İxtiyar Hüseynli uzun illərdir “Ata!” deyə xitab etdiyi Bəxtiyar Sadıqovu yaxır
Yerini PA-nın sabiq şöbə müdiri Elnur Aslanovun qucağına dəyişən İxtiyar Hüseynli və “patron”u bir vaxtlar xorla yamanladıqları PA rəhbəri Ramiz Mehdiyevin adından sui-istifadə edərək yaramaz işlərlə məşğul olmağa başladılar
İnsan yaddaşı qısadır. Və bəzən unudur ki, anidən içinə düşdüyü çamura girmək üçün ömür boyu yol gəlirmiş.
Onun heç vaxt başqa yolu olmayacaqmış da. Zira, rus klassiki Qorki demişkən, sürünmək üçün yarananlar uça bilməzlər.
Heç kim unudulmayıb, heç nə yaddan çıxmayıb…
Nurçuların lideri Fətullah Gülənin Azərbaycandakı emissarı Elnur Aslanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamının rəsmi mass-mediada, o cümlədən rəsmi dövlət qəzeti sayılan “Azərbaycan”da dərc edilməməsinin bir səbəbi kimi bu qəzetin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlinin ölkədəki nurçu özəyin lap dərinlərinə sızmış “cahıl-cuhul”la eyni düşərgədə sıra aldığı göstərildi.
Kimdir, İxtiyar Hüseynli? Yəni onun qəzetdə Prezident sərəncamının dərcini durduracaq qədərmi səlahiyyəti var?
Bəlkə də onun personasına lazım olduğundan daha çox diqqət ayrılır, amma bu adamın xislətinin hansı riya və xəbislikdən yoğrulduğunu bilənlər düşdüyü yeri və ətrafındakı adamları mütləq yandırıb yaxacağından əmindirlər.
Necə ki, uzun illərdir – Ata! – deyə xitab etdiyi Bəxtiyar Sadıqovu yaxır.
…2001-ci ilin avqustu! Vaxt o vaxt idi ki, “Yeni Azərbaycan” qəzetində işləyən arıq, çəlimsiz İxtiyarın Prezident Heydər Əliyevi söydüyünə görə qəzetdən qovulması xəbəri yayıldı. Hələ deyilənə görə, baş redaktor Alqış Həsənoğlunun sürücüsü onu bir babət kötəkləyibmiş də.
Və o vaxt İ.Hüseynlinin pənah apardığı yeganə adam “Yeni Azərbaycan”la eyni dəhlizi bölüşən “Azərbaycan” qəzetinin şöbə müdiri Bəxtiyar Sadıqov oldu. Bəs sonrası?
Hər şey necə olmalı idisə, eləcə də oldu. Hadisə şahidlərinin söylədiklərinə görə, deputat Bəxtiyar Sadıqov “saqqal tərpədib” İxtiyarı yaramaz əməlinə görə danlamaq əvəzinə ölkə başçısı Heydər Əliyevin ünvanına üç-dörd qəliz ifadə də özü işlətdi. Düzdür, bu gün B.Sadıqov 13 il əvvəlki “qəhrəmanlığından” imtina edə, bunu onu istəməyənlərin şər-şəbədəsi adlandıra bilər.
Hansı oğru doğru olduğunu isbatlamğa çalışmır ki?!
Ancaq həmin hadisənin canlı şahidləri sağdırlar. Təsdiq edə bilərlər.
…2002-ci ilin apreli! Vaxt o vaxt idi ki, iqtidardakı biriləri ölkənin ən şərəfsiz, nanəcib, zamanında Heydər Əliyevdən danoslar yazan, Ali Sovetin sessiyalarında ayağını yerə döyəcləyən xəyanətkar simalarını qanadının altına yığıb Azərbaycan xalqının qeyrətli oğullarına qarşı soyqırımı “zonder-komandası” yaradırdı.
Elə həmin vaxtlarda Bəxtiyar Sadıqovun da bir çox türfə məziyyətləri uyğun gəldiyinə görə ulduzu parladı və onu “Azərbaycan” qəzetinə baş redaktor təyin etdilər. Məlumatlı mənbələrin dediyinə görə, o dövrün neft maqnatlarından mərhum Ramiz Mirzəyev bu təyinatın necə və “nəyə” başa gəldiyini bilənlərdən idi. Zira, adı gedən elementi iqtidara sırıyan və “saqqal tərpədənin” də özü olduğunu gizlətmirdi.
