Məlum olduğu kimi, ərəb fırtınalarıının da bizim sahillərə heç bir təsiri olmalıdı. Yenə də idarələrdə ağabalalar at öynadır, insanlar hər addımbaşı yalançı vədlərlə aldadılır, get-gələ salınıb bezdirilir. Onlarla, yüzlərlə ehtiyac içində çabalayan insan- həyat yoldaşını itirən, ailə başçısı həbsdə olan, başqa gəliri olmayan insan aylarla aldadılaraq, süründürülərək nəinki hökumətdən, az qala həyatdan küsdürülür, amma buradakı saxtakarlıqlara son verilmir. İndi də qərar çıxarıblar ki, ünvanlı sosial yardımı ancaq evinin pasportu olanlara verəcəyik. Düzdü, tam belə demirlər, amma o qədər sənəd tələb edirlər ki, baxıb görürsən düz evin kupçalaşdırılması üçün lazım olan sənədlər toplusudur. Yəni büdcədə daha çox pul qalsın, yesinlər, silsinlər, oliqarx nazirlərimiz öz məşuqələrinə dürlü-dürlü villalar tikdirsinlər. İmkansız ailələr də bu yardım üçün dEvlətə yalvarır, digər tərəfdə məmur balaları at oynadıb eyş-işrətlə məşğul olur.
Deputatlardan biri “Azadlıq” radiosunda çıxış edirdi. Güzəştli xəstələrə, uşaqlı analara ayrılan simvolik xərclərdən danışaraq təəssüflə bildirdi ki, bu pullar o qədər azdır ki, həmin pulla nəinki uşaqları, heç pişikləri də normal yedizdirmək olmaz. Təəssüf ki bəzi məmurlar, hətta baş həkimlər o “pişik” payına da göz dikirlər. Ona görə neftin pulları milyardları aşsa da, nə qədər ki mühüm postlarda belə “pişik” payına göz dikənlər var, giley-güzarlarımız bitməyəcək.
Bütün işlərin baiskarı da bizim bəzi üzdəniraq ağsaqqalar, ziyalılardı. Vaqif Səmədoğlu çox tutarlı bir ifadə işlətmişdi: ağçaqqallar. Birinə medal, o birinə dükan yeri verən kimi, qibləsini hansı tərəfə desən, o tərəfə çevirirlər. Baxırsan, bəzi ağsaqqallara, 3-5 il ömürləri qalıb, heç olmasa, bu qalan ömrü yaltaq kimi yox, kişi kimi başa vurmaq istəmirlər. Bildiyiniz kimi, bizdə hər şeyin bir əsli olur, bir də “kitayski”si. İndi deyəsən, bəzi ağsaqqallarımızın və ziyalılarımızın da “kitayski”si çoxalıb.
Bu, o qədər də böyük dərd deyil. Yəni az da olsa, “kitayski” olmayan ziyalılarımız da var. Dərd odur ki, bir sıra idarə müdirləri, hətta bəzi icra başçıları tamam-kamal “kitayski” olub gedib, yəni bunların heç orijinalı yoxdur.
Özünə onunla təsəlli ver ki, hələlik ayaq üstəyik və bu qəzetin “kitayski”si yoxdur, ondan bir dənədir, o da “naturalnı”. Ona görə o, “kitayski” rəhbərlərin, “mestniy”, cuppulu hüsnü mübarəklərin bizi görməyə gözü olmaz.
Комментариев нет:
Отправить комментарий