05.09.2011

Muğan tərəflər

Rafiq Tağı. Hekayə

Muğan tərəflərin zəmiləri yamyaşıl vaxtlarında sarımtıla çalır, sapsarı vaxtlarında – yaşılımtıla. Yaşılına qoyun-quzu daraşır, sarısına – quşlar.
Yayda istidən peçə dönər, içində də alovu – qızıl ilanları.
Sürücü babayam, günəbaxan rəngli avtobusumun sayəsində də bu yerləri beş barmağım kimi tanıyıram. Muğan camaatına Allah bərəkət versin; onların hesabına bir tikə çörəyim olur, uşaqlarımın əyin-başını vaxtlı-vaxtında təzələyə bilirəm.
Muğanın qadınları yağışlarda çətir tutmaz; nədənsə, bunu ar bilərlər. Ancaq soyuqda-sazaqda ərləri, ya oğlanlarının pencək-paltosunu geyməkdən də çəkinməzlər.
Kişiləri gələcəkdən-gedəcəkdən, comərdlikdən-namərdlikdən söhbətləşə-söhbətləşə uzun rayon yolunu qısa eləyərlər.
Ərəb kəndində hər səhər məni sanepidstansiyanın boynu ala-bula feldşeri gözləyir. Özünü oranın həkimlərinə oxşadıb qalstuk taxar. Əlində də dürmələnmiş “vaxtöldürən”; qəzetə belə deyir. Rayondakı köşkdən götürdüyü bir qəzeti üç-dörd günə oxuyur. Bacardıqca yaxınımda yer seçər.
- Qədim, bu zəhrimarı necə atım? - olur ki, tüstülətdiyim siqaretə işarəylə ondan soruşuram.
- Bir əlinlə onu damağından götür, o biri əlinlə şüşəni sal, at.
- Sağ ol, axır sən də məni doladın.
- Dolayan sənin gününə düşsün.
- Yəni siqaret fısqırtsın?
- Bə yox, malyariyaya tutulsun?
- Məncə, öskürəyim-zadım hamısı bundandır.
- Elə demə, öskürək kişinin yaraşığıdır.
dim hər qış ora-burası sürtülüb ağarmış, boynunun işıltılı süni xəzi didilib keçəlləşmiş paltoda camaat arasına çıxar. Neçə illərdi dəzlərimi yağır eləyib, o qədər çiyrinmişəm ki, indi elə birisini, ya o biçimdə paltonun təzəsini nəinki alar, hətta havayı verələr, istəmərəm.
Qışın siftələrində Qədim həzin-həzin əyninin xəcalətini çəkər – avtobusda da məndən uzaq oturar. Amma elə ki öyrəşdi, yenə yaxınıma gələcək; onun da canında mənimlə söhbət azarı var. Zarafatdan inciməz.
dim builki qışda gələn qışın planını cızar. Üzümüzə gələn yay məzuniyyətə çıxmasa (çıxıb işləsə), gələn qışın palto işi düzələr, deyir. Hələ sonra bir il də məzuniytə çıxmaz (çıxıb işləyər), onda kostyumunu təzələdər.
zuniyyətə çıxmamağı onun əlavə qazanc yeri idi.
Bayramqabağı eyvanlara rəngbərəng xalçalar, kilimlər sərilir: qoy həm yel-hava dəysin, həm də istəyən görüb şadlansın, istəməyənin gözünə tikan olub batsın.
Ya həyətlərdə qızlar analarıyla diz-dizə yun didər, yorğan-döşək sırıyar.
İmtahan ayında oğlan uşaqları inək-camışa əllərində kitabla gedər.
zəcə qaldırılan, tirlərinə qırmızı kəlağayı, ya vam havada belə dalğalanan rəngbərəng lentlər bağlanmış, taxta ətri saçan evlərin kəlləsinə quş kimi qonmuş ustaları görəndə, sevincdən uçunuram. Ya birdən həyətlərin hansındasa təzə paltarlı adamlar gözümə sataşanda, deyirəm, hə, bu evə qonaq gəlib. Onda kefim saz olur, “necəsən” soruşana “dəf kimiyəm” deyirəm.
Kim harda sevinsə, bu mənə də aiddir.
Ancaq Şərəfədə Abuzərin imarəti həndəvərindən ötəndə, avtobusum balaca uşaq maşınına dönür; onun günəbaxan sarısı imarətin kölgəsindən tutqunlaşır. Hərdən qorxuram da bu kölgə ləkə kimi maşından getməyə. Qışdan soyuq zillətli, gecədən zülmət bu kölgəni dünyanın heç yerində görməzsən! Orda mən tilsimə düşür, dönüb böcək olur, daş hasarın əyrisi boyu sürünürəm.
İşığa çıxanda, bir dərin nəfəs alıb, Qədimə baxır, çönüb avtobusdakı Muğan əhlini süzürəm. Ürəyimə su səpilir elə bil. Həm də axı, görürəm yox, burda mən beş kişidən biriyəm.
ndin heç bir evi imarətin qabağını tuta bilməz, amma bu, hamısının qabağını qara pərdə kimi kəsir. İraq-iraq, onun bir üzündə dursan, kəndin tən yarısı yoxa çıxacaq. Hasarının dibində də həmişə quş meyiti görərsən; onlar binanı aşmaq istəyəndə qanadı yorulan, ya nazik qılçaları iti tinlərə dəyib sınanlardır.
Quşlar göydən yerə xırda daşlar kimi düşür.
İmarətin kəlləsinə təkcə quşlar yox ki – bəlkə təyyarə də ilişər. Bir dəfə entomoloji vertolyot ilişmişdi; kimyəvi toz Abuzərin imarətini ağappaq eləmişdi.
Abuzər imarətin qar-yağış tutmayan üst yarısında dincələr. Qar-yağış aşağıda yağar, payız-qış aşağıda qalar. Üstdə daim yaz-yay olur. Yazla yay payızla qışın üstündədir. Bir də gördün, Abuzər işə getmək üçün yaydan düşdü qışa. O, aşağı yağan qar-yağışa üstdən baxmağı xoşlayandır; onda qar-yağışın üstü gümüşü meydançaya bənzəyir.
                                 ***
Rayon mərkəzinə girib bir az da irəli getsən, sol əldə ikimərtəbəli məhkəmə binasını görəcəksən. Pəncərələrinin aşağı yarısı narıncı büzmə pərdəli; güldanlar sanki gülü əlində tutub bayırdakılara göstərir.
rdən onun qabağında iynə atsan, yerə düşməz.
hkəmədə tilsimlər sınır.
ləcəkdə tilsimlərin hamısı sınacaq, deyirlər. Yalansa da, düz olsun.
Ancaq ürəyimə damıb, üstəlik, qorxuram da ki, Qədimin ömür-billah təzə paltosu, təzə kostyumu olmaya. Beləcə, alışa bilməyən yaş ağac kimi tüstülənib-tüstülənib sönə.

                           1985, noyabr – 1986, aprel
                           (yenidən işlənib: 5-25 avqust 2011-ci il)  

Комментариев нет:

Отправить комментарий