21.05.2012

İbn Sina “geyləri döyün” deyir

Füzuli Şəfiyev

İbn Sina: “Bu məsələdə faydalı olan yeganə müalicə yolu budur ki, onlar qəmə batmalı, ac qalmalı, yuxusuzluq çəkməlidirlər. (Bir şey çıxmasa) onları döyün. Nə yolla olursa, olsun bu alçaq istəyi onlarda azaltmaq lazımdır. Bu minvalla bu həvəsi aradan qaldırmaq olar” 

Əsas mövzuya keçməzdən öncə şəxsiyyəti əfsanəyə çevrilmiş bu dahi insan haqqında bəzi maraqlı faktları oxucular üçün qeyd etmək istərdim.
İbn Sina elə şəxsiyyətlərdəndir ki, onun həyatı bütün zamanlarda maraq doğurmuş, haqqında əfsanələr dolaşmışdır. Bunu bəzən sevdikləri və anlamadıqları şeyi əfsanləşdirməyi sevən sadə camaatın avamlığı ilə izah edənlər də olur. Amma İbn Sinada məsələ bir az fərqlidir.
Təsəvvür edin, hətta indinin özündə cənazəni dəfn etməyə aparan kütləni bir nəfər yoldan keçən, məsələn, bir həkim, ya hansısa alim saxlatdırıb desə ki, basdirmağa apardığınız bu adam ölməyib, diridir, sonra da onun barmağından qan aımaqla sağaldıb ayağa qaldırsa, sizcə camaat həmin şəxs haqqına əfsanə uydurar, ya uydurmaz? Təsəvvür edin, İbn Sinanın həyatında, həkimlik fəaliyyətində hətta o zamanın düşünən insanlarını heyrətdə qoyan belə hadisələr ara-sıra olurdu və bütün bunlar onu camaatın gözündə böyüdürdü. Yəqin ki İbn Sinanın nəbzi tutmaqla, adam çox olanda isə qola ip bağlayıb ipin vasitəsilə nəbzi yoxlayıb xəstənin diaqnozunu təyin etdiyini eşitmisiniz. Nizami Əruzi Səmərqəndi “Dörd məqalə” (Məcməün-nəvadir) adlı əsərində qeyd edir ki, İbn Sina səhər tezdən çıxıb iş yerinə gedəndə artiq qapının ağzında onunla goüşmək istəyən ( bu zaman İbn Sina həm də vəzir idi) müxtəlif təbəqənin insanları – tanınmış şəxsləri, şəhərin böyükləri, xəstəsi, şikayəti olanı - çöldə onu gözləyirdi. İbn Sina ata minib yola düşəndə həmin kütlə də onun ardınca düşüb onunla birgə iş yerinə gedərdi və yol boyu bu kütlənin sayı iki min nəfərə çatardı.
Bəlkə də, xəstənin çoxluğu, vaxtın azlığından İbn Sina xəstələrin nəbzini iplə yoxlayirdı. İbn Sinanın bu “hoqqabazlığını” qəbul etməyən bir qrup insan onu ifşa etmək üçün xəstə adı ilə bir qadını onun yanına göndərir və xəstəyə ipi öz nəbzinə bağlamağa verəndə qadın ipi ətəyinin altinda özü ilə gətirdiyi pişiyin qoluna bağlayır. Müayinə otağında oturan İbn Sina ipi tutub çöldəki xəstə üçün resept yazır: “ Bu xəstəyə hər gün 200 qram döyülmüş mal əti, iki-üç dənə də siçan verin yesin”.
