07.10.2011

Novruz və Pasxa


İlahə Ucaruh
Professional Oxucu Liqası

30.09.2009 tarixindən başlayaraq YUNESKOnun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına Novruz bayramı daxil edilib. 19.02.2010 BMT 64-cü assambleyasının qərarına əsasən  isə 21 mart Beynəlxalq Novruz Günü kimi tanınır.
Tarixçilərə görə, Novruz bayramının 5000 ildən çox yaşı var və demək ki, atəşpərəstlik, zərdüştçülük və islamdan çox-çox əskidir və heç bir dinə bağlılığı yoxdur.

Novruz yaz gəlişinin qarşılanması, təbiətin qışdan sonrakı oyanışına yönələn insan sevincini ifadə edir və ilk öncə Günəş və yeni ilin qutlanmasıdır.
Yaz fəslindəki gecə-gündüz bərabərliyinə təsadüf edən Novruz  Yaxın və Orta Şərq ölkələrinin ən önəmli bayramlarından biridir. Novruzla bağlı məlum olan əsatirlərin, miflərin sayı, demək olar ki, bu bölgələrdə yaşayan müxtəlif millətlərin, xalqların sayına bərabərdir.  Örnəyin, qədim şümerlilərin İstər mifi (Avropalılarda ”Esther”), türkdilli xalqların Ergenekon əfsanəsi, kürddillilərin cəngavər Kavenin hünər dastanı,  farsdillilərin Hürmüz və Əhrimanın mübarizəsi, yəhudilərdə Misirdən çıxış (Pesah) və s. Bu fərqli dastanları birləşdirən iki önəmli məqam var. Birincisi - bütün bu hadisələr yazda, gecə və gündüz bir-birlərinə bərabər olan günə təsadüf edir. İkincisi - xalq böyük təhlükədən, məhvolmadan  qurtulur, azadlığa qovuşur, yenidən doğulur. Bu əfsanələrdən biri — Pesah, yəhudilərin Musa peyğəmbərin başçılığıyla Misir əsirliyindən qurtulması — xristian inam sisteminin tərkib hissəsinə çevrilə bilmişdi. Çoxlarımıza Pasxa adıyla tanınan bu diini bayram məhz həmin Pesahdır. Məşhur Argentina yazarı Xorxe Luis Borxes deyir ki, yəhudilərdən başqa öz folklorunu din səviyyəsinə yüksəldən ikinci xalq yoxdur…  
24 aprel 2011 bütün xristian dünyası üçün Pasxa bayramı idi. Novruz və Pasxa qutlamalarında diqqəti çəkən oxşar adət-ənənələlər az deyil. Bunlar təsadüfidirmi? Əsla yox.  Bir çox tanınmış alimlərin araşdırmalarına görə, bu iki möhtəşəm bayramın qaynağı birdir. Məsələn, 1890-1915 illərdə yazılmış 12-hissəli ”Qızıl Budaq” əsərində  J.G.Fraser göstərir ki, əski din və əsatirlərin qaynağı birdir. Bu alim İncil mətnlərini teoloji yox, antropologiya nöqteyi-nəzərindən araşdırmış, eyni dastanların bir qədər dəyişdirilərək xalqlar tərəfindən ”özümləşdirilməsi” hallarının baş verdiyini vurğulayır.

Aşağıdakı cədvəldə bu iki bayramın bənzər yönlərini göstərməyə və şərh etməyə çalışmışam.
Novruz
Pasxa
Şərhlər
Günəş və yeni ilin qarşılanması. Yaz gecə-gündüz bərabərliyinə təsadüf edir. Heç bir dinə bağlılığı yoxdur. 
Pesah göydə Ay bütöv göründüyü zamana - Nisan ayına düşür. Yəhudilərin əski yeni ili, təqvimbaşı bayramıdır və yazın gecə-gündüz bərabərliyinə təsadüf edir. Xristianlığa heçbir aidiyyatı olmamışdı.

