02.10.2011

SURİYADAN ABŞ-a AĞIR KƏŞFİYYAT ZƏRBƏSİ VURULUB


Suriyanın xüsusi xidmət orqanlarının apardığı irimiqyaslı kəşfiyyat əməliyyatları nəticəsində, CİA-nın ən məxfi planı sayılan “Su Nilufəri” planı ifşa edilib. Verilən məlumatlara görə, əməliyyat nəticəsində Amerikaya məxsus, son dərəcə əhəmiyyətli hərbi-kəşfiyyat məlumatları, həmçinin ən müasir texnologiyalar əsasında yaradılmış kəşfiyyat təchizatları ələ keçirilib. Əldə olunan avadanlıqların əhəmiyyəti o həddədir ki, Rusiya və Çin dövlətləri Suriyaya bununla bağlı müraciət edərək, əldə olunan avadanlıq və məlumatlardan birgə yararlanmaq xahişini ediblər. Rusiya və Çinin BMT-də Suriyanı dəstəkləməsinin əsas səbəbi də elə əslində bu məsələdir.
“Su Nilufəri” adlı əməliyyat planın ifşa olunması Amerikanı hiddətə gətirib. Verilən məlumatda bildirilir ki, Suriyanın keçirdiyi bu əməliyyatdan sonra Amerika ciddi şəkildə qorxuya düşüb. Amerikalılara görə, bundan sonra hələ uzun müddət dünyada ABŞ kəşfiyyatçıları üçün heç yer təhlükəsiz deyil.
Amerikanın 1999-cu ildən icraata qoyduğu bu plandan məqsədi İsrailin qonşu dövlətlərində parçalanma apararaq onları kiçik dövlətlərə çevirmək, nəticədə isə İsraili gücləndirmək olub. Bu müddət ərzində Amerika və İsrail kəşfiyyatı 5 minə yaxın Suriya vətəndaşını müxtəlif ölkələrin vizaları vasitəsi Amerikaya apararaq onlara dövlət çevrilişi ilə əlaqədar təlim keçiblər. Reuters, Əl-Cəzirə, BBC, SNN, Əl-Ərəbiyyə və bu kimi digər tanınmış kütləvi informasiya vasitələri plana uyğun olaraq proqram və təbliğatlar aparmağı öhdəçiliyə götürüblərmiş.
Verilən məlumatda o da bildirilir ki, bir neçə ay bundan əvvəl İranda yaxalanan 30 ABŞ kəşfiyyatçısı məhz bu planın ifşasından sonra həbs olunmuşdular.




http://faktxeber.com/

Комментариев нет:

Отправить комментарий