Bilsəniz, B.Sadıqov baş redaktor kreslosuna oturar-oturmaz neynədi?
Düz tapdınız, İxtiyar Hüseynlini qəzetə gətirdi. Özü də elə-belə yox, bir neçə şöbəni kəsib-doğrayıb yaratdığı parlament və siyasət şöbəsinə redaktor.
Heç kimdən, heç nədən hürküb çəkinmədən. Ətrafına açıq-aşkar meydan oxuya-oxuya. Zira, vaxt o vaxt idi ki, Heydər Əliyev xəstəliyi ilə əlləşirdi və hakimiyyət piramidasındakı Şər öz mövqelərini möhkəmlətməklə məşğul idi.
Bir də ki, burada təəccüblü bir şey də yoxdur.
“Kommunist” qəzetində işləyərkən ölkə kommunistlərinin lideri olmuş Heydər Əliyevi yamanlayan bir adam Heydər Əliyevin yaratdığı partiyanın qəzetində dövlət başçısını söyən bir adamı işə götürmüşdü.
Normal əxlaqdır!
Anormal olanı isə o idi ki, Bəxtiyar Sadıqov mövcud qanunvericiliyi “çeynəyərək” həmin vaxt düz-əməlli ali təhsili olmayan bir adamı şöbə redaktoru təyin etmişdi.
Qələbəni vaxtından əvvəl qeyd etmək düşmədi bu “trio”ya…
Bu gün mövqe, əqidə, prinsip kimi anlayışların siyasi leksikonun “rudiment”inə çevrildiyini müşahidə etməkdəyik.
İnsanın ikiləşməsi isə daha çox sosial-siyasi patologiyadır, residivdir.
Bunları nəyə görə söyləyirik?! İndi ölkədə cərəyan edən prosesləri təhlil edənləri, dövlətə ürəyi yananları, Türkiyədə baş verənlərin haçansa Azərbaycan iqtidarının da başına gələ biləcəyi perspektivini ehtimala alanları, nəhayət, barmaqları həmişə bu ölkənin nəbzində olan və hətta sərt tənqidi ilə belə dövlətçiliyə xidmət edən jurnalist ictimaiyyətini bir sual düşündürür: neçə oldu ki, ölkənin rəsmi dövlət qəzeti, Bəxtiyar Sadıqovun yalnız özünə məlum kriteriyalara görə “ölkənin birinci qəzeti” adlandırdığı bir mətbu orqan, nəhayət, Ü.Hacıbəyovun və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan “Azərbaycan” qəzeti “Hizmət”in xidmətinə keçdi?
Balığın başdan iyləndiyinin üfunətini duyan olmadımı?
Heç şübhəsiz, onu tanıyanların söylədiyinə görə, siyasi savad və hazırlıq sarıdan “göydən ulduz qapmayanlardan” olan B.Sadıqovu bu təhlükəli oyuna atan son illər onun “konsilyeri”liyini və ictimai əsaslarla menecerliyini yapan şər ortağı, özündən iki dəfə kiçik İxtiyar Hüseynlidir. Baş redaktorun ağlını qapdırdığı bu adam 1990-cı illərin sonlarında -təxminən elə Bəxtiyar Sadıqovun “Kommunist” qəzetində ulu öndər Heydər Əliyev haqqında hədyanlar yazdığı bir vaxtda, Çağdaş Turan adlı partiyanın gənclər təşkilatının sədri idi və “Müxalifət” qəzetində dərc etdirdiyi məqalələrdə Əbülfəz Elçibəyə müraciətlə hər kəlməbaşı – Atam! – yazırdı.
“Yeni Azərbaycan” qəzetində işlədiyi dönəmdə də İ.Hüseynli farağat durmayıb, hər girəvə düşdükcə hakimiyyətin üst qatındakı adamlara atmaca atmaqdan çəkinməyib.