Şotland antropoloqu və dinşünas James George Frazerə görə xristian dini  özündən öncəki dövrlərdə yaz gəlişinə tutulan bayrama yeni məzmun və mənayükləmişdi.
Qədim Şumer və Babildə yeni il bayramı yazın gecə-gündüzün bərabərləşdiyi 21 martda keçirilirmiş.
Nikian kilsəsi toplantısının qərarına əsasən Pasxa yaz gecə-gündüz bərabərliyi günü keçirilir, bu, ən tezi 21 mart, ən geci isə 25 aprel ola bilər.
Rəvayyətə görə, semit xalqlarının əsasını qoymuş İbrahim peyğəmbər Şumer-Babil bölgəsində yerləşən qədim Ur şəhərindən çıxmışdı. Çox guman ki, Ur ənənələri də peyğəmbərlə başqa yerə daşınmışdı.   
Novruzdan 1 ay öncə 4 çərşənbə axşamları (su, od, yel və torpaq çərşənbələri
 bayrama hazırlıq sayılır.

Pasxadan 1 ay öncə həftənin 4 bazar günü bayrama hazırlıq  günləri sayılır.
Qədim dünyagörüşə görə, həyat 4 önəmli nəsnədən yaranıb: su, od, hava və torpaqdan. Buna görə də 4 rəqəmi simvolik məna daşıyır.
Səməni becərilməsi
Səməni becərilməsi və yarpağı pöhrəyən budağın hədiyyə edilməsi.
Yeni cücərmiş ot, yarpaq  təbiətin oyanmasını və bərəkəti ifadə edir.
Yumurta boyadılması.
Yumurta boyadılması.
Yumurta yaranış və həyat rəmzidir.
Səməni (və ya başqa dənli məhsuldan) çalınan şirin xaşıl, halva. Müxtəlif kökələrin bişirilməsi. 
Səməni (və ya başqa dənli məhsuldan) çalınan şirin xaşıl, halva. Müxtəlif kökələrin bişirilməsi.
Bayram əhval-ruhiyyəsi yaradılması.
Finlandiyada bu xaşıla ”məmmi” deyilir və ”səməni” sözünü xatırlayır.
Novruz falabaxmaları
Pasxa falabaxmaları
Həkim-homeopatların gəldiyi qənaətə görə, falabaxmaların  homeopatik, yəni təlqinedici təsiri var.
Tonqal qalama. Tonqaldan tullanma. Ağırlığın-uğurluğun köhnə odda yanmasını diləmə.
Avropanın bəzi bölgələrində Pasxada  tonqa qalama və tonqaldan tullanma.
Od, alov təmizlik və təmizlənmə rəmzi kimi.

Evlərdə şam yandırmalar
Evlərdə şam yandırmalar
Odun təmizləmə qüvvətinə inam.
Yaxın və Orta Şərqdən Novruz başqa günlərə düşə bilir. Örnəyin, Qazaxıstanın bəəzi çox bölgələrində.
Wikipedianın ingilis dilindəki məqaləsində Pasxanın  (Esther) ən tez hətta 22 martda ola bilər.


Ay-Günəş təqvimlərinin fərqlərindən yaranan səbəblərə görə bəzən ortodoks (pravoslav) və katolik kilsələrinin Pasxa bayramı hətta 13 gün fərqlə tutula bilir.
Evlərdə şam yandırılması
Evlərdə şam yandırılması
Odun təmizləyici roluna inam.
Söyüş söymək, qeybət eləmək olmaz.
Söyüş söymək, qeybət eləmək olmaz.
Bayram müqəddəsliyinə sayğı.
Hər xalqın Novruzla bağlı öz rəvayəti.
Xristianliqdan öncə xalqların yaz bayramı rəvayətləri olmuş. Məsələn, finlilərdə Kaleva dastanında bu haqda.
İnsanlar şər qüvvəylə mübarizədə qalib gəlməsi ideyası.
Bağışlama və barışma adəti.
Bağışlama bazar günü.

Qəbristanlara getmə, uyuyan əcdadları anma.
Qəbristanlara getmə, uyuyan əcdadları anma.

Hədiyyə vermə, qonaq getmə.
Hədiyyə vermə, qonaq getmə.

Kosa paltarı geyinmə, ”Kos-kosa” zarafatları, küçə tamaşaları.
Küpəgirən qarı paltarları geyinmə, zarafatlar, küçə tamaşaları.
Keçəl, kosa, küpəgirən qarı keçmişin, köhnə həyatın rəmzləridir.
Uşaqların qapı-qapı gəzib ”xıdır-xıdır” şeircikləri söyləyib Novruzpayı yığma.
Uşaqların qapı-qapı gəzib xüsusi şeirciklər söyləyib bayram payı  yığma.

Комментариев нет:

Отправить комментарий