28.07.2013

"Sadəcə antik yox, postmodern Kamal mifinin də sonu çatıb”

Tənqidçi Əsəd Cahangirlə yazıçı Kamal Abdullanın polemikasına qoşulan növbəti yazar Kəramət Böyükçöl olüb. O, “Qafqazinfo”ya göndərdiyi reaksiyasında Əsəd Cahangirin ünvanına sərt ifadələr işlədib. “Qafqazinfo”ya açıqlama verən Əsəd Cahangirin də cavabı özünü çox gözlətməyib:
“Kamal Abdulla, siz mənim haqqımda yazı yazdınız, mən də sizin layiqli cavabınızı verdim.
İşçilərinizi və muzdlu xəbərdaşıyanlarınızı bizim aramızda olan bu münaqişəyə cəlb etməklə ictimaiyyətin diqqətini əsas məsələdən - “Yarımçıq əlyazma” romanınızdan yayındırmağa çalışmayın. Bu çox köhnə və primitiv üsuldur. Öz şantajınızda yeni metodlardan istifadə edin, axı siz modernist də yox, hətta postmodernist yazıçısınız.
Döyüşün də, oyunun da qaydaları var. Cavab gəlməlidir ki, cavab verəsən. Bu vaxtacan kabinetinizdə eşitdiyiniz böhtan xarakterli donosları ictimailəşdirməklə məni çayxana dedi-qodularına cəlb etmək istəyirsiniz? Alınmayacaq! Əgər gücünüz və haqqınız çatırsa, özünüz mənə cavab yazın ki, romanınız barədə son yazımı yazım və bununla da məsələ xətm olsun. Əgər cavab verməsəniz, bunu sizin qorxaqlığınız və öz məğlubiyyətinizi dolayı yolla etiraf etməniz kimi qiymətləndirəcəm. Və sübut olunacaq ki, sadəcə antik yox, postmodern Kamal mifinin də sonu çatıb”.

Комментариев нет:

Отправить комментарий