Adı gedən qəzetin 12 may 2001-ci il tarixli 90-cı sayında İxtiyar Hüseynlinin millət vəkili mərhum Anar Məmmədxanovla “Azərbaycanda təbliğatla peşəkarlar məşğul olmur” sərlövhəli bir səhifəlik müsahibəsi dərc olunmuşdur. Yazının ümumi ruhundan da görünür ki, jurnalist hər vəchlə müsahibini provakasiyaya çəkmək, dilindən kimlərinsə adını qoparmaq istəyir. Məsələn, sual belə qoyulur:
- Anar müəllim, hakimiyyətin təbliğatının daha effektli alınması üçün belə təşəbbüslərlə çıxış edənlərin mübarizəsinin sonu necə olacaq?
- Ən əsası nəticədir ki, onda da biz qalib gələcəyik… Əgər kimsə Azərbaycandakı təbliğat siyasətini 60-cı illərə qaytarmaq isəyirsə, arxayın ola bilər ki, onun sevdası baş tutmayacaq.
Yaxud digər bir kifayət qədər “ibnəli” sual:
- Anar müəllim, siz söhbətimiz zamanı qeyd etdiniz ki, Heydər Əliyevin dövlət idarəçilik aparatının gəncləşməsi ilə bağlı çıxışını iki dövlət rəsmisi alqışlamadı. Onların bu proseslə razılaşmaması və buna maneçilikləri indi də varmı?
- Təbii ki, var!
Yəqin ki, təqdim etdiyimiz parçalardakı “şifrəli kod”ları açmağa elə bir ehtiyac yoxdur. 60-cı illərin təbliğatından söhbət gedirsə, iman və güman bir ünvana- yalnız Heydər Əliyevə tuşlana bilərdi.
O ki, qaldı iki nəfər məsələsinə, müsahibənin müəllifi həmin “etiket qaydlarını unutmuş” şəxslərin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənov olduğunu bildirmişdi.
Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin 13 fevral 2001-ci il 30-cu sayında dərc olunmuş “Heydər Əliyev və onun təbliğatı” adlı araşdırma yazısında isə ölkədə bu işlə məşğul olanların (məlum isimləri bir daha təkrarlamağa ehtiyac yoxdur – M.S.) yarıtmaz fəaliyyətindən bəhs edilirdi.
Yəqin ki, əlavə şərhə lüzum yoxdur. Az qala hər yazısında Ramiz Mehdiyevi “qaralayan” “sarıdimdik” jurnalist bir il sonra Heydər Əliyevi söydüyünə görə Heydər Əliyevin yaratdığı partiyanın qəzetindən qovulur və birbaşa Administrasiya rəhbərinin nəzarətində olan “Azərbaycan” qəzetində şöbə redaktoru təyin edilir.
İndi buna demokratiyamı deyək, siyasi riyakarlıqmı adlandıraq, antiƏliyevçilərin bir koalisiyada cəmlənməsi prosesi kimi izah edək?!
Ancaq fakt faktlığında qalır ki, sonrakı illərdə yerini PA-nın sabiq şöbə müdiri Elnur Aslanovun qucağına dəyişən İxtiyar Hüseynli və “patron”u bir vaxtlar xorla yamanladıqları PA rəhbəri Ramiz Mehdiyevin adından sui-istifadə edərək yaramaz işlərlə məşğul olmağa başladılar (fakt yaman şeydir – !).
Bu cür “məhsuldar” fəaliyyətin sayəsində “Yeni Azərbaycan” qəzetində işləyərkən velosipedi də olmayan İxtiyar Hüseynli indi həbsxana barmaqlıqları arxasında olan birilərini deputat seçdirəcəyi adı ilə (Elşad Abdullayev olayı ilə eyni vaxtda – !) “novostroyka”da ev, bahalı “Cip” alır, bəzi ağsaqqal deputatlar onun Qəbələdə istirahətini təşkil edir, bəzi icra başçıları… akademiklər…
Görünəni budur ki, hakimiyyətin üst qatında təmsil olunmuş bir çox vəzifəli məmur və tanınmış simalar ya bilərəkdən, ya da “palaza bürünərək” Fətullah Gülən camaatının Azərbaycandakı “hizmətçi”sinə çevrilmişlər.
