I YAZI: İ(n)SANIN ZÜHURU
Getginən ölkəmizin ən it-bat, ən mərkəzi nöqtəsinə, ərinmə, baş vur onun gül ətirli, zibil qoxulu künc-bucağına, vallah, hər yerdə eyni bezdirici, oxşar mənzərəylə qarşılaşmasan, özzüm ölüm, adımı dəyişərəm– görəcəksən ki, bir dəstə avara, böyür-başlarında sadiq azarkeşləri, səhərdən axşamacan nərd vurur, dəqiqəbaşı əllərini yuxarı qaldırıb var gücləriylə nərdtaxtaya sonuncu ölümcül zərbə endirirlər. Sanki nöqtə qoymaq istəyirlər bu cansıxıcı gün-güzarana. Hamısı da qara geyimli, qara sifətli, qara saçlı. Hə, az qala unutmuşdum – hamısı da qara bəxtli. Nərddə udanlar da adətən bir qayda olaraq qara daşla oynayanlardı, ağlarla bel bağlayıb oyuna girişənlərin, eşidib-biləsiz, tez zamanda qanı qaralır- rəqiblərinə adətən uduzur onlar həmişə. Qalırlar yana-yana. Əlacları qalır siqaret tüstülədib siyasi mövzulardan danışmağa. Qısası, yaşa görüm necə yaşayırsan hər gün şahidi olduğun bu bezdirici mənzərələrin içində. Müxalifət qəzetlərinə əl atırdım əvvəllər adətən belə anlırımda – day buna da həvəs qalmayıb, kimə lazımdır ee indi ordakı dedi-qodu?
Həə, əvvəllər gördüm ki, səbrim kəsilir, baş götürüb gedirdim evimizin yaxınlığındakı İnqilab küçəsinə, ora-bura göz atır, hardasa xoş bir mənzərə axtarırdım ki, onun üzərində öz yorğun baxışlarımı dincəldim. Axırda gəlib çıxırdım həmin küçənin lap qurtaracağına- hardakı o gedib dirənir xaçpərəstlərin köhnə, baxımsız qəbirstanlığına. Dəmir barmaqlıqların arxasında daşdan yonulmuş çox gözəl bir mələk heykəli vardı əvvəllər orda- neçə illərdir ki, həm İnqilabın, həm eyni adlı küçənin qarşısında dayanar, məcbur edərdi ki, tarix də, biz də orda öz istiqamətini dəyişib başqa tərəflərə salaq öz mənasız yolumuzu.
Üç-dörd günün söhbətidir danışıram sizlərə – kimsə xəbər gətirdi ki, vəssəlam, xaçpərəstlərin həmin qəbitstanlığını «uf» demədən söküb axırına çıxdılar.
Dediyim o mələk heykəli- ay dadi-bidad!- daha sinə gərə bilmədi nə inqilaba, nə də ki, eyni adlı küçəyə.
Mən həmin heykəli çox sevirdim, bilirdim ki, onun sayəsində tarix də, inqilab da yolunu dəyişib başqa istiqamətlərə üz tutur. Özü də mən Fransa milli qəhrəmanı Janna Darka oxşadardım həmişə həmin o daşlaşmış mələyi. Nəysə, axırda onun da anasını ağlatdılar. Bunu bildikdə bərk kədərləndim.
Janna Dark əfsanəsi həmin heykəldən ayrılıb yenidən yeridi fikir-xəyal aləmim üzərinə.

***
Sizə elə gəlir ki, həyatda ancaq İsanın, Maşiaxın, Mehdinin zühuru əhəmiyyətlidir, «insanın zühürü» kimi tam yeni bir məfhumun indiki dəli zəmanədə heç bir dəyəri ola bilməz? Hə, hə, düz danışın, day keçib bizimki, özünüzü də, bizi də aldatmayıb deyin ki, bu belədir, İsa Məsihlə müqayisədə insanı əhəmiyyətsiz bir varlıq saydığınızdan bu sualın cavabını artıq çoxdan deyibsiniz özünüzə. Ancaq tarixi salnamələrdə bu qərarınızı yox edəcək yüzlərlə bilgilər var ki, düz deyirəm, orda İsanın, Maşiaxın deyil, «insanın zühurundan» söz açılır. Oxuyub şahidi olursuz ki, həə, belə də mümkünmüş bəzən.
