14.11.2011

Zaur Qəriboğlu Qara əllər (Cizgilər...)


Zaur QeribogluGecədən işıqlarımız sönüb,
Yazı masamın üstündə yanan şamın titrək işığı 
yazdığım vərəqin üzərinə düşür. 
Qələmi və əlimi vərəqin üzərində qara kölgəsi müşayət edir. 
Sanki, əlimin altında da hansısa bir əl 
vərəqin alt qatına nəsə yazır...
Fəqət, nə yazır, bunu bilmirəm… 
Fəqət, nə yazılıb, bunu bilmirəm… 
O da mənim nə yazdığımı bilmir.

Ağlına da gəlməz ki, vərəqin üst qatında ondan yazıram.
Bəlkə, o da mənim haqqımda yazır?!
Fəqət, nə yazır?..
Bilmirəm...
Tale yazımız kimi...
Yaşamımız boyu müşayət edir,
Qara əllər bizi.
Amma öncədən yazdığını göstərmir.
Qaradı, qara...
Bəlkə, əllərimiz də qaradı,
Bizə görünən ağdı?!
Bəlkə də, ölməzdən öncə qara əlləri görmək yasaqdı?!.
Nə bilək,
Bəlkə də, üzümüz, üstümüz doludur qara əllərlə...
Üzümüzü, üstümüzü yazırlar
Qara əllər, qara mürəkkəblə...

09 Noyabr 2011, Bakı şəhəri.

Комментариев нет:

Отправить комментарий