Əlbəttə, demək olmaz ki, İbn Sina bunu təkcə öz həkimlik savadı ilə müəyyən edirdi. Unutmaq olmaz ki, o dərin zəkalı, fövqəladə istedad sahibi, mütəfəkkir, psixoloq olmaqdan əlavə, həm də zahiri hissiyatında digər insanlardan fərqlənən fenomen bir şəxs olmuşdur. Ondakı bu qeyri- adilik təkcə adi cmaatda yox, həm də ziyalı, elit təbəqə arasında, İbn Sinanın öz şagirdlərində də heyrətə səbəb olurdu. Xoşbəxtlikdən İbn Sina tək-tək dahi şəxsiyyətlərdəndir ki, onun barəsində tarixi məlumatlar ilk mənbələrə əsalanır. Həyatı haqqında məlumatların bir hissəsini İbn Sina özü qeyd etmiş, qalan hissəsini isə İbn Sinadan bir an da olsa, ayrılmayan sevimli və vəfalı şagirdi Əbu Ubeydullah Əbdülvahid Gürgani (və ya Cürcani) qələmə almışdır. Həkim və filosof olan Gürgani deyir:” Şeyxin(İbn Sinanın) ən təəccübdoğuran işi bu idi ki, mən 25 il onunla bir yerdə oldum, ona xidmət göstərdim, heç vaxt görmədim ki, İbn Sina hansısa təzə kitaba baxanda onu başdan ayağa oxusun, sadəcə, bir-iki yerini vərəqləyib kitabın çətin, problemli yerlərinə baxardı ki, görsün müəllifin filan məsələ barədə fikri nədir, sonra kitabı qırağa qoyardu...
İbn Sina kitabı sinədən, öz başından yazırdı. Onun fövqəladə yaddaşı var idi.”
Ustadındakı qeyri-adi istedadı müşahıdə edən Bəhmənyar da ona “sən peyğəmbərlik iddiası etsən, camaat səni qəbul edər” deyirdi. Ümumiyyətlə, İbn Sina barədə bütün tarixi mənbələr ondakı bu qeyri-adi itedaddan agız dolusu danşmış, öz heyranlıqlarını ifadə etmişlər. Bu mənbələrin demək olar hamısında İbn Sina ilə əlaqəli olduqca maraqlı və yeni faktlarla rastlaşmaq mümkündür. İbn Sinanın həyatı ilə bağlı maraqlı faktlardan birini də 14-cü əsrdə yaşamış həmyerlimiz “Təlxisil asar fi əcaibil-əqtar” kitabının müəllifi Əbdürrəşid bin Saleh bin Nuri Bakuyi qeyd edir. Bakuyi yazır:”İbn Sina Qurani-Kərimi başa çıxdıqdan sonra “Əs-saffat”, “Ğəribul-musənnəf”, “Ədəbil-katib”, “İslahul-məntiq”, “Divani-İbn Rumi” və “Təsrifi-Mazani” kitablarını bir il yarıma oxuyub başa çıxdı və hamısını əzbərdən bilirdi. On yaşına çatanda buxaralılar onun istedadından heyrətə gəlmişdilər. On iki yaşında Buxarada hənəfi məzhəbinə uyğun fətva verirdi. On altı yaşında “Qanun” kitabını yazır...”.
