Yağacaq...
Vaxt var idi
göydən yağış yağırdı.
Damlalar süzülürdü
yarpaqların üzündən.
Onda tanrı mehribandı...
Dedim:qoymayın yağış dayansın!
Amandı.
Dayandı...
Sonra leysan yağdı
dünyanın rəngini yuyub apardı,
daş yağdı
dünyanın başı yarıldı.
Indi pərvanə yağır
göyün üzündən.
Deyəsən tanrı bizi bağışlayır
yavaş-yavaş.
Tezliklə yağış yağacaq...
Qayıdacam
Sabah
günəşin sacağına dırmanacam,
göyə qalxacam.
Gecə aydan sallanacam,
buludlara lay-lay çalacam,
ulduzların qucağında yuxuya dalacam
səhər küləklə qayıdacam...
Çəpər
Bir körpə gülüşü yetər mənə
qəm buludu ürəyimdən dağılsın.
Bir körpə səsi bəstir mənə
dərdim parçalansın.
BIr körpə köksümdə uyusun,
yaralarımın sızıltısı dayansın.
Bir körpə qoxusu gəlsin
təbəssümüm geri qayıtsın.
Barmaq sayı çoçuk göndər
Allah mənə
kədərlə aramda çəpər salınsın.
Комментариев нет:
Отправить комментарий