31.07.2013

Özün bil neylərsən,Tanrım

Sara Selcan

Bəs xoşbəxt olacaqdıq?                

Baxışımla yığıram
Xatirən dağılanda
Ağ atlı oğlan idin
Ömrümün nağılda.

Bəs xoşbəxt olacaqdıq
Niyə bərbad alındı
Simruq quşu da yoxdur
Desin al lələk yandır.


Hələ yaram istidi
Soyuqdu ayrılığın.
Yadından çıxmırsan
unutduğun varlığın.

Ən pis vərdişim

Mən elə bilirdim ki şeir
Tale naxışımdı mənim.
Atam-anam görüb dedi
Ən pis vərdişimdi mənim.

Neyləsəm də bacarıb
Keçəmmədim bu işimdən,
Düşüb bir az da acığa
Əl çəkmədim vərdişimdən.

Qulaq asmayıb heç nəyə
Böyüyüb özümdən çıxıdm.
Özün bil neylərsən,Tanrım,
Böyüyün sözündən çıxdım.

Комментариев нет:

Отправить комментарий