Bəli… bir də bəli, indiki dövrü bəzi yekəbaş alimlər «Endkampf» ( almancadan tərcümədə bu « sonuncu döyüş» anlamını verir) kimi dəyərləndirirlər- «postmodernizm» də elə həmin dəyərləndirmənin bicbala övladıdır. Yəni dünyaya artıq heç bir yenilik, «modern» ayaq basa bilməz, dünya, bütün yenilikləri işlədərək özünü tükəndirib, köhnəlikləri bir azcana dəyişib yeni aranjmanlarda təqdim etməklə yırtıq çulumuzu sudan çıxara bilərik ancaq, vəssəlam, həyat tamam!
Fəlsəfə tamam…
1991-ci ildə Amerika filosofu Frensis Fukoyama bu fikirlərin «xətmül-ənbiya»sı kimi ortaya atılıb «Tarixin sonu» əsərini çap etdirdi- dünya fəlsəfi fikrinin sonunu isbatladı. «Susqun çoxluğun kölgəsində, yaxud sosiallığın sonu» əsərində bir az əvvəl fransız filosofu Jan Bodriyar da təxminən eyni qənaətləri təsdiqləmişdi – passiv insan kütləsi, entropiya qaynağı olaraq əvvəlcə dini təfəkkürü məhv etdi, sonra sosial fəlsəfi qurğuları (ilk növbədə marksizm-leninizmi). «Müəllif» (yəni modernist yaradıcı tənha insan) itdi, yerinə «anonim» (yəni postmodern kütlə) gəldi…
Burda fikrimizin sürətini azaldaq. Bəli, bildik, qandıq- dünya fəlsəfi fikri öz sonunu boynuna alır, bunun nəticəsi kimi TARİXİN sona çatdığı barədə hamıya həyacan xəbərdarlığı göndərir. Bəli, modernizm, yəni yeni fikirlər yaratmaq imkanı artıq keçmişdə qaldı, indi postmodern zamanasıdır.Yəni, təkamül nəzəriyyəsi daşa rast gəlib, köhnəliklərlə əlləşib birtəhər öz axırımızı gözləyək!
Beləysə, onda bircə anlığa susaq. Xristianlıq, musəvilik, şiə islamı, ay-hay, bunu elə bəribaşdan deyirdi də biz kütbeyinlərə! Deyirdilər ki, dünya çoxdan bitib tükənib, Məsihi, Moşiaxı, İmam axir əz-zamanı gözləməliyik ancaq, bəli, biz insanlar… Nooldu, fəlsfə də «axır zaman»dan danışmağa başladı, hə, Frensis Fukoyama, Bodriyar, J. Derridanın simasında?

Dayanın, dayanın bir… Necə bəyəm?- fəlsəfə öz süqutunu boynuna alaraq meydanı dinə, teizmə ötürmək istəyir bəlkə? Deyəsən yaxşı yerdə axşamladıq. İntibah dövründən üzübəri yaranmış bütün fəlsəfi diskurslar deyəsən məğlub olduqlarını artıq kimsədən gizləməyirlər?
Ancaq gəlin burda mövzumuzu azcana genişləndirək, «axır zamanda» İsanın zühurundan deyil, insanın zühurundan söz açaq, görək ki, dünya tarixində bunun zəif işartıları varmı heç olmasa?
Fransa tarixinin parlaq ulduzu Janna Darkın simasında biz bu mövzu ətrafında yetərincə söhbətləşə bilərik indi.

