Cənab prezident!
Sizin ölkədə apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz bütün sahələrdə öz töhfəsini verməkdədir və sevindirici haldı ki, gələcəkdə qazanacağımız qələbələrin də təməli bu gün Sizin iradənizlə qoyulur.
Sizin hər bir sahəyə, xüsusən idmançılara və jurnalistlərə göstərdiyiniz qayğı xalqımızın ürəyincədir, ziyalılar Sizi alqışlayır və bunun nəticəsidir ki, beynəlxalq arenada idmançılarımız böyük uğurlar qazanırlar.
Ədəbiyyatımızda və ictimai düşüncəmizdə Heydər Əliyev və Rəsul Rza, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Anar, Fikrət Qoca dostluqları, münasibətləri olub və bu da ədəbiyyatımıza, ictimai fikrimizin inkişafına böyük töhfələr verib.
Bu gün Sizin də yaşıdlarınız olan yazıçılarla əlaqələrinizin daha da güclənməsini azulayırıq.
Azərbaycan ədəbiyyatı Nizami Gəncəvidən tutmuş bu günə kimi daim dövlətimizin yanında olub, bu gündə dövlətimizin və dövlətimizin rəhbərinin yanındadır. Sizin hər bir qərarınızı, hər bir siyasi addımınızı yazıçılar həmişə dəstəkləyir.
Cənab prezident!
Yazıçılarımızın əsərləri təkcə ölkə daxilində deyil, idmanımız kimi o da sərhədlərimizi aşaraq düşüncələrdə Azərbaycan bayrağını qaldırır və ölkəmizdəki söz azadlığını, sülh və demokratiyanı, işğal olunmuş torpaqlarımızın taleyini, xalqımızın ümümbəşəri duyğularını, bir sözlə, bütöv, azad, müstəqil Azərbaycan sevgisini dünya oxucularına aşılayır, ölkəmizi sivil, demokratik bir dövlət kimi dünyaya tanıdır.
Bizim güclü iqtisadiyyatımız və sülhə, azadlığa, əmin-amanlığa xidmət edən milli ordumuz. vardır. Biz bunu alqışlayırıq. Ordumuzla birgə bütün qələbələrin əldə olunmasında ədəbiyyat və mədəniyyət də iştirak edir. Bu ədəbiyyatın ordu kimi inkişafı da dövlətimizdən və şəxsən Sizdən daha çox asılıdır.
Biz yazıçılar ayrı-ayrı adamlardan kömək istəyəndə utana bilərik, amma dövlətimizdən və Sizdən kömək istəyəndə nəinki utanır, əksinə qürur hiss duyuruq. Çünki bilirik ki, bizim ədəbiiyatımız sahibsiz deyil, onun dövləti var və Sizin kimi ədəbiyyata, sözə, sənətə qiymət verən prezidentimiz var.
Sizin bu günlərdə jurnalistlərin mənzil məsələsinin həll olunmasında atdığınız möhtəşəm addım biz yazıçıları çox sevindirdi və ürəyimizdə bir arzu, bir istək doğdu ki, artıq Sizin qayğınızla yazıçılar üçün də bir yaşayış binasının təməli qoyula bilər. Ürəyimizdə bu hissi doğuran Sizin və Ulu Öndərimizin apardığı siyasət, ölkə ziyalılarına diqqət və ədəbiyyata olan böyük sevginiz oldu.
Biz yazıçıların sosial şəraiti çox ağırdı. Çoxumuz kirayədə yaşayırıq. Kirayə evlərdə oğul evləndirib qız köçürmək çox ağırdır. Gənclərimiz ev ucbatından ailə qura bilmirlər. Sosial şəraitsizlikdən yazıçılarımızın əksəriyyəti qələmdən ayırlmaq zorunda qalırlar.
Cənab prezident!
Bu məktubu sizə böyük inam hissi ilə və məhəbbətlə yazırıq. Bizim üçün də bir yaşayış binasının tikilməsinə qərar verməyinizi Sizdən xahiş edirik.
Hörmətlə: bir qrup yazıçı adından:
Qəşəm Nəcəfzadə,
Azərbaycan Yazıçılar Birliyi idarə Heyətinin üzvü, Avropada keçirilən Beynəlxalq Poeziya festivalının iştirakşısı...

Комментариев нет:
Отправить комментарий