Paytaxtımızda sözün
əsl mənasında, şok sayıla biləcək olay baş verir.Adının çəkilməsini istəməyən bir gəncin verdiyi məlumata görə, Bakıda zahiri görkəmi ilə diqqətçəkən, yaraşıqlı, cavan bir qadın peyda olub. Cavan kişilərlə asanlıqla tanış olur, isti münasibətlər qurur, hətta bu münasibətləri onların yataq otaqlarınadək davam etdirir və...
Adının çəkilməsini
istəməyən həmsöhbətimizin dediyinə görə, bu yaxınlarda məşhur restoranlardan
birində həmin xanımla tanış olub: “Bir neçə gün davamlı olaraq telefonla
danışdıq. İki dəfə onu yeməyə dəvət etdim. İkinci yeməyə “hazırlıqlı”
getmişdim, subay dostlarımdan birinin evinin açarlarını da özümlə götürmüşdüm.
Gecə ona mənimlə gəlməsini təklif etdim. Asanlıqla razılaşdı. Dostumun evinə
yollandıq. Səhər oyananda o, artıq getmişdi. Qonaq otağına keçəndə gözlərimə
inanmadım. Divara iri hərflərlə “SPİD-ə XOŞ GƏLDİN” yazılmışdı. Dəhşət və
qorxudan dizlərim əsdi. Tez qızın telefonuna zəng etdim. Məlum oldu ki, belə
bir nömrə artıq mövcud deyil...”
Gənc deyir ki, bir müddət başına gələnləri heç kəslə bölüşə bilməyib. Həkimə müraciət etməyə də cəsarət etmir. Sonra isə təsadüfən bir məclisə düşüb. Orada 28-30 yaşlı bir kişinin söhbətinin şahidi olub. Həmin kişi də tamamilə onun yaşadıqlarını yaşayıbmış: “Mənə aydın oldu ki, o da mənim kimi, həmin qadınla intim münasibətlərdə olub. Səhərisi gün evinin divarında eyni yazıyla üzləşib”.
Gənc oğlan hazırda
4 nəfərin eyni aqibəti yaşadığını iddia edir: “Amma bizim dördümüz də adımızın
hallanmasını istəmədiyimizə görə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına
şikayət edə bilmirik. Qızı axtarsam da, hələ ki, tapa bilməmişəm. Düşünürəm ki,
o, bilərəkdən kişiləri bu dəhşətli xəstəliyə yoluxdurur. Bunun qarşısını almaq
lazımdır”.
O, cavanlara
təsadüfi tanışlıqlara ehtiyatla yanaşmağı da məsləhət görüb: “Qarşınıza çıxan,
yaxşı tanımadığınız gözəl qadınlardan uzaq durun. Çünki mənim günümə düşə
bilərsiz”.
publika.az
Комментариев нет:
Отправить комментарий