Müstəqil olandan sonra Azərbaycan Respublikası əhalisi aclıq və səfalətlə üzüzə qalıb
Əhali iş qurmaq üçün bu bankdan pul götürür, çünki başqa heç yerdən pul əldə etmək mümkün deyil. Maaşlar olduqca cüzidir, pensiyalar haqda isə heç danışmağa dəyməz. Əhalinin adi ərzaq məhsulları almağa pulu yoxdur. Xahiş edirik ki, İranın “İmdad” təşkilatı gəlib burda əhaliyə ərzaq paylasın. Əksər ailələr aclıq və səfalət vəziyyətində yaşayırlar.
Necə olub ki, bu quldurlar sələmi respublikamızda qanuni formaya salıblar və xalqı çapıb talayırlar? Onları respublikamıza kim doldurub?
Ölkəmiz Britiş Petroliumun neft müstəmləkəsinə çevrilib
Hörmətli “Səhər” kanalı, salam. Xahiş edirəm ki, bizim problemimizi müvafiq verilişinizdə işıqlandırın. Azərbaycan Respublikası əhalisinin çox hissəsi aclıq və səfalət içərisində yaşayır. Sovetlər dağılandan və rusların təhlükəsizlik çətiri başımızın üstündən götürüləndən sonra ölkəmizə çoxlu xarici təşkilatlar təşrif buyurmuşlar. Neftimizi, ağ balığımızı, qara kürümüzü pulsuz daşıyıb aparırlar. Əvəzində bizə sələminə pul verirlər. Ölkəmizin transmilli təşkilatlar tərəfindən işğalından sonra zavod və fabriklər hamısı dağıdılıb, əvəzində hər yerdə yüksək faizlə sələm verən banklar açılıb.
Bizi aldatdılar, yalan təbliğat apardılar. Bizə deyirdilər ki, müstəqil olaq, torpağınızı qızıldan edəcəyik. Müstəqil olandan sonra Azərbaycan Respublikası əhalisi aclıq və səfalətlə üzüzə qalıb. Xahiş edirik bizə kömək edin.
Artıq 10 ildən çoxdur ki, ailəmiz banklara sələm pul ödəyir. Axırıncı dəfə oğlum Kred-Aqro-dan 3 min manat sələminə pul götürüb. Həmin təşkilat xaricilərə məxsusdur. Bu cür təşkilatlar guya ölkəmizə investisiya qoyur. Müstəqil olandan sonra məlum olub ki, bunlar investisiya deyəndə kredit pul paylamağı nəzərdə tuturmuşlar. Azərbaycan xalqı çıxılmaz vəziyyətə düşüb və xarici bankirlər bizi qul vəziyyətində işlədirlər. Qazandığımızın yarısını bankirlər tutub əlimizdən alır. Azərbaycan xalqını işğalçıların əlindən xilas edin.
Xaricilərə məxsus olan Kred-Aqro qeyri-bank təşkilatı krediti çox yüksək faizlə- 36 faizlə verir. 13 aydır ki hər ay 220 manat bu yoldaşlara pul ödəyirik. Maddi vəziyyətimiz olduqca ağırlaşıb, hal-hazırda yerdə qalan 5 ayın pulunu ödəməyə gücümüz çatmır.
Müstəqillik yaranandan sonra sələmçi cinayətkarlar yağışdan sonra göbələk kimi artıblar. Başa düşə bilmirik ac və yalavac ölkəyə bu qədər bankiri kim doldurub? Nəyə görə bankdan başqa heç yerdə pul tapmaq olmur? Neft və milyonlar səltənətində belə olmamalıdır! Bankirlər sələm verərək 8 milyonluq xalqı qabaqlarında qul kimi işlədirlər. Onlara bu imtiyazları və səlahiyyətləri kim verib? Axı istərsə beynəlxalq qanunda, istərsə də dində sələm qadağandır. Necə olub ki, bu quldurlar sələmi respublikamızda qanuni formaya salıblar və xalqı çapıb talayırlar? Onları respublikamıza kim doldurub? Bəs respublikanın öz pulu hara yoxa çıxıb ki, məzlum azərbaycanlılar yəhudi bankirlərindən sələm götürürlər? Bu adamlar istədikləri vaxt Milli Məclisdən öz xeyirlərinə qanun dəyişiklərinə nail olurlar. Onlar bunu hansı yolla edirlər? Krediti ödəyə bilməyən nə qədər adamı məhkəmələrə çəkiblər, əmlakını, axırıncı tikəsini əlindən alıblar. Məhkəmə bizdə həmişə banklərin xeyrinə qərar çıxarır, xalqı fikirləşən yoxdur. Bəs hökumətimiz bizi nəyə görə bu canavarların cənginə verib?
Bank əhaliyə sələmi verəndə müxtəlif sənədlərə qol çəkdirir. Xalq o sənədlərə qol çəkəndə heç ora nə yazıldığına da baxmır. Çünki maddi durum elə acınacaqlı vəziyyətdədir ki, bir tikə pul ələ etmək ümidilə çırpınır. İnandırım sizi ki, əgər o müqavilədə yazsalar, pulu ödəməsən barmağın kəsiləcək, yenə də çoxları o pulu götürər, çünki uşağına bir tikə çörək pulu tapacağına, sabahkı günü necə yaşayacağına ümidi yoxdur.