ORLEAN BAKİRƏSİ. 1420-30-cu illər Fransa tarixini öyrəndikdə, vallah, adamın ürəyi ağrıyır. Fransayla İngiltərə krallıqları arasındakı «yüzillik müharibə» o zamanlar özünün ən həlledici məqamına çatmışdı – 1415-də Britanya hökmdarı Henrix 5-ci Fransa üzərinə hucumunu daha da kəskinləşdirir. Bilir ki, Paris hökmdarı 6-cı Karl əməlli-başlı sərsəm dəlidir, təhlükəni duyunca dabanına tüpürüb qaçacaq. Hə, belə də olur, Fransanın quzeyi britanyalıların tam ixtiyarına keçir, Burqundiya feodalı İoann Qorxmaz ingilislərlə razılaşıb Parisə yiyələnir, Fransa hökmdarı psixi xəstə 6-cı Karlın arvadı İzabella ilə anlaşaraq məmləkəti idarə etməyə başlayır. Sərsəm şahın oğlu Dofin 7-ci Karl güc-bəlayla güneyə qaçıb birtəhər canını ölümdən qurtarır. Başına tac qoymadığı səbəbdən kimsə onu Fransa kralı hesab etmir- tac qoyma mərasimi isə yalnız Paris, yaxud Reyms şəhərlərində, oradakı baş kilsələrdə mümkündür, onlar isə düşmən tapdağı altındadır…
Kilsə, ordu, kral sarayında hərc-mərclik hökm sürdüyündən artıq onlar süquta uğrayıblar. Fransanı yalnız möcüzə xilas edə bilər… Bu vaxt xalq arasında əfsanə yaranır – Fransanı qadın, yəni İzabella məhv etsə də, hardansa bir bakirə qız peyda olaraq məmləkəti zülmdən qurtaracaq. Ölkə əlini dünyadan üzüb «axır zamana», apokalipsisə düşdüyünə inanaraq İsanın zühurunu gözləməyə başlayır.
Elə bu vaxt Fransada «insanın zühuru» amili ortaya çıxır-sadə Lotarinqiya kəndlisi Janna Darkın simasında.

13 yaşı tamam ola-olmaya bu kənd qızının qulaqlarına «qeybdən səslər» gəlir, həmin səslər Jannanın zənnicə xristian müqəddəsləri Mixail, Yekaterina, Marqaritaya məxsusmuş, kəndçi qızcığaz onların surətlərini də görə bilirmiş bəzən… Səslər xəbər verirmiş- «sən Orleanı mühasirədən çıxarıb dofini (şahzadəni) şah taxtına əyləşdirərək işğalçıları Fransadan qovacaqsan!»
17 yaşına çatınca Janna hərəkətə keçir, Vokuler şəhərinin başçısı kapitan Rober de Bedrikura pənah gətirib öz sirrini ona açır. Kapitan əvvəlcə ona şübhə ilə yanaşır, zənn edir ki, növbəti ruhu xəstəylə üzləşib. Lakin, Jannaya Janna deyərlər ee, o, geri çəkilmir, Orleandakı növbəti döyüşün fransızlarçün baha başa gələcəyini öncədən Bedrikura xəbər verir. Tezliklə Jannanın dedikləri təsdiqləndiyindən Bedrikur bərk sarsılaraq bu 17 yaşlı qızcığazı Fransa dofini Karla təqdim etmək qərarına gəlir.
Dofin əvvəlcə hiyləyə əl atıb Jannanı sınamaq istəyir, saraydakı kütləyə qarışıb gözdən itir, öz taxtına başqa birisini əyləşdirərək gözünü 17 yaşlı qızcığazdan ayırmır. Janna isə 300 nəfərlik saray əyanını bir-bir gözdən keçirdikdən sonra gəlib dofinin qarşısında dayanır. Qeybdən eşitdiyi xəbərləri bittə-bittə dofina çatdırır.
