|
Valideyn adama hər zaman lazımdır. Bir yaşında da, altmış yaşında da ... Onlarla bir yerdə adam özünü çox güclü və xöşbəxt sanır. |
|
Anamın arzusu olub mənə Boston kostyumu geyindirmək. Bax həmin kostyumlu oğlan mənəm. Məncə pis yaraşmır... |
|
1957-ci il. Pirşağıdakı pioner düşərgəsi. Aşağıda soldan ikinci mənəm... |
|
Tale elə gətirdi ki, balaca vaxtlarımdan ailəmizin qayğıları həm də mənim də üzərimə düşdü. Odur ki, kiçik yaşlarından çörək zavodunda fəhlə işləməli oldum. |
|
Boş dayanmağı sevmirəm və lap kiçik yaşlarından fəal olmağa çalışmışam. Pioner və komsomol fəalı olmuşam. |
|
Bu şəkildə gördükləriniz o dövrdə Lənkəranın say-seçmə cavanları idi. |
|
1970-ci illərin ortalarında Lerikdə yaşayan 145 yaşlı Şirəli Müslümov dünyanın ən qocaman sakini idi. |
|
Əsgərlik illərindən bir xatirə... |
|
Mehriban xanımla nişanlı olduğumuz vaxtların şəklidi... |
|
1972-ci il... İyul ayıının 4-ü... Səadət sarayında... |
|
1975-ci il. Gənc ailə, ilk övladlar... |
|
Qucağımdakı körpə oğlum Turaldır. Burada ailəmiz tam tərkibdədir... |
|
Hər kəsin həyatında qayğılı anlar olur. Həmin qayğılı anların birində lentə alınıb bu şəkil... |
|
Düz 25 ildən sonra sinif yoldaşlarımız toplaşdı...Yaman dəyişmişik bu 25 ildə. |
|
Şəki partiya komitəsinin birinci katibi işlədiyim vaxtlarda. O zaman indiki ədliyə nazirimiz Fikrət Məmmədov respublika prokurorunun müavini idi. |
|
Ədliyyə naziri Fikrət Məmmədovla 25 il sonra. |
|
“Raykom” katibi kimi Kiyev şəhərindəki hərbi siyasətçi zabitlər hazırlayan iki aylıq kurslardan xatirə. |
|
Mixael Zabelinlə tanışlığımızın tarixi var. Uzun illər talelərimizin kəsişdiyi çoxlu və rəngarəng anları var. |
|
Tale elə gətirib ki, özümdən yaşca xeyli böyük insanlarla birgə çalışmışam... Şəkidə “raykom” katibi olarkən dağ kəndlərindən birində. |
|
Vaxt tapaıb yaradıcı insanlarla ünsiyyət qurmaq mənə çox şey verir. |
|
Bu şəkildə Şəkidə “raykom” işlədiyim vaxtlardı. Yəqin ki, rəhmətlik Bəxtiyar Vahabzadəni, Həsən Həsənovu, Şirməmməd Hüseynovu tanıdınız. |
|
Şəki daim qonaqlı-qaralı şəhər idi. Tanısanız bu insanlar o dövrün ən məhşur siyasətçiləri idilər... |
|
Ulu öndərimiz Heydər Əliyev qaçqın, köçkün problemləri ilə bağlı məni tez-tez rəsmi görüşlərə dəvət edirdi. |
|
LUKOYL-un prezidenti Vahid Ələkbərovla birlikdə. Sabiq millət vəkili Asya Manafovanın ona sözü var. |
|
Qaçqınlara və köçkünlərə yardım etmək üçün Ərəb Beynəlxalq Təşkilatlarından yardım tapıb təyyarə və helikopterlərlə çadır düşərgələrinə daşımaq olduqca çətin iş idi... |
|
Murtuz Ələsgərov Milli Məclisin sədri olan zaman keçirilən tədbirlərdən biri... |
|
Özümü hər zaman Heydər Əliyevin əsgəri sanmışam. |
|
Türkiyə prezidenti Abdulla Güllə ötən günlərdən kiçik xatirə. |
|
Milli Məclisin sədri cənab Oqtay Əsədov deputatları hər zaman təmkinlə dinləyir. |
|
Elçin Əfəndiyevlə xaricə səfərlərin birində növbəti təyyarə reysini gözləyərkən. |
|
Həmişə düşünürəm ki, Əli müəllim bu qədər enerjini haradan tapır. |
|
Məkkədə ziyarətdə olarkən... İman sahibi üçün Məkkə zayarəti ən unudulmaz tale anlarından biridir. |
|
Sevimli xalq şairimizlə - Zəlimxanla Yaqubla... |
|
Partiyamızın xalq arasındakı nüfuzu Heydər Əliyev siyasətinin təntənəsidir. |
|
Ağadadaş Ağavey istənilən toyda yoldaşımla məni birgə görən kimi “Yarı məndə, yarı səndə” mahnısını ifa edir. |
|
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ağıllı, təmkinli və çox sadə insandır. |
|
Türkiyənin tanınmış ictimai-siyasi xadimi İhsan Doğramacı ilə çəkilən şəkillərdən biri... |
|
Prezidentimizin arxasında durmaq həm şərəfli, həm də məsuliyyətlidir. Tarixə düşən bu xoşbəxt an Lənkəran Dövlət Dram Teatrının təmirdən sonra açılışında lentə alınıb. |
|
Türkiyədə tədbirlərin birində... |
|
“Palıdı sahil”də yorğunluğum tez çıxır. Əzizlərin, doğmaların yanındadırsa, niyə də belə olmasın... |
|
Dostum Hüseynbala Mirələmovla orta məktəbdə də, tale elə gətirdi ki, yarım əsrdən sonra Milli Məclisdə də bir masa arxasında oturduq... |
|
Mən nəvələrimin də idmanla mütəmadi məşğul olmasına ciddi fikir verirəm... |
|
Axırki bütün ailə üzvləri tam tərkibdə bir yerə toplaşa bildi. 11.08.2010. |
|
“Altı övlad, altı söhbət”... Rəhmətlik anam qardaş-bacı bir yerdə olanda mütləq xatirə şəkli çəkdirərdi. |
|
Bu şəkildə oğlanlarım, qızlarımdır. Bir yerə toplaşan kimi xatirə üçün mütləq şəkil çəkdirmək təklifi olur... |
|
Sərbəst geyinməyi çox xoşlayıram... |
Комментариев нет:
Отправить комментарий