21.05.2012

Moskvada həmyerlilərimiz arasında mini-futbol yarışı



Moskvanın Lujniki stadionun kiçik arenasında Moskva ali məktəblərinin azərbaycanlı tələbələri arasında mini-futbol yarışı keçirilmişdir. Yarışda Lomonosov adına MDU-nin, Moris Torez adına MDDU-nun, MDHEİ, Xalqlar Dostluğu insitutunun və s. ali təhsil ocaqlarının tələbələri polufinal və final oyunlarında iştirak etmişlər.

Finalda Moskva Dövlət Humanitar və Ekonomik institutunun tələbələri qalib gəlmişlər. Qeyd edək ki, bu institutun rektoru həmyerlimiz Vaqif Deyruş oğlu Bayramovdur.
Dostlarını dəstəkləmək üçün gələn azərbaycanlı və digər millətdən olan müsəlman gənclər Azərbaycan bayrağı dalğalandırmış, üçrəngli bayrağımızın rəsmini əllərinə çəkmiş və Azərbycan himnini oxumuşlar.






Комментариев нет:

Отправить комментарий