Bu barədə axar.az-ın əməkdaşı Xudatda sakinlərdən məlumat əldə edib
Məlumata görə, vəhabilərin qurduğu məhkəmə yalnız onların özü üçündür və həmin məzhəbdən olanların dövlət məhkəmələrinə müraciət etməmələri üçün yaradılıb. Vəhabi məzhəbindən olanların mübahisəli məsələləri məhz bu məhkəmədə həll olunur. Şəriət məhkəməsinin daha ədalətli olması, tərəfkeşlik etməməsi təbliğ edilir və yerli əhaliyə mübahisəli məsələləri bu məhkəmələrdə həll etmək tövsiyə olunur. Məlumatlı mənbə deyir ki, vəhabi olmayan şəxslərin həmin məhkəmə heyəti olan “ağsaqqal vəhabilərin” yanına getməsinə icazə yoxdur.
Burdan da aydın olur ki, insanlar şəriət məhkəməsi ilə həm də vəhabiliyə cəlb edilirlər. Vəhabilər bu məhkəmələri yaratmaq fikrini bu cür əsaslandırır: “İslam qaydaları ilə fəaliyyət göstərməyən dövlət kafir dövlətdir. Kafir dövlətin məhkəməsi də kafirdir. Kafirlərin müsəlmanların haqqında qərar çıxarmasına imkan vermək olmaz. Müsəlmanlar öz məhkəməsini qurmalı və mübahisəli məsələləri şəriətlə həll etməlidir”./axar.az/

Комментариев нет:
Отправить комментарий