Məlihə Əzizpur
Heç nə marağımı çəkəmir bugün!
Yazın ilk günlərinin olması
"Gülüstan bağı"
Çiçək nəfəsi
"Gəcil qapısı"
və, orada
Kitab satan, bir histeryanik oğlan ...
Üüzgün gedirəm
Daş qaldırımlardan ötürəm.
Məftillərə sığınan "ərk"
Darıxmağımı dağıtmaq üçün
Dayanıb, uzun sürə baxdığım
Köhənə kitablar-qəzetələr
Saqqız satan, yazığım gələn uşaq
Başmaq tikən kişi
Tabaqçılar
və hətta
Ana dilimə havlayan,
Bir it törəməsi belə
Marağımı çəkəmir bugün.
Yalnız, əllərini düşünürəm uzaqlarda
Bir də, butasından uzüləsi duran
Sarı yazqılı bır qızıl gülü ...
***
Səndən dönürəm!
O qədər böyümüşəm ki
Şəhər qalxıb ayağıma.
Mən, dop-doluyam bu axşam !
Ürəyimi patlamaq istəyirəm avuclarına
"Nar" kimi ...
Səndən dönürəm !
Özümə vara bilməmişəm hələ.
Heç nə marağımı çəkəmir bugün!
Yazın ilk günlərinin olması
"Gülüstan bağı"
Çiçək nəfəsi
"Gəcil qapısı"
və, orada
Kitab satan, bir histeryanik oğlan ...
Üüzgün gedirəm
Daş qaldırımlardan ötürəm.
Məftillərə sığınan "ərk"
Darıxmağımı dağıtmaq üçün
Dayanıb, uzun sürə baxdığım
Köhənə kitablar-qəzetələr
Saqqız satan, yazığım gələn uşaq
Başmaq tikən kişi
Tabaqçılar
və hətta
Ana dilimə havlayan,
Bir it törəməsi belə
Marağımı çəkəmir bugün.
Yalnız, əllərini düşünürəm uzaqlarda
Bir də, butasından uzüləsi duran
Sarı yazqılı bır qızıl gülü ...
***
Səndən dönürəm!
O qədər böyümüşəm ki
Şəhər qalxıb ayağıma.
Mən, dop-doluyam bu axşam !
Ürəyimi patlamaq istəyirəm avuclarına
"Nar" kimi ...
Səndən dönürəm !
Özümə vara bilməmişəm hələ.
Комментариев нет:
Отправить комментарий