Ancaq bizcə məsələyə bir az başqa cür də nəzər yetirmək mümkündü- o vaxt Janna kimin qarşısında dayansaydı həmin kəs şək-şübhəsiz gələcəyin Fransa kralı olacaqmış.

Puatye şəhərindəki xristian alimləri Jannanı imtahana çəkib onun vəhy istedadını təsdiq etdikdən sonra məsələ bərk qızışır- din xadimləri icazə verirlər ki, Janna kişi libasında, zirehli geyimdə gəzsin. Xüsusi bayraq, ələm Jannanın ixtiyarına verilir. Sent-Katrin-de-Fyerbua kilsəsindən götürülmüş qədim qılınc da Jannanın istəyincə bu qızcığaza təqdim olunur. Əfsanələrə inansaq bu qılınc vaxtilə Böyük Karla məxsusmuş.
Sonrakı hadisələr o qədər parlaqdır ki, vallah, söz çatmaz onları təsvir etməyə- tezliklə Orlean mühasirədən qurtulur, Luara çayı hövzəsində britanyalılar bir neçə ağır məğlubiyyətə uğrayaraq geri çəkilir, ingilis sərkərdəsi hersoq Talbot fransızlara əsir düşür, artıq Reyms kilsəsinə gedən yol düşmənlərdən azad olunub, dofin tezliklə Fransa tacını orda başına qoyaraq 7-ci Kral adını qazanır.
Ancaq onun necə deyərlər «çörəyi ətəyindədir»- tezliklə o, Jannanı unudur, ordunu tərxis edib Orlean bakirəsini meydanda tək qoyur, bax bu vəziyyətdə Janna Burqundiya feodallarının əlinə keçir, tezliklə britaniyalılar böyük məbləğ hesabına Jannanı burqundiyalılardan satın alıb onu Ruan məhbəsinə salırlar.
Bu dəfə işə kilsə inkiviziyası qarışır.
Janna cadugərlikdə, haqq yolundan sapınmaqda ittiham edilərək tonqalda yandırılır. Düz 500 ildən sonra Vatikan Jannanı xristian müqəddəsləri sırasına daxil edir.

Gördüyümüz kimi hələ 15-ci əsrdə də vəziyyət elə indiki kimiymiş-dini məbədlər öz gücünü itirmiş, ordu quldur yığnağına, saray eyş-işrət yuvasına çevrilibmiş. Necə deyərlər, əsl «axır zaman» misteriyası! Bu o vaxt gündəmə gəlir ki bütün institutlaşmış anlayışlar öz fəaliyyətini tükədir, ümüd qalır həmin istitutlardan kənardakı adı böyük həriflərlə yazılmalı adi «insan» amilinə. Bəli, belə durumda «İsa» zühur etməsə də, «İnsan» bir xilasedici qüvvə kimi zühur edir-bizcə Janna Dark misteriyasına indi biz məhz həmin nəzər bucağından yanaşmalı, məsələnin kökündə bunu axtarıb tapmalıyıq.
Gəlin bunu rəmzi mənada «Janna Dark məktəbi» adıyla işarələyək, görək həmin məktəbin məzunları tarixdə hansı uğurlara, uğursuzluqlara məruz qalıb.

