12.07.2013

Cavabsız sevgi

Arzu Murad

Gözün arxada qalmasın,
Getmək asandırsa sənə.
Bu şəhərə yad deyiləm,
Necə ki yadlaşdım sənə.
Atdım daşı ətəyimdən,
Unutmağa çalışacam.
Səni həyatımdan silib,
Özgəsinə alışacam.
Qarşılıqsız bir sevgini
Ürəyimə göməcəyəm.
Üzərinə bir daş qoyub,

Divarını hörəcəyəm.
Dönüşü yox bu gedişin,
Zaman geri dönməz bir də.
Bu soyuqluq qırdı bizi,
Aramız isinməz bir də.

Комментариев нет:

Отправить комментарий