İbn Sinanın effektli müayinəsi, müalicə üsulu, əslində, həm də onun güclü psixoloq olması ilə əlaqədar idi. O öz müalicə metodunda xəstənin psixoloji durumunu cox böyük məharətlə öyrənir, bütün cəhətləri dəyərləndirirdi. Yəqin çoxları üçün maraqlı olardı ki, bilsin İbn Sinanın təbabətdə ən çox bildiyi sahə hansı olmuşdur? Əslində, hamısı. İbn Sina çox inadcıl, prinsipial şəxs olmuşdur. Girişdiyi elm sahəsinin zirvəsini fəth etməyənə qədər dinc oturmurdu. Amma həyatındakı qeyd olunmuş bəzi məqamları nəzərə alsaq, İbn Sinanın seksopatologiya-andrologiya sahəsində daha güclü mütəxəssis olduğu iddia edilə bilər. Bundan əlavə, İbn Sina “qulunc” (qarın nahiyəsində öd kisəsi, böyrək, bağırsaq, apendisit və sairlə əlaqədar yaranan sancılar) xəstəliklərini də dərindən bilməli idi. Çünki İbn Sinanı padşah saraylarına çəkib aparan daha çox bu xəstəliyin müalicəsində o zamanın yeganə mütəxəssisi olması idi. Deyləmi əmirlərinin sarayındakı vəzirlik vəzifəsini də İbn Sina məhz quluncu müalicəsinin hesabına qazanmışdır. Hətta İbn Sinanı həbsə atanda, onu həbsdən qurtarıb yenidən vəzirliyə qaytaran da yenə də bu “qulunc” olmuşdur. İbn Sina ilk dəfə bir qulunc mütəxəssisi kimi tanınanda on yeddi yaşı var idi. Tibdə, ayrıca qulunc barədə risaləsini də bu zamanlar qələmə almışdır. İbn Sinanı əcəl qapısına sürükləyən də elə qulunc xəstəliyi və intim əlaqəyə olan marağı olmuşdur. İbn Sina özü qulunc xəstəliyindən əziyyət çəkirdi və daim özünü müalicə edirdi. Əlbəttə, onun keşməkeşli həyatı, dərbədər olub uzun səfərlərə çıxması, bir də ağır iş rejimi İbn Sinanın səhhətinə öz təsirini qoymuşdu.
İbn Sina qadına həddən artıq meyilli olub. Bu adi meyl idi, ya tibbi eksperiment üçün idi, bunu bir Allah bilir. Tələbəsi Gürgani yazır: “ Şeyx bütün cismi, zehni göstəricilərdə fövqəladə idi, amma onun cinsi qüvvəsi hamısından güclü idi. O bu işlə çox məşğul olurdu və bu da ona öz təsirini göstərirdi. Şeyx öz gücünə inanırdı. Əlaiddövlə Kərəx şəhərində Əbul- Abbasla müharibə etdiyi zaman (bu zaman İbn Sina Əlaiddövlənin vəziri idi) İbn Sinanın quluncu tutur. Yolda qalmasın deyə tez müalicəyə başlayır. Hərdən elə olurdu bir gündə səkkiz dəfə imalə etdi və onun bəzi bağırsaqlarında yara əmələ gəldi. O, yol boyu özünü müalicə edirdi. Kərəfiz toxumu ilə imalə edirdi. Onun müaıicəsi ilə məşğul olan həkimlərdən biri dərmana beş dirhəm kərəfiz toxumu tökür. Bilmirəm, bunu səhvən edir, yoxsa qəsdən. Çünki mən onun yanında deyildim. İbn Sinanın xəzinəsinə xəyanət etmiş, işin üstünün açılmasından qorxan qulamlardan biri İbn Sinanı həlak etmək üçün onun dərmanına çoxlu tiryək vurur. İbn Sina bu halla İsfahana gəlir və öz müalicəsinə başlayır. O çox halsız idi, hətta yerindən qalxa bilmirdi. Amma sonda özünü ayağa qaldırır və Əlaiddövlənin sarayına yollanır. Bununla belə o özünü gözləmir, intim həyatda ifrata varırdı. Bunun üçün də tam sağala bilmirdi. Hərdənbir xəstəliyi qayıdır, sonra yaxşı olurdu. Bu vəziyyətlə o, şahla Həmədana səfərə çıxır və ...”
Əlbəttə, Gürgani bu hadisələri müfəssəl qeyd edir və biz onu ixtisarla verdik.
