Livanın keçmiş Baş naziri Səd Haririyə yaxın mənbə İraq-Şam İslam Dövləti (İŞİD) barədə şok faktlar açıqlayıb. Sızdırılan xəbərə görə, İŞİD İraqdakı son hücumlarının planını Ankaradan alırmış.
Axar.az xəbər verir ki, Livanlı milyarder Səd Haririyə yaxın mənbə bildirib ki, İŞİD-in İraqı parçalamaq, Suriyadakı qarşıdurmaları böyük Yaxın Şərq müharibəsinə çevirmək və İranı çökürtmək üçün hazırlanan planı 2013-cü ilin noyabrında Türkiyədə hazırlanıb. Mənbənin verdiyi məlumata görə, plan ABŞ-ın Türkiyədəki səfiri tərəfindən irəli sürülüb.
Mənbə bildirib ki, plan 2013-cü il noyabrın 22-23-də Ankarada təşkil olunan Atlantika Şurası Enerji Zirvəsində bağlı qapılar arxasında hazırlanıb:
“Atlantika Şurası ABŞ və NATO xarici siyasəti və geopolitik mövzuda ən nüfuzlu zirvələrdən biri sayılır.
Türkiyədə təşkil olunan zirvədə çıxış edən Fridrix Kempe Enerji Zirvəsinin və Yaxın şərqdəki vəziyyətin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün mövcud vəziyyətin dönüş nöqtəsidir. Eynilə 1918 və 1945-ci illərdə olduğu kimi. Türkiyə bölgədə sabitliyi qorumaq baxımından mərkəz nöqtədir. ABŞ və Türkiyə əlaqələri nə qədər genişləndirsə, bir o qədər təsirli olacaqlar”.
Malikiyə vaxt veriləcəkdi
Mənbə bu görüşdə İraqın Baş naziri Nuri Əl-Malikiyə təzyiq vasitələri haqqında da danışıb: “Bağdad 2013-cü ilin əvvəlində Deyr Əz-Zordakı Suriya neft yataqları mövzusunda və İraqın şimalındakı kürd bölgələrində muxtariyyət mövzusunda güzəştə getsəydi, İraqın vəziyyəti bugünkü kimi olmayacaqdı. Malikiyə vaxt veriləcəkdi. 2013-cü ilin martında ABŞ Dövlət katibi Con Kerri İraqdan Suriyaya silah satışını qadağan etdi. Halbuki ABŞ öz silahlarını Səudiyyə Ərəbistanı vasitəsilə İraq və İordaniyadan İŞİD-ə göndərirdi. 2013-cü il aprelin 22-də Avropa Birliyinə daxil olan 28 ölkədən 27-si Suriya müxalifətinə maliyyə dəstəyi vermək üçün müxalifətin nəzarətində olan bölgələrdə Suriya neftini idxal etmək qadağasını aradan qaldırdı”.
Rəsmi Ankara Kürd muxtariyyəti üçün Malikiyə təzyiq edib
Mənbənin bildirdiyinə görə, Türkiyə İŞİD-in bölgəni nəzarətə götürəcəyindən əvvəlcədən xəbərdar imiş: “Hətta bu mövzuda Türkiyənin Enerji naziri Taner Yıldız Kürdüstanın Enerji naziri Havrami ilə gizli razılğa da gəlib. Onlar arasında olan razılığa görə, Şimali İraq nefti Kərkük-Ceyhan boru kəməri vasitəsi ilə ötürüləcəkdi. Buna görə də rəsmi Ankara kürdlərin muxtariyyəti uğrunda Baş nazir Malikiyə çox təzyiq etdi”.
Keçmiş Baş nazirə yaxın olan mənbə onu da bildirib ki, İŞİD-in fəaliyyət planı nöqtəbənöqtə yazılıb: “2013-cü ilin avqustunda Suriyada neft yataqları İŞİD-in əlinə keçməli idi. Lakin bu plan iki səbəbdən müvəffəqiyyətlə nəticələnmədi. Birincisi, Böyük Britaniya Suriyanın bombalanmasından imtina etdi. İkincisi isə, Suriya ordusunun avqust ayında həm İŞİD-i, həm də Nüsra cəbhəsini Deyr əz-Zor-dan təmizləməsi oldu. Ən pis cəhət o idi ki, hər kəs neftin ABŞ, Türkiyə və Avropa Birliyi arasında necə bölünəcəyini müzakirə etməyə hazır idi. Noyabrda Türkiyədə təşkil olunan Enerji Zirvəsinin başlanılmasında da məqsəd neft bölgüsü idi”.
Ağ Evdə Malikinin başına silah sıxılıb
Mənbə onu da bildirib ki, Suriya ordusunun İŞİD-ə müqavimət göstərərək bəzi əraziləri geri almağına görə, Maliki ABŞ-a çağırılıb: “İraqın Kürdüstan bölgəsinın başçısı Məsud Bərzani və İraqın Baş naziri Nuri əl-Maliki 2013-cü ilin noyabrında Vaşinqtona dəvət edildi. Bundan sonar Vaşinqtondakı müəyyən dairələr Obamaya Malikinin başına silahı dayamasını tələb etdilər. Çox az vaxt qalmışdı. Obama isə bu barədə tərəddüd edirdi. Səfərdən qayıtdıqdan sonar Bərzani Şimali İraqdakı hakimiyyətini get-gedə itirməyə başladı. Noyabr əvvəllərində İraq neftini Türkiyə ərazisindən paylamaq və İraqı parçalamaq üçün hazırlanan bütün planlar Kərkük və Ankara arasında qurulmuşdu”.
İŞİD-i Səudiyyə Ərəbistanı maliyyələşdirir
Mənbə İŞİD-in maliyyə qaynaqlarına toxunaraq bildirib ki, terrorçu təşkilatı Səudiyyə Ərəbistanı maliyyələşdirir: “Səudiyyə Ərəbistanı kral ailəsinin öndəgedən adlarından olan Şahzadə Abdurrahman Əl-Faysal İŞİD terrorçuları arasında “əmir” seçilib. Şahzadə əməliyyatlara maliyyə xərcləri ayırmaqdan başqa bu təşkilatda məsul simalardan biridir. Lakin təşkilatın mərkəzi Ankarada olan ABŞ səfirliyidir. Məndə olan məlumata görə, səfir Fransis Rikkiardoni olmadan heç bir qərar verilmir”.

Комментариев нет:
Отправить комментарий