Aqşin YeniseyNə sevgim sevgidir, nə dərdim dərddir.
Qəlbim də köhnəlib, amanabənddir.
Bir göy gurultusu bir at kişnərtdi.
Ayır göz yaşını yağışdan indi.
Özümü öldürən naməlum kəsəm.
Qüssəm qəzəbimdir, qəzəbim qüssəm.
Yorğunam, üzgünəm, təngənəfəsəm.
Enirəm qalxdığım yoxuşdan indi.
Öldük filan gündə, filan saatda
Daha nə sən varsan, nə mən həyatda
Itdi məzarımız ayaqlar altda.
Məni, heç olmasa, bağışla indi.
Комментариев нет:
Отправить комментарий