İbn Sinanın tibdə şah əsəri olan Qanun (tibbin qanunları) kitabını təqdim etməyə lüzum görmürəm. Yəqin bu barədə hərənin az-çox məlumatı olar. Ümumiyyətlə, İbn Sinanın həyat və yaradıcılığı ilə məşğul olan tədqiqatçıları çıxmaq şərtilə əksəriyyət, hətta həkimlər zümrəsi İbn Sina və onun Qanun kitabı barədə çox az məlumatlıdır – desəm yanılmaram. Soruşsanız, adi dillərdə dolaşan bir-iki hekayədən başqa artıq bilgi verə bilmir, “böyük şəxsiyyətdir” deməklə mövzunu qapadırlar. Necə ki bəzi şairlər “Füzuli çox böyük şairdir” deməklə Füzulinin böyüklüyünün nədə olduğunu söyləməyə çətinlik çəkirlər.
İndi isə İbn Sinanın bir seksopatoloq- androloq və psixoloq kimi geylər barədə verdiyi orjinal rəyə nəzər yetirək.
İbn Sina Qanun kitabının beşinci cildində ( iyirminci fənn) cinsiyyət orqanları və intim həyatla bağlı bəzi problemlərə toxunduqdan sonra yeni bir bölümə, “geylər” bölümünə keçir. İbn Sina o zaman “ubnə” (ibnə) adlandırılan bu çirkin əməl barədə yazır: “Həqiqətdə ibnə bir növ xəstəlikdir. Bu xəstəliyə mübtəla olan bəzi kişilər onunla başqa bir kişinin cima etməsini istəyirlər.
Bu xəstəliyin mənşəyi nədir, haradan yaranır?
Bir neçə ehtimal var:
1. İnsanın cima istəyi (cinsi əlaqəyə meyli) şiddətlidir. Belə ki təbii haldan çox cima etmək istəyir. Bu istək onun xəyalını, düşüncəsini özünə məşğul etmişdir.
2.Belinin suyu çoxdur və üst-üstə yığılıb qalmışdır, hərəkət etmir, ürəyi gücsüzdür.
3.Zəkəri (kişi cinsiyyət orqanı) həmişə gücsüz olmuş və ya bu adətə mübtəla olmamışdan qabaq gücsüz olmuşdur.
4.Cima etməyə adət etmişdir. Bu səbəbdən çox istəyir ki, cima etsin, amma bacarmır və ya bacarır, amma çox gücsüzdür, buna görə də çox bəhrəlnə bimir. O, bir-biri ilə cima edən iki nəfərə baxıb bu tamaşadan ləzzət almaq istəyir. Ən tamaşa ediləcək zaman isə o məqamdır ki, onun özü ilə cima etsinlər. Bu zaman onda cinsi meyl hərəkətə gəlir və bu tərpəniş aşağıdakı iki haldan biri ilə nəticələnə bilər:
1. Onunla iş görülən zaman o da orqazma çatır.
2. Və ya ən azı aləti dirilir və öz arzusunu təmin edir. Yəni bəzi ibnələr cima edənin öz faili (aktivi) olduğunu hiss edəndə, özləri məful (passiv) rolda olanda alətləri dirilir və bunula orqazm yaşayır, bu həyəcandan qurtulurlar”.
Göründüyü kimi, İbn Sina bu xəstəliyin insanın xəyalı və düşüncəsi ilə əlaqədar olduğunu, yəni psixoloji səbəbdən yarandığını deyir. Sonra fikrini daha aydın və qısa olaraq bir cümlədə ifadə etməklə məsələnin mahiyyətinin ictimai, əxlaqi, tərbiyəvi amillərdə axtarılmalı olduğu qənaətinə gəlir: “Uzun sözün qısası, bilməliyik ki, bu adətin səbəbini kişinin zatıqırıqlığında, əxlaqsızlığında, xarakter zəifliyində, qadınməcazlı olduğunda görməliyik”.
Tam yəqinlıiklə fikir bildirən İbn Sina sözünə belə davam edir: “Bunu yəqin bil! Bu barədə bizim yuxarıda göstərdiyimiz səbəblərlə uyğun gəlməyən nəsə başqa bir rəy bildirsələr, bil ki, onunla heç bir əlaqəsi yoxdur. Məsələ bizim söylədiyimizdir, vəssəlam. ən səfeh, cahil təbib o təbibdir ki, belə xəstələri müalicə etmək istəyir. Onların xəstəliyi psixoloji olub, cismani halları ilə heç bir əlaqəsi yoxdur”.
