Mənin eşqim cahan boyda dənizdi,
Müqəddəsdi, ləkəsizdi, təmizdi.
Bilsən varlığıma necə əzizdi,
Sənin yerin ürəyimdə başqadı.
Deyərdin ki, bir ocağin oduyuq,
Bu ocağın közü qalıb, odu yox.
Bir kimsədə ünvanı yox, adı yox
Sənin yerin ürəyimdə başqadı.
Mənə sev deyen də, qəm verən də sən,
Eşqimi göylərdən endirən də sən.
Sən mənim könlümün şah yerindəsən
Sənin yerin ürəyimdə başqadı.
Həsrət gəlib gözlərimdə bitsə də
Tanrı məni nəzərindən atsa da
Bundan belə könlümə kim yatsa da
Sənin yerin ürəyimdə başqadı
Müqəddəsdi, ləkəsizdi, təmizdi.
Bilsən varlığıma necə əzizdi,
Sənin yerin ürəyimdə başqadı.
Deyərdin ki, bir ocağin oduyuq,
Bu ocağın közü qalıb, odu yox.
Bir kimsədə ünvanı yox, adı yox
Sənin yerin ürəyimdə başqadı.
Mənə sev deyen də, qəm verən də sən,
Eşqimi göylərdən endirən də sən.
Sən mənim könlümün şah yerindəsən
Sənin yerin ürəyimdə başqadı.
Həsrət gəlib gözlərimdə bitsə də
Tanrı məni nəzərindən atsa da
Bundan belə könlümə kim yatsa da
Sənin yerin ürəyimdə başqadı
Комментариев нет:
Отправить комментарий