JANNA DARK MƏKTƏBİ. Tarixin tərs qanunları olmasa 20 əsrin ortalarında Tehran əyan qızları üçün ədabaz fransızlar «Janna Dark» adlı bir məktəb açmaz, bu məktəbin öyrənciləri sırasına Fərəh Diba kimi ictimai təfəkkurdən məhrum bir qızcığazı qatmazdılar. Bəli, «Janna Dark» fransız missioner məktəbində gələcək İran elitası yetişdirilməliymiş guya. Sonralar həmin Fərəh Diba İran şahı Məhəmmədrza şaha ərə gedib bütün həyatı boyu yalnız bircə müddəanı sübut etdi ki, o, qətiyyən Janna Dark məktəbinin yetirməsi deyil- İranın çətin günlərində ölkəni yox, iradəsiz ərini düşündü, 1946-cı ildə təkcə elə Təbrizdə 25 min günahsız insanı qətlə yetirmiş bu cəllada hər cür haqq qazandırdı, bir sözlə hər vaxt yalnız öz ailəsini savunaraq ölkəsini həmişə arxa sırada görmək istədi. Jannadan fərqli olaraq onun daxilində heç vaxt… bir də qeyd edirəm, heç vaxt «İnsan» zühur etmədi-1979-cu il İran İslam inqilabı yeri-göyü titrədərkən belə bu xanım öz melanxolik təfəkküründən ayılıb tarixin sərt sifətinə bircə nəzər yetirmək istəmədi ki, istəmədi. Onun xatirələri çox sevdiyi Fransada nəfis şəkildə çap olunub Paris kitab dükanlarının gözəl vitrinlərini bəzəyərkən, tərsliyə bir bax, «525-ci qəzet»in baş redaktoru Rəşəd Məcidin gözlərinə sataşdı. Elə də iş olar ki, bu kitab digər dünya xalqlarının tərcümə olunmasın? Dünya istebleşmenti bu cür fərdiyyətçi xanımları heç vaxt öz diqqətindən kənarda saxlamaz-tezliklə Rəşad Məcid həmin kitaba İstanbul dükanlarında da rast gəlir, görür ki, əhsən, Fərəh xanımın xatirələr toplusu türkcəyə də çevrilib, indi qalır onun azərbaycan türkcəsinə tərcüməsi. Nəriman Əbdülrəhmanlı gecəni gündüzə qatır, əsər dilimizə çevrilərək Rəşad Məcidin ön sözüylə Bakı oxucusuna çatdırılır.
Rəşad Məcid yazdığı ön sözündə neyçünsə bu kübar xanım barədə elə hey gözəl ifadələr işlədir, Təbrizdə minlərlə ananın gözünü yaşlı qoymuş bu zalım şah xanədanı barədə bircə kəlmə tənqid sözü işlətmir əsla. Neynək, kübar qadınların göz yaşı, «varlılar da ağlayır» fəlsəfəsi indiki oxucuya şirin gəlir bəlkə də. Gəlsin. Ancaq, Rəşad Məciddən fərqli olaraq xanım Pəhləvinin mübarək ünvanına öz iti qələmiylə yaylım atəşi açan bir jurnalist qadın da olub bu fani dünyada, gərək bunu da biləsiz. Həə, bax o, Fərəhdən fərqli olaraq gözəgörünməz «Janna Dark» məktəbi məzunuydu desək, necə deyərlər, durnanı gözündən vurarıq.
Adını deyim həmin igid qadının-tanış olun, çağdaş alman jurnalistikasının banisi, «Qırmızı Ordu fraksiyası» terror təşkilatının başçısı Ulrika Maynxof.

POSTMODERNİN DƏFİ-DƏFNİ. Əslində bu anlayışların biri digərindən çox da ayrılmır-nə fərqi var «İsanın zühuru», yoxsa «İnsanın»? İndiki postmodern, yəni dini təbirlə desək «axır zaman» dövründə onlar artıq eyni mənanı daşımaqdadır bizimçün. Özü də yalnız bunun təcrübəsində biz postmoderndən modernə gəlib çıxa bilərik axır ki. Bəli, İsa bərədə hələllik heç nə deyə bilmərəm, ancaq İnsanın zühuru indi günün ən vacib şərtlərindəndir. Təcrübə göstərir bu cür «axır zaman» dövrünü dəf etmək, postmodernin kor dalanından işıqlı modernə çıxmaq üçün qələm, fəlsəfə, ədəbiyyat arxa sıraya keçir, birincilik silaha, qılınca, müharibəyə verilir, yalnız bundan sonra dünyaya yeni modernizm gəlir. Uşaq olub pasifizmə qapılmayaq-bu halda biz Janna Dark misteriyasının nə olduğunu qətiyyən anlaya bilmərik. Yəni postmoderndən bircə çıxış yolu var-qələmli yox, silahlı mübarizə yolu. Yəni, Qarabağı virtualcasına muğamatla deyil, silahla azad etmək yolu.