Bu açıqlamasından məlum olur ki, İbn Sina geylər mövzusunda geniş tədqiqat aparmış, bu barədə digər həkimlərin rəylərinə də baxmış, hətta ola bilsin bu məsələ ətrafında həkimlərlə mübahisəsi də olmuşdur. Çünki son fikrini İbn Sina kinayə ilə, kəskin və “bəzi səfeh həkimlər” ifadəsi işlətməklə konkret kimlərəsə ünvanladığını göstərir. Bu məsələdə hər hansı təbabətlə müalicə üsulunu rədd edən İbn Sina geylərin müalicəsində yənə də hamını təəccübləndirən, ilk baxışda qəribə görünən orjinal üsul təklif edir. İbn Sina “onları döyün” deyir: “Bu məsələdə faydalı olan yeganə müalicə yolu budur ki, onlar qəmə batmalı, ac qalmalı, yuxusuzluq çəkməlidirlər. (Bir şey çıxmasa) onları döyün. Nə yolla olursa, olsun bu alçaq istəyi onlarda azaltmaq lazımdır. Bu minvalla bu həvəsi aradan qaldırmaq olar”.
Əlbəttə, İbn Sina cinsi orqanların patolojiası ilə əlaqədar, cinsi orqanlarda anadangəlmə təbii qüsuru olan xəstələr barədə ayrıca rəy bildirir və “dişi erkəklər” və ya “erkək dişilər” adlı bölümdə bu xəstələri geylərdən ayırır: “ Bəzi insanlar olur ki, onların cinsiyyət orqanı nə kişidir, nə də qadın, ikili cinsiyyət orqanı daşıyır, amma biri digərindən daha zəif və gizlidir (görsənməzdir). Belə qüsurları cərrahiyə yolu ilə yoluna qoyub müalicə etmək olar”.
Sonra İbn Sina geylər barədə verilən digər, öz zamanının məşhur həkim rəylərini söyləyir və geyliyə təbii xəstəlik kimi baxan və bu yöndən onu müalicəyə çalışan bütün rəyləri cəfəngiyyat adlandırır: “ Həkimlərdən birinin əqidəsinə görə ibnə olmağın səbəbi ibnə olan şəxsin cisminin təbiətində yatır. Zəkərə çıxan həssas və hissiyatlı damar bu insanların cismində iki qola ayrılmışdır. Çox nazik olan o qollardan biri zəkərin kötüyünə doğru getmiş və ora birləşmiş, nisbətən qalın olan o biri damar isə zəkərin başına doğru çıxıb orada yerləşmişdir. Nazik qolun canlanması və fəallığı üçün güclü qaşınmağa (qıcıqlanmağa) ehtiyac olur. əgər zəkərin dibində yerləşmiş həmin nazik damar qaşınmasa, cimadan tam ləzzət almaq olmur. Buna görə də ibnələr passiv olmağa razılıq verirlər. Bu əməllə onların nazik damarı qıcıqlanır.
Həqiqətdə bu rəy inandırıcı deyil. Bu həkimin rəyində doğru olan yeganə söz budur ki, deyir həssas bir damar zəkərin başına doğru çatır. Qalan sözlər isə cəfəngiyyatdır”.
Ən maraqlısı isə geyləri müdafiəyə qalxan, onların əməllərində təbiilik axtaran, bu işi fizioloji təbii tələbat kimi göstərməyə çalışan və bu səbəbdən onlara hüquqi haqq verməyə cəhd edən kəslərə İbn Sina çox kəskin cavab verir: “Bu barədə cürbəcür fikirlər yürüdən, fərqli rəyləri o kəslər demişlər ki, özlərinin bu rəzil işdə əlləri olmuşdur. Mən özüm belə adamların dilindən bəzi şeylər eşitmişəm. Onlar özləri mənə söyləmişlər”.
