19.05.2012

İsrail xüsusi təyinatlıları Bakıdadırlar

Milli Təhlükəsizlik Nazirliyi işə yaramadı
Milli Təhlükəsizlik Nazirliyi işə yaramadı. İsrail xüsusi təyinatlıları Bakıdadırlar. Onlar Mavilərin Təhlükəsizliyin MTN-ə etibar etmirlər.

Sionist dövlətinin “Eurovision”dakı nümayəndə heyətini Azərbaycanla yanaşı bu ölkənin də xüsusi xidmət əməkdaşları ciddi mühafizə edir, motiv (guya) İrandan terror təhlükəsidir.
“Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıda olan İsrail nümayəndə heyəti ciddi təhlükəsizlik tədbirləri ilə mühafizə olunur. Bu barədə İsrailin “Ediot Ahronot” qəzeti yazıb. Bildirilir ki, İsrail nümayəndə heyəti və bu ölkəni yarışmada təmsil edən “İzabo” qrupu üçün çox sərt təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb İranın terror təhlükəsidir. Qəzetin xəbərinə görə, nümayəndə heyəti İsrailin və yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qorunur.
Xəbərdə deyilir ki, “İzabo” qrupu ilk məşqini bu həftənin əvvəlində edib, ancaq məşqdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilməyib.

Ənənəyə görə “Eurovision”da iştirak edən ifaçılar və qruplar yarımfinal məşqlərindən sonra mətbuat konfransları keçirirlər. Bildirilir ki, İsrail qrupunun ikinci məşqi mayın 17-də olub və bu dəfə qrup üzvləri mətbuat qarşısına çıxıblar. Qrupun üzvlərindən biri Şiri Hadar 5 aylıq qızını da özüylə Bakıya gətirib və onun qızı “Eurovision”un ən kiçik iştirakçısı kimi tarixə düşüb.
Qeyd edək ki, İsrail hökuməti bir qayda olaraq xarici ölkələrə səfər edən rəsmilərinin, idmançılarının və digər nümayəndə heyətlərinin İranın mümkün terror hücumlarından mühafizəsi üçün fövqəladə təhlükəsizlik tədbirləri görür. Beynəlxalq yarışlara qatılan İsrail idmançılarının təhlükəsizliyini MOSSAD agentləri və bu ölkənin kəşfiyyat strukturlarının yaxşı silahlanmış xüsusi təyinatlıları təmin edir. Bu baxımdan “Eurovision” üçün Bakıya gələn İsrail nümayəndə heyətini bu ölkənin xüsusi xidmət əməkdaşlarının müşayiət edəcəyi əvvəlcədən gözlənilirdi. Azərbaycan tərəfi yarışma ilə bağlı güclü təhlükəsizlik tədbirləri görüb, mavilərin təhlükəsizlik naziri Eldar Mahmudov yarışma ərəfəsində mətbuatda bəyanatla çıxış edərək bildirib ki, Mavilərin Təhlükəsizlik Nazirliyinin “Eurovision” yarışmasının, bu yarışmada iştirak edəcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib. Bununla belə İsrail hökuməti heç vaxt bu cür hallarda ev sahibi ölkənin gördüyü təhlükəsizlik tədbirlərinə arxayın olmur və özü də əlavə tədbirlər görür.

Комментариев нет:

Отправить комментарий