20.07.2013

Mirbağır Bünyadov - Mənim susmağım

Ən gözəl aylarım, illərim sənin
qarışar tənimə tellərin sənin
oxşayar bu sısqa əllərim səni
susar dodaqlarım dodaqlarında.

Bu ki həqiqətdir, həqiqət, quzum
niyə nazlanırsan, niyə gülürsən
ayrıla bilməzsən susmalarımdan
mən necə susuram, sən ki bilirsən.

susaram bir huzur çökər otağa,
susarıq, düşərik dinməz yatağa
mənim susmağımla min il qabağa
min il də geriyə gedə bilərsən.


sonra danışarıq, durub gedərsən
gedərsən, içimdə qəmim olarsan
quzum, danışarkən sən başqaların
susarkən, susarkən mənim olarsan...

Комментариев нет:

Отправить комментарий