Bəlkə də, ilk baxışda İbn Sinanın bu rəyi bir az aqressiv görünə bilər. Mötəbər tarixi mənbələr İbn Sinanın dəfələrlə qəribə, psixoloji üsuldan istifadə etməklə, psixoloji şok yaratmaqla xəstələri tam müalicə etdiyini nəql edir. Biz onların hamısını burada yazsaq, oxucuları hövsələdən çıxarmış olarıq. Amma maraqlı bir faktı da qeyd emək yerinə düşərdi. İbn Sina fəlsəfi polemikalarının birində də skeptiklər (şübhəçilər, sofistlər, hər şeyə şübhə ilə baxanlar) barədə məsələnin ən optimal həlli üçün “onları döyün” üsulundan istifadə edir. Əslində, geylərin müalicəsinin həkimlikdən kənar olduğu qənaətinə gələn və məsələnin həllinə bir filosof, ictimai xadim kimi yanaşan İbn Sina skeptiklərlə polemikasında fəlsəfi məsələnin həllini bir filosof kimi nəzəri üsulla yox, həkim kimi praktik üsulla həll edir. Deyir, onlar (skeptiklər) xəstədirlər.
Qısa məlumat üçün deyək ki, Qədim Yunanıstanda antik fəlsəfə dövründə meydana gələn skeptiklər sofistlər zümrəsinə aid edilirdi. Onlar obyektiv gerçəkliyin dərk edilməsi imkanlarına şübhə ilə yanaşırdılar. Skeptiklərin ən məşhur nümayəndəsi olmuş Georgi özünün “Mövcud olmayan haqqında” əsərində üç tezis irəli sürür: “ birincisi, heç bir şey mövcud deyildir; ikincisi, nəsə bir şey mövcuddursa, onu dərk etmək olmaz; üçüncüsü, əgər o şeyi dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə çatdırmaq və ya izah etmək qeyri-mümkündür”. Skeptiklərin əqidəsinə görə insanların həqıqət bildiyi şey illuziyadır. Onlardan bəziləri “ola bilsin sənin həqiqət bildiyin, gerçək baxdığın şey bəlkə də yuxu olsun” deyirdilər. Onların özünü illuziyadan ayırıb real həyata qaytarmaq üçün İbn Sina deyir onları döyün ki, ayılsınlar. İbn Sina “Şəfa” kitabının ilahiyyat bölümündə onlar barədə deyir: “Əgər onlar paradoksal olandan imtina üsullarını qəbul etməsələr, inad göstərsələr, onlara təklif edin alovlanan tonqala girsinlər. Çünki onlara görə od və qeyri- odun heç bir fərqi yoxdur, onları döysünlər, çünki ağrı və qeyri- ağrının heç bir fərqi yoxdur, onları yeməkdən, içməkdən məhrum eləsinlər, çünki onlar üçün fərqi yoxdur”.
İbn Sinanın bu sözlərini şərh edən Molla Sədra özünün şah əsəri olan“Əsfar”ın üçüncü cildində qəribə açıqlama verir: “Bu inadın cavabı filosofun əlində deyil, bu məsələ həkimlikdir. Sövdadan ( qara ciyərlə əlaqəli) yaranan melanxoliya xəstəliyi onların zehnini fasid etmişdir... Əgər onlar oda girməkdən imtina etsələr, onlar bu əməllər ilə odun həqiqətdə varlığının sübutunu ( bir şeyin sübutunun həmin şeyin inkarı ilə fərqli olduğunu) iqrar etmiş olurlar”
Belə görünür İbn Sina həkimliyində fəlsəfəsindən, fəlsəfəsində isə həkimliyindən məharətlə yararlanmışdır. O doğrudan da bir filosof həkim, həm də həkim filosof idi.

birlik.az

Комментариев нет:

Отправить комментарий