03.07.2014

Puç olmuş gənclik və elmin dəyəri

Rəşid Hacızadə

Vətənimiz müstəqillik qazanandan sonra gənclər arasinda avaraçiliq və narkomaniya daha da vüsət aldı

Bunun da əsas səbəbi kimi internet və ən əsası isə səviyyəsiz musiqiləri və əxlaqsız serialları göstərmək olar. Bu musiqilər və seriallar insan pisxoligiyasına çox böyük mənfi təsir edir və gənclər arasında dünya eyş-işrətinə bağlılıq oyadır ki, buda insan gələcəyini məhv edir. 
Gənclər bu yolu getdikcə axirətini unudur dünyanı isə əbədi sanır və bütün gələcəyini puça çıxarir. 
İmam Əli (ə) buyurub: “Elm kimi şərəfli iş yoxdur.” İnsan övladı dünyaya bağlılıqdan qopub dinə və elmə yiyələnsə, insanın yaranma hədəfinə hər gün bir addım daha yaxınlaşar və xam xəyallar qurmaz". 
Digər hədislərdə buyurulur ki, Qiyamət günü şəhidlərin qani alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanindan ağir gələr. Elm insani bir uçurumdan qurtaran yeganə yoldur.
İmam Sadiq (ə) buyurur: “Bir saatliq elm öyrənmək altmiş illik ibadətdən xeyirlidir.”
İslam dini həmişə elmi uca tutmuşdur ki, insanlar gələcəkdə yolunu azmasın haqq olan yola getsin. Allaha daha da bağlansın dünya malina göz tikməsin və axirətini qazansın.
Məhəmməd Peyğəmbər (s) buyurub: "Ən yaxşı əməllərdən biri cavanlıqda əldə etdiyin qocaliqda xərcləməkdir".
Gənclikdə elimlə faydalan ki, qocaliqda kor-peşman qalmayasan. Dünya həyatini düşünməkdənsə axirət həyatinı düşünüb qurtarasan sonradan peşmançiliğınız sizə heç bir fayda verməyəcək. Oxuyun çünki, mürəkkəbin axmadığı yerdən qan axir... (Əli Şəriəti) 

islamazeri.az

Комментариев нет:

Отправить комментарий