Bu günlər sosial şəbəkələrdə yayılmış foto-şəkillərdə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlinin nurçu şəbəkənin, belə demək mümkünsə, mürşidindən tutmuş müridlərinədək, hamısıyla az qala “qol-boyun” olduğu görünməkdədir. Tədbirlər, mərasimlər, “ley-pey”lər…
Şəkillətdə Elnur Aslanovun, Ceyhun Osmanlının xaricdə Azərbaycanın təbliğatı ilə məşğul olan qırğılar dəstəsi. Restoranlar… barlar… şərab… şampan… əyləncə… Bir sözlə, “fransız xalqı” kef eləyir!
Prezidentin Azərbaycan həqiqətlərinin təbliği üçün səxavətlə ayırdığı pullar beləcə eyş-işrət məclislərinə xərclənir.
- Allah axıracan eləsin!- deyəcəkdik. Hərgah, aman vermədi!
Amma bu adam həmişəmi Gülən camaatına belə hüsn-təvəccöh bəsləyib?
Gəlin baxaq, tanış olaq.
Gec də olsa Elnur Aslanovun, Ceyhun Osmanlının, Fərhad Məmmədovun, lap elə bu piramidanın başında duranların da tanış olub ibrət götürməsi caizdir.
“Media forum” saytından: “Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” ölkəmizdə bir sıra məktəbləri, liseyləri, müəssisələri və media qurumları olan Fətullah Gülən qrupunu hədələyib. Qəzetin 16 may sayında dərc edilmiş “Todays Zaman”ın, onun sahiblərinin erməni sevgisi və Azərbaycan nifrəti haradan qaynaqlanır?” başlıqlı yazıda bu qrupa, onun Azərbaycandakı şəbəkəsinə sərt mesaj göndərilib”.
Müəllif İxtiyar Hüseynli yazır: “Son zamanlar Türkiyədə fəallaşan “gözəgörünməz əllər”, əslində isə Türkiyə ilə Azərbaycan arasında gərginliyin yaranmamasından əndişələnən qüvvələr, həm cəmiyyətdə çaşqınlıq yaratmaq, həm də Bakı-Ankara münasibətlərinə kölgə salmaq üçün xüsusi fəaliyyət göstərməyə başlayıblar. Sıralarına jurnalistləri, siyasətçiləri, ziyalıları, hətta deputatları da alan bu dairələr bəzi telekanallarda və qəzetlərdə ölkəmiz barədə iftiralar səsləndirirlər…”
Daha sonra məqalədə deyilir: “Məsələn, Türkiyənin böyük media holdinqi “Zaman” qəzetlər silsiləsinin ingiliscə variantı olan “Today’s Zaman” nəşri xeyli müddətdir pərdəarxası yürütdüyü antiAzərbaycan kampaniyasını artıq pərdələmir də!”
“Azərbaycan”ın şöbə müdiri məqaləsini sərt tonda davam etdirir: “Today’s Zaman” və onun önündə, arxasında, başında, ayağında dayananlar artıq bütün səmimiyyətlərini, obyektivliklərini itiriblər. Əcəba, “Today’s Zaman”ın tribunası olduğu şəbəkənin iqtisadi qanadlarının Azərbaycanda geniş şəbəkə qurmasına indiyədək kim mane olub?! Bu şirkətlərə iqtisadi güzəştlərdən başqa nə tətbiq olunub? Görəsən, “Zaman”ın türkcəsində, ingiliscəsində, Azərbaycancasında reklam yerləşdirən, bu qəzetləri himayə edən şirkətlərin hansı biri iqtisadi maneə ilə qarşılaşıb? Bəlkə nə vaxtsa “Çağ” Öyrətim və ona bağlı olan “Qafqaz” Universitetinə, məmləkətin bölgələrindəki liseylərinə, kurslarına, mərkəzdə yerləşən ofislərinə, yaxud qazandıqları milyonlara hər hansı təhlükə yaranıb? Bu şəbəkə heç Türkiyədə görmədiyi dəstəyi və himayəni məhz Azərbaycan iqtidarından və xalqından alıb, həmişə güzəştlə üzləşib!”
İndi də gəlin eyniadlı müəllifin “Azərbaycan” qəzetinin 2012-ci il 25 noyabr tarixli nömrəsində “Çağ” Öyrətim şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr olunmuş bir səhifəlik yazısından bəzi iqtibaslara diqqət yetirək:
1990-cı ilin qanlı yanvarında Azərbaycan qan içində boğulanda səsimizi dünyaya yayanlar da məhz bu insanlar idi. Onların mənəvi istinadgahları olan böyük maarifpərvər, mütəfəkkir Fətullah Gülən Xocaəfəndi İzmirdə on minlərlə insanın qarşısında uca minbərdən şəhidlərimizə göz yaşı tökdü…
Bu nə bəlağət?! Bu nə heyranlıq?! Bu nə hüsn-təvəccöh?!