Ölməz alman jurnalisti Ulrika Maynxof məhz belələrindən idi-o, indiki postmodern bataqlığında bir insan kimi zühur etdi alman jurnalları səhifələrində, əvvəl öz iti qələmi, sonra sərrast tapanca atəşləriylə. Belə atəşlərin birini o, qondarma Janna Dark məktəbi məzunu, İran kraliçası xanım Fərəh Pəhləvinin ünvanına tuşladı. Fərəhin alman bulvar dərgilərindən birinə verdiyi müsahibəni götürərək öz cavabını yazdı həmin məqalənin qarşılığında. Hə, bax orda dönüb oldu əsl Janna Dark məktəbinin əlaçı məzunu.
«Yay fəslini biz bütün vətandaşlarımız kimi İran Riverasında, yəni Xəzər sahillərində keçiririk», «Parisdən geri dönərkən elə hey öz milli plovumuzu, İran meyvələrini arzulayırdım, bərk darıxmışdım onlarçün», «İran qanun yasası sərtdir, şahın mütləq oğlu olmalıdır ki, gələcəkdə o, hakimiyyəti atasından təhvil alsın» - xanım Pəhləvinin bu bayağı ifadələrindən yapışaraq Ulrika daha qələmi yerə qoymur, daşı daş üstə qoymur qalsın, xanım Fərəhin miskin iç üzünü açaraq onu bütün Qərb aləminə göstərir. Məqalə oxuculara o qədər güclü təsir edir ki, İran şahı növbəti dəfə 1967-ci ilin 2 iyununda Almaniyaya səfər edərkən ona qarşı etiraz nümayişi düzənlənir. Nümayiş vaxtı faciə baş verir, alman polisi etirazçılardan birini – teoloq tələbə Benno Onezorqu tapancayla vurub qətlə yetirir.
Tarix bilir hansı dəqiqələrdən özüyçün yeni səhifə açır- Onezorqun qətli bütün alman gəncliyini hərəkətə gətirərək Almanya tarixində dönüş nöqtəsinə çevrilir. Onun dəfn mərasimindən sonra Ulrika dərk edir ki, bu gəncə görə o…məhz o özü cavabdehdi-Onezorqun nümayişə gəlməsi Ulrikanın antişah məqalələriylə əlaqədardı axı. Bu andan etibarən Ulrika qarışıq bir çox alman pasifistlərinin beyni sanki silkələnir, onlar radikalizmə keçib qələmi qılıncla əvəzləyirlər. Sol ideologiyanı bayraq edib şəhər qerilyasına qədəm basırlar. Virtual jurnalistik silah –qələm, gerçək silaha verir öz yerini. Postmodern bitir, modern başlayır alman gəncliyi üçün- «Qırmızı ordu fraksiyası» timsalında.
Janna Dark ruhu Fərəh Pəhləvidən yan ötüb öz gücünü Ulrikaya ötürür. O vaxtlar Ulrika Maynxof Almanyanın birinci jurnalisti sayılırdı, heç kimin ağlına belə gəlməzdi ki, o, qəfildən bütün bunlara tüpürəcək, etiraz yolunu tutaraq gizli inqilabı fəaliyyətə başlayacaq.
Əslində burda təəccüblü nə var ki?- Ulrika illər boyu öz iti qələmiylə alman istebleşmentinin qəddar sifətini açıb ortaya qoysa da, cəmiyyəti o, dəyişə bilmirdi- necə deyərlər, jurnalistlər hürür, alman kərvanları isə elə öz yoluyla gedirdilər. Qələm həmişə postmodernistik vasitədir, yadda saxlayın, odlu silah açır həmişə yeni işıqlı modernin yolunu.

