19.05.2012

“Dostum, dostum, gözəl dostum...”

Xalid Bağırov “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Vəkil Xalid Bağırov.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Xalid Bağırov.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- İnsan.

- Dost…
- Dostum, dostum, gözəl dostum...

- İlk sevginiz?
- Ümid.

- Əsas ixtisasınız?
- Hüquqşünas.


- İstifadə etdiyiniz nəqliyyat növü?
- Şəxsi avtomobil.

- Sevdiyiniz maşın markası?
- Yoxdur.

- Sevdiyiniz brend?
- Yoxdur.

- Sevdiyiniz saç düzümü?
- Uzun saçlar.

- Sevdiyiniz rəng?
- Qırmızı.

- Ən çox bəyəndiyiniz ölkə şəhər?
- Azərbaycan və İstanbul.

- Sevdiyiniz yemək?
- Çölmə-kabab.

- Ən çoxistifadə etdiyiniz söz?
- Yeri var.

- Leksikologiyanıza yad olan söz?
- Bilmirəm.

- Sizi həyacanlandıra bilər?
- Qadın, inqilab futbol.

- Ən çox sevdiyiniz kitab?
- “Tom Soyerin məcaraları”.

- Ən çoxsevdiyiniz yazar?
- Çoxdur.

- Ən çox bəyəndiyiniz ifaçı?
- “Fugees” qrupu və BQ.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Protest müsiqisi, folk-rok blyuz.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Düzü, hə.

- Mənfi xüsusiyyətiniz?
- Nəfəsim həvəsim çatmır bəzən.

- İdeal insan necə olmalıdır?
- ...

- Özünüzü ideal insan hesabedirsizmi?
- Ha-ha-ha.

- Sizi özünüzdən çıxarda bilər?
- Məsuliyyətsizlik xəyanət.

- Həyat fəlsəfənizi ifadə edin.
- Arzulmaq, inanmaq və həyata keçirmək!

- Siz xoşbəxtsinizmi?
- Yəqin.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Məncə xoşbəxtliyə düstur tapmaq lazım, o biri zatən öz-özünə var olur.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Əvvəldən diqqətli olmaq lazım idi.

- Ölüm niyə ölmür?
- Niyə ki, hər ölənlə bir nəfərin ölümü də ölür. Axı hər kəs bir dəfə ölür.

- Dinlərə münasibətiniz?
- Normal.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Rejimdən.

- Falçıya inanırsızmı?
- Qoy, o mənə inansın.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Eyni zibildir.

- Sevinciniz qədərdir?
- Vaxtım olmayıb sayım.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Sadiqliyinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Lap çox. “Ki” yıxacaq evimizi.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- İçib keçmək ya da keçib içmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Məmüniyyətlə gülürəm.

- Mənə sualınız.
- Sənin işin gücün yoxdur?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий