29.07.2013

8 yaşlı şairin kitabı nəşr olunub

8 yaşlı şairə Anjelika Xəyyamın şeir kitabının təqdimatı olub

Kitabın ilk təqdimatı Qusarda keçirilib. Anjelika şeir yazmağa 5 yaşından başlayıb. Hazırda 8 yaşlı qızcığazın 80-dən yuxarı şeiri var. Qusar şəhər 4 saylı orta məktəbin 2-ci sinfində
oxuyan Anjelika şeirlərinin əksəriyyətini Azərbaycan dilindədir. Bununla yanaşı onun Ləzgi dilində də bir neçə şeiri var. Saf uşaq duyğularını qələmə alan azyaşlı şair RTV və ATV-də müxtəlif mövzulu verilişlərin qonağı olub. Yaşının az olmasına baxmayaraq şeirlərilə diqqət cəlb etməyi bacaran Anjelikanın kitabı nəşr olunub.
“Balaca kitab” adlanan şeirlər toplusunun redaktoru yazar Sərdar Amindir. Təqdimata rayon ziyalıları, yazarlar və müəllifinin yaxınları qatılıb.

http://www.youtube.com/watch?v=-72tH9D0cdY

Комментариев нет:

Отправить комментарий