02.04.2013

BİR SİQARETİN ÖMRÜ QƏDƏR

Elnur Nehmətov

Onunla bu  gün  rastlaşdım. Solğun  bənizi, dağılmış  saçları, ağlamaqdan qızarmış  gözləri  ruhumu  sarsıtdı.
Adı  Kamilə  olan  bu  qadının  üzündə  nifrət  dolu  bir  hayqırtı  var  idi.
Qəlbinin  paklığı  açıq-aydın  hiss olunurdu. Üzgün  görünüşündən, ilk  kəlməsindən  başa  düşdüm  ki, düşdüyü  girdabdan  çıxmaq  istəyir.
Onu  bu  hala  kim  salmışdı! Bir  qadın  heysiyyatına  toxunmağı  kim  bacarar axı?!
Ərlik  etməyi  bacarmayan  dırnaqarası  kişilərin  sayı  get-gedə artır. Ər  anlayışının  nə  olduğunu  dərk  etməyib  evlənən kişi  özünü  uçuruma  hazırlayır. Əslində, uçurum  anlayışını   bilən  buna  yol  verməz.
Bir  qadını  məhv  etməyin!
Lacivərd  almayın  ona. Ona  bir  xoş  söz  yetər. Hətta susaraq   baxmanız  yetər.
Onun  bircə  istəyi  var – nəvaziş. Yolları   tamam  başqadır... "Mən  onu  heç  sevmədim" –deyir...

Onu  sevməməmək  mümkün  deyildi. Mən buludlar  kimi  lalərəng  çöhrəni  unuda  bilmirəm.
Laübalı  baxışım  onu , bəlkə də, diksindirdi.Amma  mənim  nələr  çəkdiyimi  o bilmədi. Yəqin ki ,  bilməyəcək də. İçimdə  sonsuz  kədər  var.
Fikrimcə, həssas  olmaq  insanlığın  özülüdür. Bu  özülün  ovulmaması  üçün  diqqətli  olmaq  lazımdır.
Əgər  bir  gün  nifrətamiz  mənzərənin  obyekti  olsan , bu  tablonun  öz  tərəfindən çəkildiyinə  əmin  ola  bilərsən.
Kamilə -  məhzun  mələk!
Niyə  qıydın  o mələyə?
Çox  demirəm,  bir  siqaretin  yanaraq  külə  çevrildiyi  an  qədər  ona  vaxt  ayıra  bilməzdinmi?
Bir  siqaretin  ömrü  qədər!

Комментариев нет:

Отправить комментарий