Gecənin nəfəsi sevgi ətirli...
Lirik bir ovqat poetikası... (18+)
Getmə, gözümün işığı,
qal yanımda, bu gecə
Səninən tamam -
başdan-ayağacan...
Sığalla məni, qulağıma
xoş sözər pıçılda...
Nə həyatın acıları üzsün bizi,
nə də ömrün yorğunluğu...
Baxışların gecələr daha safdır,
gülüşün içimə xoşca yayılır.
Əlim bədəninə dəyəndə,
yatağımda mələk sanıram səni...
Gəl səninlə bu gecəni də
yatağımıza salaq, sevişək onunla...
Ya da qoy o, qıraqdan baxıb,
həsəd aparsın eşq rəqslərimizə...
Yanaqlarını sığallayanda,
Dodaqlarını əməndə,
Bədənində piano ifa edəndə,
Dizlərin titrəyəndə - qoy baxıb həvəslənsin...
Səhərini gözləsin gecə,
yana-yana, odlana-odlana...
Sevgilisini özləsin gecə,
Bizim eşqimizə boyanaraq...
Sən həvəzsizsən bu gecəylə,
Mənsə sevişmək əvəzinə,
şeir yazıb eşqimizi romantikləşdirirəm...
Barı bu gecə ağlama...
Səhərin eşq rəngli qoxusu...
Duyğusal ovqat poetikası... (18+)
Gecələr yuxuma xəyal kimi gəlməkdənsə,
Səhərlər səssizcə gəl, səni mələklərə oxşadım...
Gizli gəl, xəyala dön mənimçün, ruhumu ovundur,
Sənə baxanda əllərim qırılıb qanadlara çevrilsin...
Qucağımda ruhuna da, bədəninə də, sən ey afət,
Yuva qur hər səhər, könlüm təravətlənsin ətrindən...
Sus, dinmə, baxışlarımız qoy elə hey danışsın,
Adəm ilə Həvvanın bədəni tək durmadan alışsın...
Eşqi qoyaq bir kənara, seviş zamanı çatdı,
Əllər, dillər, bədənlər qoy indi danışsın...
Hər səhəri özümüzə ömrə bərabər zamana çevirək,
Gecə də utansın, gündüz də baş əysin, axşam əyilsin...
Yox, qorxma o hənirti bizim sevişimizdən bayılan,
Pişiyindir, bülbülündür, gülündür, hətta fələyindir...
Bir çölə bax, Günəş də ikimizin bədənini əlləyir,
Sanki ehtirasımızın içində alışıb yanır, dünyanı nurlandırır...
Altımda, ya da üstümdə inildəməyin nə xoş,
Bu ki sevgi şərqisi, seviş himnidir, gülüm...
Hər obaşdan bulaq suyundə təravətlən gəl,
hər dəfə ruhuma məhəbbət şirəsi çilə elə hey...
Əllərim sinəndə, döş deyil, vallah, inan mənə,
Biri sənin ruhun, digərisə özümünküdür, dikəlib...
Səssiz gəl, onsuz da, qucaqlaşan kimi biz,
İkimiz də ruha çevrilib sevgi dənizində...
Xoşum gəlir sənin gözlərin iriləyəndə,
Baxışlarında bir mən oluram, bir də ruhun...
Gəlsənə dünyanı elə sevək ki, nə gecə olsun,
Nə də gündüz-axşam: yalnızca səhərləri yaşayaq...
Virtual Sufinin kədərli etirafları...
1. Mən daha nə heyrətlənə, nə sevə, nə də yaşaya bilirəm...
2. İnsanlar, xüsusən də yaxından tanıdıqlarım daha məni heç maraqlandırmır...
3. Möcüzəyə də inanmağım yox, nə də özüm sirrli nəsə saxladım başqaları üçün...
4. İndi başqalarının faciəsi də məni ağlatmır, sevincinə də gülüş payımı qata bilmirəm...
5. Həsəd apardıqlarıma görə necə utanıram: var dövlət, şan-şöhrət, tanınmaq, işləmək və b. ...
6. Ətrafdakıların ən azı qeyri-səmimi olduğu bir məmləkətdə hələ də sağ qaldığıma inana bilmirəm...
7. Sevginin qəlbində nazik çapığa çevrildiyini örmək necə də ağrıdıcıdır...
8. Bu dünyada görmədiyim yeganə şey ÖLÜM!..
9. Gəl, ey insan, zaman, olay, eşq, fələk, ya da adi söz, gəl titrəd bu yaralı qəlbimi ki, intellektimi oyatsın...
Tənha Virtual Sufinin soyuq duyğuları...
1. Xeyirxahlıq əvvəl-axır öz yerini və ünvanını insanların ruhunda tapır...
2. İnanmazsız, adam xeyirxah insan görəndə nə qədər dirilir: heç kimə inandıra bilmirəm bu hissimi: təşəkkür sənə ki, insanlığa olan inamımə ölməyə qoymursan!
3. Doğru sözümdür: hərdən elə gəlir ki, Azərbaycanda tənha və son sərsəri intellektual olaraq özüm-özümü aldatmaqla məşğulam...
4. Kitablar bizə hər zaman sevməyi tövsiyyə etdi, fəqət yazarlar və müdriklərin özü bir kimsəni sevirmi? Bəlkə Budda, Zərdüşt, İsa, Platon(ik), Sokrat, ya da Şekspir, Füzuli, Nitşe, Borxes kimisə sevib, bizim xəbərimiz yox?
5. Bütün kişilər evləndiyi qadınları öz anasının yaxşı və pis cəhətlərini görməyəndə boşanmağa 1001 cür bəhanə tapırlar! )
6. Səs adama söz, insana isə fikir bildirir!
7. Hərkəs adam doğulur, fəqət çox az adam insan olaraq bu dünyadan gedir...
8. Məndən sevgi diləyən şəxslər, heç fikirləşmisiz ki, özümün böyük sevgiyə ehtiyacım var, amma onu sizlərdən gözləmirəm, dilənmirəm...
9. - Nə üçün hər vaxt simanda gülüş var? - Yox, kədərimi gizlədib-eləmirəm, sadəcə, ani ömür zamanı qəmlənməyin mənasız olduğunu anlayıram...
Teshekkurler!
ОтветитьУдалитьwww.kitabxana.net