04.07.2014

Kamil Rizayi - Sevgilim

sevgilim...
sənnən uzağa 
aparır bu yollar məni....
arxamnan ələnir saatlar...
bir qayçım olsaydı
kəsib doğrardim
bu yolları...
bir inəm olsaydı
tikərdim səni 
özümə
bir ömürlük...
kabus dolu yuxularımı
asardım
çəkilməyən 
pərdələrə...
yol çəkən paslanmış 
gozlərimi
səpərdim yoluna...

və...
udmazdım
siqaramın
dumanında sozlərimi...
sevgilim...
sən yoxsan...
nə vaxtsa gəlsən...
bir kul qabı al
dodaqlarıma
boşaldım
kullənmiş şeirlərimi..

Комментариев нет:

Отправить комментарий