Əcəba, söhbət bir qədər yuxarıda bir dovşana yük edilən “möhtərəm zat”danmı gedir? Bəs bayaqkı “Metsamor” reaktoru kimi püskürən” təbliğat necə oldu?!
Davam edirik: “Bir məqamı da vurğulayaq ki, zəmanəmizin böyük mütəfəkkiri, bütün varlığı ilə Azərbaycan sevdalısı olan Fətullah Gülən tərəfindən əsası qoyulan bu maarifçilik şəbəkəsi təmənnasız genişmiqyaslı fəaliyyəti nəticəsində haqlı olaraq Könüllülər Hərəkatı, Xidmət Hərəkatı kimi tanınır”.
Davam etmək də olardı. Ancaq hesab edirik ki, bu qədəri də yetər.
Bu arada çox güman ki, dəyərli oxucu”Today’s Zaman”la ilgili, sədası hakimiyyətin müxtəlif eşelonlarından gələn adamların adlarının keçdiyi skandal olayı da unutmuş deyildir.
“Həpimiz Ceyhun Osmanlıyız!”
Özünün “Art Qarden” restoranındakı qeyri-adekvat hərəkəti ilə elə gənclərin də arasında şok effekti yaratmış Ceyhun Osmanlının davranışının “vətənpərvərlik jesti”, yoxsa “prostoy stukaçlıq” olduğu ayırd edilməmiş nurçu düşərgəsinin mirzəsi İxtiyar Hüseynli müdafiə təriqilə “bakupost” saytında “Ceyhun Osmanlının yerində olsaydıq, nə edərdik?” adlı bir yazı ilə çıxış edərək bütün ölkə gənclərini “Pavlik Morozov”çuluğa səslədi. Eyni siyasi davranış mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərin, lümpen zehniyyətin daşıyıcılarından bundan daha artığı gözlənilə bilərdimi?
Martın 20-də isə eyniadlı müəllif “FB” səhifəsində bir daha Ceyhun Osmanlıyla bağladığı əhd-peymana sadiq olduğunu bu cür izhar edirdi: “… memleketde günün fotosu- eziz ve deyerli dostlarımla olan bu şekli paylaşmayan sayt qalmadı… men de paylaşıram: amma onlardan ferqli olaraq, sifariş, emr almadan!!! #friend #reket metbuatın acığına #gizledesi işimiz yoxdur”.
Bütün ölkəiçi və xarici səfərlərdə, tədbirlər sonrası eyş-işrət məclislərində bir yerdə olan, hakimiyyətə yönəlik müəmmalı planlarda birlikdə yer alan, “Hizmət”in Azərbaycandakı xidmətçisi də deyil, buyruq quluna çevrilmiş bu adamların səmimiyyəti də ən azı Vətənə, xalqa, dövlətə sevgiləri kimi saxtadır.
Ancaq bir məqam hələ də düşündürməkdədir. Rəsmi Ankara bu ölkədə mənəvi-siyasi diversiya ilə məşğul olan Fətullah Güləni xəyanətkar elan etdi, casus, namussuz adlandırdı.
Bəs “hoca əfəndi”nin Azərbaycandakı tör-töküntüləri necə? Onlar hələ də hakimiyyətin ən mühüm postlarında istehkam qurublar. Bu isə nurçuların Elnur Aslanovdan daha yüksək səviyyədə dəstəkləndiyi və bu “xəmirin hələ çox su aparacağı” anlamına gəlir.
PS. Aldığımız son məlumatlara görə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun dövlətçiliyə, Prezidentin yeritdiyi siyasətə zidd fəaliyyətinə etiraz əlaməti olaraq müxtəlif vaxtlarda qəzetdən istefa vermiş, yaxud da uzaqlaşdırılmış 30 nəfərə yaxın jurnalist Prezident İlham Əliyevə müraciət hazırlayır.
Hərarət artır!
azpolitika.info
Комментариев нет:
Отправить комментарий