dilqemehmed.wordpress.com
Misir Mərdanov təhsil müəssisələrində hicablı vətəndaş görmək istəmir
Misir Mərdanov insanların vicdan azadlığını təhsil müəssisələrində sınırlanmasını istəyir.
İnsanların yetkinlik yaşına çatana qədər istəyərək və ya istəməyərək hicab taxmasına təkcə məktəbdə deyil, ümumiyyətlə qarşıyam.
Hicablı yaşamaq özünəməxsus bir yaşam tərzi olduğu üçün, şəxsin buna qərar verərkən ən azından orta məktəb biliklərinə sahib olması gərəklidir.
Uşaqlar valideynlərinin əqidəsinə uyğun olaraq hicab bağlamaq məcburiyyətində olmamalıdır.
Heç bir uşaq istəyərəkdən hicab taxmır. Bu, ailədə gördüyü dəyərlər və basqı sonucunda baş verir.
Yetkinlik yaşına çatmış hər bir şəxsin isə hicab bağlamaq özgürlüyününü olması vacibdir.
Ümumiyyətlə, artıq XXI yüzilin başlanğıcında qadınları hicablı və ya başıaçığa bölməyin özü əxlaqsızlıqdır.
Hicablı müəllimləri və tələbələri dərsə buraxmamaq diktaturanın bir parçasıdır.
Hicablı bir qadın müəlliməni dərsə buraxmamaq, onu həm mənəvi, həm də fiziki cəhətdən zorlanması deməkdir.
İnanclı qadın hicaba öz bəkarəti kimi baxır.
Bəkarətə toxunmaq əxlaqsızlıqdır.
Hicabın qadağasına sevinən, bunu içki masasında qutlayan insanları görürəm.
Geriçiliyə qalib gəldiklərini düşünən bir sürü avaranın olduğunu görürəm.
Tanrı üzərində qələbə çaldıqlarına qədər inanan bir yığın səfehləri görürəm.
Din deyəndə ancaq “siğə, 9 yaş, Ayişə” kimi anlayışlar yadına düşən savadsızları görürəm.
Gözümüzün qabağında dəqiq, qərəzsiz, vicdanlı kanal seçkilərin demokratik keçdiyini bizə bildirirsə, 1400 il öncə kimin kimlə necə və neçə yaşında yatdığını müzakirə etmək özü ədəbsizlikdir.
Əgər bu millətin xurafatçı dindarı siğədən yapışırsa, xurafatçı ateisti Ayişədən yapışırsa, nə gündə olduğumuzun fərqində olmalıyıq. Azərbaycanda zorakı şəkildə dindar-ateist qarşıdurması yaradılır. Bunun qarşısı vaxtında alınmalıdır.
Комментариев нет:
Отправить комментарий