20.07.2013

“Troyka”: dünən babaların idi, bu gün nəvələrin

rovshen novruzoglu1 300x222 Troyka: dünən babaların idi,Rövşən NOVRUZOĞLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru, professor

Araşdırma materiallarına görə ötən yüz ilin içində Azərbaycandan 14 min 895 nəfər Kommunist Partiyasını “söydüyü” üçün, 5 min 127 nəfər V.İ.Lenini, 2 min 916 nəfər Siyasi Büronu… Daha sonra 197 nəfər M.Ə.Rəsulzadəni, 256 nəfər Müstəqil Azərbaycan Respublikasını, 113 nəfər Milli Bayrağımızı,.. 2091 nəfər Azərbaycan KP.MK katiblərini… söyüb, təhqir etdikləri üçün həbs edilmişdilər.
Məlumata görə, Azərbaycanın hüquq mühafizə sistemində “Yalançı Şahidlər Qrupu” adı ilə “işgüzar” qruplar fəaliyyət göstərirdilər. Bu qrupların hər birində 10 nəfər iştirak edir, həftədə üç dəfə Azərbaycan Dövlət Universitetinin indiki İstiqlaliyyət küçəsindəki köhnə binasında dərs keçirdilər.
Dərslər bir qayda olaraq qapalı olurdu və dinləyicilər müntəzəm olaraq yaşlı hüquq işçilərini eşidirdilər. O vaxt “KQB”-nin 5-ci Şöbəsinə edilən satqınlığın və verilən yalançı məlumatların nəticəsində ötən əsrin son illərində 470 nəfər alim, yazıçı, şair, mühəndisdən izahat alınıb… sonradan bir qismi həmin saxta izahatlara görə uzun müddətli həbsə məhkum olunublar. (Bilmirəm, xoşunuza gəlib, gəlməməsinə baxmayaraq, bu belədir. Arxiv materiallarına baxılması vacibdir).
Sadaladığım bu rəqəmlərin arxasında çox güclü bir qrup dayanır. Məlumata görə “Yalançı Şahidlər Qrup”ları bu gün də məhkəmələrin önündə qərar tutublar.(?) Yəni köhnə ənənələr bu gün də sivil qaydada davam edir. Amma bizim məqsədimiz bu mövzunu şərh etmək deyil.
Araşdırma materiallarına görə, iyirmi ildən artıq müstəqil Azərbaycan Respublikası qurulsa da, rəsmi və ya qeyri-rəsmi qaydalar çərçivəsində bir nəfər tapılmadı ki, o vaxt həbs olunmuş adamlar haqqında ölkə parlamentinə müraciət etsin. Fikrimcə parlamentə müraciətin olmaması, tutulanlara bu gün bəraətlərin verilməməsi,.. maraqlı idi. Məsələn 1939-cu ildə Şamaxı kənd müəllimi Əliqulu Babaşov və onun oğlu Dadaş Babaşov yerli “NKVD” tərəfindən həbs olunaraq Bakıya gətirilir və yenidən onları Gəncə “Zona həbsxanası”na göndərirlər. Müəllimin tutulmasına şərait yaradan onun iş yoldaşı Habil Əmirov adlı bir müəllimin məlumatı olur. Məlumatda oxuyuruq:”…Kənd müəllimi Əliqulu camaatın içində kişini söyüb, abırdan saldı. Mənim gözlərim də doldu, ağladım. Dedim yazacam, dedi get yaz. Mən də yazdım. Bu adam müəllimlik adına şərəf gətirmir…”. Məlumatlardan bildik ki, 1939-cu ilin aprelin 14-də hər iki müəllimi Bakıya çağırırlar… Müstəntiq soruşur:
- Habil müəllim, siz zərərçəkənsiniz? (?).
- Bəli.
- Kimi söydü?
- Kişini…
- Yəni kimi?
- Stalin yoldaşı. Mikoyan yoldaşı… Vəssəlam.
Ədəbiyyat müəllimi Əliqulu müəllim daha kəndə qayıtmır. Sonra oğlu da eyni qayda ilə həbs olunur. Bu dəfə Əliqulu müəllim özü oğlunun üzünə dayanır…