Tehrandakı «Janna Dark» məktəbinin uğursuz məzunu Fərəh Pəhləviylə başlanan böyük savaşda gerçək Jannaya çevrilmək xoşbəxtliyi…bəli, buna gəlin lazımı qiymət verək. 1970-ci ilin 14 martı –adam olun, həmin tarixi yadınızda ömürlük saxlayın. Həmin gün Ulrika Maynxof bir məşhur jurnalist kimi Qərbi Berlinin ən qapalı məhbəsinə daxil olur ki, orda həbsdə yatan sol terrorçu Andreas Baaderdən müsahibə alsın. Ancaq öz peşə borcunu Ulrika bir başqa cür həyata keçirir-Andreası zindan divarları arasından xilas etməklə məxfi inqilabi fəaliyyət yolunu seçir, əlində silah alman burjuaziyası üzərinə hucuma atılır. Düz 2 il alman solçu müqavimət hərəkatına Andreas Baader, Qudrun Enslin, Yan Karl Raspe, Xolqer Mayns, Xorst Malerlə birgə başçılıq edir, 800-ə yaxın terror aktı, 5 siyasi qətl, 55 məmurun həyatına qəsd cəhdini həyata keçirir, 3 milyon mark civarında məbləği banklardan müsadirə edir… Diqqət edin, ağlasığmaz dönüş-Almanyanın ən tirajlı «Konkret» dərgisinin redaktoru Ulrika, bütün karyerasını daşa çırparaq dönüb olur inqilab kabusu!
1972-ci il 15 iyununda həbs edilən Ulrika və onun arxadaşları, aman Allah, alman dövlət aparatının ən vəhşi rəftarıyla üzləşirlər-məhkəmələri əslində qanunsuz keçirilir, müdafiəçilərə söz verilmir, dövlət onlırı siyasi deyil, kriminal dustaq kimi qələmə verir( deyin bu sizə nələri yada salır?). İnqilabçılar qazamatda adına «ölü dəhlizlər» deyilən bir ərazidə tam yalqızlıq içində saxlanılırlar ki, ağılları çaşsın, iradələri qırılsın, nəhayət son nəticədə inadlarından əl çəkib polislə əməkdaşlıq etsinlər. Dustaqlar bu cür cəzanı qəbul etməyərək «siyasi dustaq» adı uğrunda savaşa qalxır, -əhsən!- günlərlə aclıq keçirməyə başlayırlar. Elə-belə davam etmir ee bu olaylar-inqilabçıların bəzisi aclıqdan həlak olur, Alman ədliyyə sistemi isə güzəşt nədi, adi insanlıq belə göstərmir bu sol kommunistlərə qarşı-Qərbi Berlin Məhkəmə masası sədri Hünter fon Drenkman isə lap dərinə gedir- dustaqları «cəmiyyətin tör-töküntüsü», «quduzlaşmış köpək» adlandıraraq odun üzərinə su əvəzinə yağ tökür sanki. Nəticədə aclıq çəkənlərdən biri-Xolqer Mayns, həlak olub dünyasını dəyişdiyi vaxt azadlıqda qalmış «Qırmızı Ordu fraksiyası» əks cəza əməliyyatı keçirərək Drenkmanı qətlə yetirir. Bütün Almaniya dəyir bir-birinə, polis məntəqələri tələbələrin hucumuna məruz qalaraq od tutub yanır, belə gərgin durumda, ölkədə it yiyəsini tanımadığı bir vaxtda Bonn məmurları Ulrikanı 8 il həbs cəzasına məhkum edirlər. Alman xalqının sevimli jurnalistini azad etməkdən ötrü ölkədə yeni inqilabçı dəstələr yaranır, onlardan biri Stokholmdakı Alman səfirliyini ələ keçirərək əməkdaşlarını girov götürür ki, onları verib əvəzində Ulrikanı zindandan çıxarsınlar. Lakin Ziqfrid Xausnerin başçılıq etdiyi bu əməliyyat-tfu sənə!- uğursuz nəticələnir, Ulrika hələ də zindandadır. Bütün Almaniya bu dramatik döyüşlərin şahidinə çevrildiyi vaxt-9 may 1976-cı ildə «Ştamxaym» qazamatından qara xəbər gəlir ki, guya Ulrika canına qəsd edərək həyatla vidalaşıb…
Özünüz deyin, yalançının zatına lənət, hansı kommunist, «Qızıl Ordu» misteriyasına inanan solçu, Qələbə günü, 9 mayda öz həyatına nöqtə qoyar?
