Biz elə bir ölkədə yaşayırıq ki, el arasında "manıs" adlandırılan, telekanallarımızdan isə toyların kralları kimi təqdim olunanlar mütləq və mütləq özlərini az qala Milli Məclisin deputatları kimi aparmağa çalışırlar, şəxsən mənim əlimdə imkan olsa, bu tip müğənni tayfasına qəti qadağan edərdim ağır-batman kostyum və qalstukları, yoxsa vallah, dinməsələr, elə bilərsən, yüksəkçinli məmurdurlar ki durublar!
Və bu o ölkədir ki, burada uzun illər boyunca şair və yazıçılar da məhz yüksəkçinli məmurlar kimi ağır oturub batman görünüblər, onlara fəxri adlar, rəsmi titullar, kürsülər, kabinetlər, möhürlər, digər həmkarları üzərində müəyyən səlahiyyətlər etibar edilib.
Yəni, sadə dildə desək, şairsənsə, yazıçısansa, niyə hökumət yanında filan qədərlik hörmətin yoxdu kimi yalançı prinsiplər dolub beyinlərə, hansı ki, sıravi amerikalıların da "əgər ağıllısansa, niyə pulsuzsan?" zərb-məsəlini xatırladır.
Yəni, sadə dildə desək, şairsənsə, yazıçısansa, niyə hökumət yanında filan qədərlik hörmətin yoxdu kimi yalançı prinsiplər dolub beyinlərə, hansı ki, sıravi amerikalıların da "əgər ağıllısansa, niyə pulsuzsan?" zərb-məsəlini xatırladır.
Sanki də bu ölkədə qələm və kürsü bir-birinə kəbinmiş kimi bir aldanış...
Mən məmurların ədəbiyyata qapılmasının əleyhinə deyiləm, amma bu qapılmaq ədəbiyyata xobbi münasibətidirsə, nə yaxşı! Ən azından bu əməli də elə milli ədəbiyyatımıza KİTAB anlayışının dəyərini reklam kimi, əhalimizi ədəbiyyata cəlb etmək üçün təbliğat kimi baxıb sevinməyə dəyər.
Amma içində ədəbiyyat, çağdaş dünya söz məkanına çıxarılacağı təqdirdə oxucu qazanmayacaq söz toplusudursa bu kitablar, o zaman yalnız təəssüf etmək qalır.
Çünki, ədəbiyyat elə bir sahədir ki, yazardan vaxt, əsəb, enerji, ailədən və ictimaiyyətdən görünməz bir pərdə ilə hardasa da qopmaq kimi fədakarlıqlar istəyir - istədiyini verməsən, özünü sənə açmayacaq dərəcədə kaprizlidir.
Məmurlar hazırdırlarmı vaxtlarını, əsəblərini, enerjilərini və bütün digər fəaliyyətlərini bu sahəyə fəda etməyə?
O zaman mən yazıb-yazıb çap etdirmək imkanım olmadığı üçün hirsimdən məhv etdiyim əsərlərimin ahına kimsə imkanı və fürsəti ilə girməsin, deyimmi?
Bəs mənim kimi digər yazarlar?
Tehran Əlişanoğlu bu problemi aparıb lap ədəbiyyatımızda sinfi parçalanma həddinə qaldırdı.
Doğrudanmı Azərbaycan ziyalılarının ikiyə bölünməsi, birinin artıq özünü ayırıb "elmi ziyalılar" adlandırmasının paralel məzhəkəsi baş verəcək?
Yəni bizim ədəbiyyatın burjuy kateqoriyasımı yaranır?
Gülməyək, olurmu???
Комментариев нет:
Отправить комментарий