Sovet hakimiyyəti olanda, rusların vaxtında biz zadəgan kimi yaşayırdıq. İndi ingilislər Hindistanı qul vəziyyətinə saldıqları kimi, biz də qul vəziyyətinə salınmışıq. Naməlum coğrafiyalardan ölkəmizə təşrif buyurmuş çağırılmamış qonaqlar banklar yaradır, xalqa sələminə pul paylayaraq qanımızı içməklə məşğul olurlar. Gəlin yoxlayın, elə bir ailə yoxdur ki, banka sələm ödəməsin. Elə adam var ki, 5 banka faiz ödəyir. Biz ömrümüzün axırına kimi yəhudi bankirlərinə nökər işləməliyikmi? Nəyə görə müstəqil olmuşuq, buna görəmi? Bəs neft pullarından bizə nəsə çatmalı deyilmi? Xalq müstəqil olmağına peşman olub. Çünki xarici maliyyəçilər tərəfindən müstəmləkəyə çevrilməyimiz üzə çıxıb.
Rayonumuzda Kred-Aqro kimi çoxlu sayda banklar var. Gəlin görək kənd təsərrüfatının dirçəldilməsi üçün bu banklar nə iş görüblər? Əksinə təsərrüfat sahələrinin məhv edilməsi üçün hər şey ediblər. Çünki bu böyük bir plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb ancaq müəyyən qayğılarının həllinə yönəldə bilirlər. Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar?
Respublikanın ziyalılarının əksər hissəsini məhkəmələ çəkiblər, məhkəmələr onlara qarşı sərt qərarlar qəbul edib. Gəlin görək onlar quldur və yaxud oğrudurlarmı? Xeyr, əsl cinayətkarlar məhz həmin bankirlərin özləridir. Bilə-bilə ki ölkədə pul yoxdur və bütün sənaye, məişət sahələri məhvə edilib, əhaliyə pul paylayırlar, evindən qiymətli əşyalarını satdırıb, əmlakını ələ keçirirlər. Bu oyunlar 80 ilə yaxındır Türkiyə xalqının başına gətirilib, Sovet dağılandan sonra indi də bizi öz cənglərinə keçiriblər. Azərbaycan xalqı bu bankirlərə qarşı tədbir görülməsini, maddi və mənəvi genosidin dayandırılmasını istəyir.
Bütün Azərbaycan xalqı planlı şəkildə məhv edilir. Elə bir ev yoxdur ki, dükana-bazara borcu olmasın. Ən aşağı borcu olan 500 dollardır. Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir.
Əgər neftin pulları bizə kredit şəklində veriləcəksə, onda biz o pulları istəmirik. Rayonlara neftin pulları gəlib çıxmayıb, amma əvəzində gündə bir yüksək faizli bank filialı açılır! Kitabxanalar məhv edilib, yerində banklar tikilib. İntiharların, ailə münaqişələrinin, əsəb pozuntularının da əsas səbəbi neft pullarımızın Britiş Petrolium tərəfindən oğurlanması və Azərbaycana verilməməsidir. Bütün bu bəlalara nəzarət edən və xalqı ağzın kapitalistlərdən qoruyan bir orqan yoxdur. Hakimiyyətin zəifliyindən istifadə edən bankirlər xalqın qanını gənə kimi sorurlar. Tədbir görün, əhali qırılır!
Kred-Aqro guya ki kənd təsərrüfatının inkişafı üçün ölkəmizə təşrif buyurub. Gəlin baxın, hansı kənd təsərrüfatından söhbət gedir? Bir çox sənaye sahələri kimi təsərrüfatı da məhv edilib. Kəndli öz əkib becərdiyini qəpik-quruşa satır. Rusların vaxtında bizim zonada elə vaxt kasıb da toyunda ikra verərdi. Amma indi ikra yoxa çıxardılıb, guya milli sərvətdir, amma İsrailin dükanlarında qəpik-quruşa satılır. Özümüzkilər yiyə bilməz, amma yad ölkələrə daşıyıb ordakıları yemləyirlər. Niyə? Məhz immun çatışmazlığından əhali müxtəlif xəstəliklərə yoluxur və kəskin şəkil alır.
Bu sələmçiləri cinayət məsuliyyətinə cəlb edib soruşan lazımdır ki, nə düşmüsüz ac və yalavac bir ölkədə əhalinin üstünə, nə verib ala bilmirsiniz? Hansı ölkədə bu cür faizlər var? Nəyə görə abırlı insanlar, ziyalılar bank sələmçiləri tərəfindən məhkəmələrə çəkilir, soyulub talanır? Məgər onlar bankdan o pulu götürəndə aldatmağa, dağıdıb səpələməyəmi götürmüşdülər? Xeyr, sadəcə bizim respublikada pul qoyulacaq və mənfəət gətirəcək heç bir sahə yoxdur, çünki Sovet hökuməti gedəndən sonra bütün sahələr məhv edilib. Ölkəmiz Britiş Petroliumun neft müstəmləkəsinə çevrilib.
Həsənova Marifə
Комментариев нет:
Отправить комментарий