İranda ən güclü pərdəarxası qüvvə ,,Höccətiyyə,, adlanan gizli şiə təşkilatıdır. Cəmi 12 üzvü var. Şüarı belədir ,,İmam Mehdi zühur etməyənə qədər kimsə onun adından danışa bilməz!,, Bu o deməkdir ki, yəni biz İmam Mehdinin Kollektiv portreti, onun bir növ nazirləri, kölgə kabinetiyik. Bizim iradəmizdən kənar ölkədə heç nə baş verməz. Ölkənin bir çox mötəbər simaları, ən peşəkar xalça ustaları, hərbçilər, kəşfiyyat rəhbərləri, alimləri elmi mütəxəssisləri həmişə ,,Höccətiyyə,, ilə sıx tellərələ bağlı olub. O cümlədən dahi və sevimli şairimiz Məhəmməh Hüseyn Şəhriyar da. Şairimizə təklif olunmuşdur ki, ,,şair-dərviş tayfasinin ən layiqli nümayəndəsi kimi Höccətiyyə ilə əlaqə saxlasın,,. Axı, İranın iki sultanı var; birinci ən kasıb dərviş baba, İkincisi isə ən varlı ölkə hakimi.
Bu gedişlə Ağaye Şəhriyarın da boynuna belə bir öhdəlik düşür ki, o elə yaşasın, elə mənəvi yüksəkliklərə qalxsın ki, bir gün hakim iqtidar sahibi gecə yarısı məhz özü gəlib onun qapısını döysün, məsləhətləşsin onunla, vəziyyətdən çıxış yolu göstərsin. Hər bir şairin boynuna düşən bu mənəvi vəzifəni ustad Şəhriyar ən yüksək səviyyədə həyata keçirir. Vəfatından 6 ay öncə ölkə rəhbəri Xameneyi onu ziyarət edir, beləcə ,,Höccətiyyə,,nin tapşırığı yerinə yetirilir.
,,Höccətiyyə,,nin bir başqa maraqlı cəhəti Qumdakı Cəmkəran Məscidiylə əlaqədardır. İranda bir adət var, başına bir bəla gəldimi, əlin dünyadan üzüldümü, bütün ümidlərin puça çıxdımı, hə, özünü boşyerə yoraraq fani və amansız dünyadan heç bir çarə gözləmə. Dərhal get Qumdakı Cəmkəran məscidinə, bir məktub yaz Qeyb İmamın ünvanına. Sonra da məktubu məscidin həyətindəki dərin quyuya at. İmam dərdini oxuyub sənə çarə tapar əvvəl-axır. İran İslam İnqilabınadək əsrlər boyu bu məktublar ,,Höccətiyyə,,nin xüsusi analizindən keçirilir, bu yolla insanların vəziyyəti dəqiq müəyyənləşdirilirdi. Sadə insanları düşündürən ən incə mətləblər barədə tam bilgi əldə edilirdi, bəzi məktubların yiyələrinə dövlət tərəfindən gizli şəkildə yardım edilirdi. Camaata da elə gəlirdi ki, bu yaxşılığı onlara İmam özü edir.
,,Höccətiyyə,,nin ən böyük uğurlarından biri də İran Xüsusi Xidmət Orqanı olan ,,ETELLAT,,ın prezident Əhmədi Necatın səyi nəticəsində ,,Höccətiyyə,,nin tam ixtiyarına keçməsi oldu. Beləcə bu sahəyə də başqa ab-hava gəldi. Əhmədi Necatdan həmişə eşitdiyimiz ,,İmam Mehdi,, ,, Mehdi Ordusu,, dediyi vaxt gözünüzün önünə nurlu sifət sahibi, məchul bir qüvvə görünməsin. Tam real ,,Höccətiyyə,, təşkilatı canlansın.
İlahi qüdrət sahibinə məktub yazmaq adəti hətta İsraildə də var. yadınızdadırsa ABŞ prezidenti Barak Obama 2008-ci ildə Qüdsdə səfərdəykən belə bir məktubu öz adından yəhudi Allahına Ünvanlayib. 24 iyul 2008-ci il tarixində İsrail işğalındakı Qüdsü ziyarət etmiş Obama qəfildən gecə yarısı müşayətçilərinə elan edir ki, bəs biz burda bütün işlərimizi görüb qurtardıq bircə qalır burdakı Ağlaşma Divarına baş çəkmək, sonra hava limanına gedib təyyarəyə minməyimiz .Bildiyiniz kimi həmin divar Süleyman məbədindən qalmış yeganə nişanədir. Möminlər alınlarını ona dirıyib zikrə dalır, sonra yəhudi Allahına ünvanlanmış məktubları bu abidənin dəliklərində gizlədirlər. Beləcə yəhudi ravvinin bələdçiliyi İlə Obama ağlaşma divarının önünə gəlir, orada göz yaşlarını axıdıb sonra Yəhvaya ünvanladığı məktubu divarın dəliklərində gizlədir. Hətta Obamanın bu vəziyyətdə çəkilmiş şəklidə var. ,,Sən ağlaşma divarının qarşısında ya tabe olmalısan, yada onu dağıtmalısan,,. Həmin ağlaşma ayininin səhərisi günü ,,Mossada,, yaxınlığı ilə tanınan ,,Maariv,, qəzeti bütün dini-mənəvi qanunları pozaraq Obamanın həmin bu gizli məktubunu çap edir və bütün dünyanı məlumatlandırır.

Комментариев нет:
Отправить комментарий