Araşdırma materiallarına görə, Əliqulu müəllimin oğlu da kənd mollası Hacı Məmini güdaza verir… Hacı Məmi də traktorçu Əbil kişini… Hamısı da eyni qayda ilə “Kişini söydükləri” üçün… Nəticəyə görə bir “Troyka” 36 nəfərin axırına çıxır.
1.M.D.(S) Bağırov + A.Q.Mürsəlov + M.S.Hacıyev – “Troyka”sı. (İlk Azərbaycan “Troyka”sı 1934-cü il dekabrın 19-da təşkil olunub. “Taxıl Troykası” Astraxanbazar rayonunda (indiki Cəlilabad rayonu) quruldu.) Bu “Taxıl Troykası” 1934-cü il dekabrın 20-dən, 1935-ci ilin dekabrınadək ərazidən 42 nəfərin axırına çıxdı.
2.Q.B.Abdullayev + B.B.Babayev + X.A.Cahangirov – “Troykası”.
Bunlar Şamxorda (indiki Şəmkir) 1937-ci il fevralın 11-də quruldu. 19 nəfər Şamxor ziyalısının həbsində iştirak etdi və s.
Amma bizim “Troyka”lardakı soyadlarla bağlı (çox çətinliklə də olsa) maraqlı bir nəticəmiz var. Məsələn, uzun axtarışlardan sonra, əldə etdik ki, misal üçün Şəmkir “Troykası”nda iştirak edən Q.B.Abdullayevin kötüyündən olan nəvəsi (o da Abdullayevdi) məhkəmə sistemində işləyir. “Troyka”nın ikinci siması B.B.Babayevin nəvəsi təhlükəsizlik orqanlarındadır. “Troyka”nın 3-cü siması X.A.Cahangirovun nəvəsi də eyni qayda ilə prokurorluq orqanlarındadır. Və istər-istəməz düşünürəm: Azərbaycanda “Troyka” yenidən qurulsa, bu nəvələr yenidən birləşə bilərmi? Yeni bir “Troyka” yarada bilərlərmi? Fikrimcə, ot kökü üstə bitdiyindən bu mümkündür. Azərbaycanda mümkündür…
Ölüb, köçünü bu dünyadan çəkib gedənlərin ruhları şad olsun – deyə, onlara bəraət verin. Bəraət verin ki, dincəlsinlər.
Məlumata görə, Azərbaycanda 1936-cı ildən 1956-cı ilədək 14 “Troyka” aktiv iş görüb. Onlar istədikləri adamları şərləyib, divan tutublar. Bu “Troyka”ların nəvə-nəticələrinə gəlincə bu ayrıca tədqiqat obyektidir. Bu “Troyka”lar içərisində “Mənsumə Troykası” daha eybəcər işlər görüb. Bu “Troyka” ancaq qadınlarla məşğul olub. (Mən bütün bu faktları araşdırıb, belə qənaətə gəldim ki, nə vaxtsa bu istiqamətdə tarix üçün bir film çəkiləcək. Çünki dünyanın heç bir cinayət dəftərində və yaxud ensiklopediyasında belə bir qadınlardan ibarət “Troyka” yoxdur. O, ancaq bizdədir. O da maraqlıdır ki, “Mənsumə Troykası” 1948-ci il iyulun 19-da təhsil sistemində yaradılıb… (Allah özü qorusun bizləri). “Mənsumə Troykası”nın imzaları ilə (M.S.Əliyeva + X.Ş.Həsənova + C.D.Vəliyeva…) bir ilin ərzində 96 nəfər tələbə və müəllim (söhbət ancaq qızlardan və qadın müəllimələrdən gedir) həbs olundu, dindirildi.
Yadda qalan başqa bir məsələ də var. Məlumata görə, bu gün siyasi mühitdə yeni “Troyka”ların olması bəzilərini narahat edir. “Milli Şura”ya gəlincə oranın da öz “Troyka”sı var. Və ilk Milli Şura 1951-ci il mayın 17-də “Qızıllı Kilsə”də (yəni Erməni kilsəsində) yaradılıb. Əslində onu da yaradan Eminov + Manukyan + Yengibaryan “Troykası” olub.
“Azərbaycan Troykaları” ilə bağlı hələlik geniş və hərtərəfli tədqiqat aparılmayıb. Amma fikrimcə, hələ öyrənmədiyimiz və bilmədiyimiz çox mətləblər var…

ayna.az

Комментариев нет:

Отправить комментарий