sonuç tam  doğaldır. Romanda  baş verən  olayları  və  sonucu  gğzdən keçirəndə  nəysə  bir  şey  çözülməyir diyə  roman bir  intiharla  bitir. Romanın  baş  bilici  rəvayət edən  obrazının  siyasi  sistimə  bağlı  və  maşa olan  bir neçə  kişinin  teroru  toplumun  təməl  sorununu  çözmədən  uğursuzluğa  uğrayır. Bu  ziddi  qəhrəman  bu  davranışından  sonra  tam  yalqızlayır, cununa  uğrayır. Öz ulusunun  qucağına  sığındığı  əvəzinə  sonunda  öz- qıyımı( intiharı) seçir. Onu  bu  vicdan  əzəabından  qurtaran  şey itirafı la  yanaşı  yalnız  intihar olur. Onu  ölüm  rahatlaya  bilir.

Комментариев нет:

Отправить комментарий