Növbəti məhkəmə zamanı terrorçulardan biri-Yan Karl Raspe dilini dinc saxlamayaraq Ulrikanın qətlini hazırlamış vəzifə sahibini bütün Almanyaya tanıtdırır-Federal Almaniyanın baş prokuroru Ziqfrid Bubak.
7 aprel 1977-ci ildə Ulrikanın açdığı mübarizə cığırına qədəm basan inqilabçıların yeni nəsli həmin bu Bubakı xalq məhkəməsi qərarıyla qətlə yetirirlər…

SİLAHLI MÜBARİZƏ-POSTMODERNDƏN MODERNƏ ÇIXMANIN YEGANƏ YOLU. «İnsanın zühuru»…ayılın ay yatmışlar, bir də düşünün bu haqqda yaxşı-yaxşı.
Ulrika Maynxofun hayat yolu postmodern dövrdə- bütün dəyərlərin öz həqiqi mənasını itirdiyi, şou-biznesin kapital ideologiyasına çevrildiyi bir məqamda, ideologiyaların suqut, idiotizmlərin çiçəkləndiyi bir dövranda, hər cür modernizmin, yeniliyin elə beşikdəcə boğulduğu bir şəraitdə, bəli, bərk-bərk düşürdürməlidir hər birimizi. İlk olaraq əlindəki qələmi odlu silaha çevirməkdən qorxan imza sahiblərini.
Razılaşın, postmodernizm hər cəhətdən dini kitabların təsvir etdiyi «axır zamana» oxşayır.
Yeniliyin, modernin hər cür fürsətini inkar edir Yerində sadalayır, hərəkətdən, dinamikadan məhrum edir bizləri. «Söz azadlığı, demokratiya» anlayışlarına da çox aldanmayın-postmodernizm onların vasitəsi ilə bütün yüksək dəyərləri imitasiyaya, boşboğazlığa çevirir. Seçki sistemi? Aldanmayın, o da bir postmodernistik oyundur.
Qarşıda Güney, Qarabağ gözləyir bizləri. Məhz orda vətənimizin gəncliyi postmodern oyunbazlıqlardan modernə doğru gerçək bir addım ata bilər.
Silahlı mübarizə-postmoderndən çıxmanın yeganə yoludur ancaq.
Orda…yalnız orda «anonim» ölür, «müəllif» doğulur.
Postmodernistik «axır zaman»lar həmişə Janna Dark, Ulrika Maynxof nümunəsiylə sona çatıb yerini modernə təslim edir, yəni «İnsanın», «İsanın» zühuruna gətirib çıxarır.
Özü də yalnız silahlı mübarizə yoluyla-Qarabağda, Güneydə. Avropada, Asiyada.
İmam Mehdi misteriyasının həlli də bu həqiqətlərin içindədir.

Əvvəlcə İnsan zühur edəcək.
***
Şəhriyar demiş:
Başlara sovrulur saman,
Gözləri doldurur duman,
Ya Əli! Sahib əz –zəman!
Cahad desən, dartılarıq,
Qırılsaq da qırılarıq…
***
Şəhriyar demiş:
Başlara sovrulur saman,
Gözləri doldurur duman,
Ya Əli! Sahib əz –zəman!
Cahad desən, dartılarıq,
Qırılsaq da qırılarıq…
Комментариев нет:
Отправить комментарий