Deputat Ceyhun Osmanlı nurçularla əlaqədə adı daha çox hallanan şəxslərdən biridir. Bu məsələ gündəmə gələndən Ceyhun Osmanlı barədə nurçularla işbirliyində olması, hətta özünün nurçu olması ilə bağlı ilginc məlumatlar yayılıb.
Lakin maraqlıdır ki, deputat bu məlumatlara münasibət bildirməyib. Əgər Ceyhun Osmanlı mətbuatda yazılanlara heç vaxt əhəmiyyət verməyən şəxslər kateqoriyasına aid olsaydı, onun susqunluğunu təbii saymaq olardı. Lakin məsələ burasındadır ki, Ceyhun Osmanlı “nurçu qalmaqalı”na qədər barəsində mətbuatda dərc edilən hətta bir cümləyə belə dərhal reaksiya verib, mövqeyinin təhrif edilmədən dərc olunmasını tələb edib. Əks təqdirdə problemi hüquqi müstəvidə həll edəcəyi ilə bağlı mətbuatı hədələyib. Bəs indi nə oldu? Niyə Ceyhun Osmanlı barəsində səslənən kifayət qədər ciddi ittihamlara reaksiya vermir? Görünür, bu iddiaları heç cür təkzib etmək mümkün deyil. /dia.az/

Комментариев нет:
Отправить комментарий