16.08.2012

Mir Bağır - Gözlərindən çıxarıb at dalğalara

Biz buna...

Qulağıma pıçıltıyla söz demək istəyirdin
Hər dəfə görüşəndə
Sonra yaddan çıxırdı dodaqlar birləşəndə
Sabah yadıma düşər deyirdin ayrılanda
Zaman ötürdü amma...
“sevgi”dən danışanda.
Tanışlar soruşanda
Ya bilə-bilə ya da
Özümüzü zənn edib
Hardasa yad dünyada
Biz buna sevgi dedik
Paxıllığı içində boğan bir gülüş kimi
Dodaqlari aldadan ötəri öpüş kimi
çoxunu inandırdıq...

buna sevgi deyib biz başqa bir ehtirasla
əsl sevgi yaşayan neçəsini yandırdıq...
biz buna sevgi dedik....
neçə yerdə görüşdük
neçə yerdə öpüşdük
gecələr ulduzlara və aya baxa-baxa
səmaya baxa-baxa
dünyaya baxa-baxa
hər gecə qoşa ulduz
göstərib bizik dedin
onların arasında uzağlığı görmədin
mənsə gülüb üzünə gözümü döyə-döyə
özümü inandırdım bu gülünc bənzətməyə
bir gün gözündə yaşlar iz saldı yanağında
demədiyin o sözlər qurudu dodağında
indi xatırlayıram...
o gün dodaqlarımla son kəs toxundum sənə
bir gün demişdin mənə əsl sevgi yaşamır

Unut məni

Dalma mənli xəyallara
Bir yuxu tap unut məni
Yada boşluq yarananda
Oxu kitab,keç mətbəxə
Kartof soğan soya-soya
Bir az ağla...
Aç TV-ni gecə saat birdən sonra
Bax pornoya dal xəyala bala-bala
Dərindən bir nalə cəkib
Divarlara pıçıltıyla
Dönub söylə...
Sən hardasan ay Şirbala
Nəysə...
Ver həsrət ilə səs-səsə...
Çığın ötəri həvəsə
Adımı de birnəfəsə
Unut məni...
Düşünmə gecələr məni yatağında
Bir dənə rəsmim qalmasın
Çıxar tulla otağınnan
Səsimi eşitmə deyə pambıq saxla qulağında
Mp3-də səsi artır
Qonşu otaqlardan gələn
Əcaib səsləri batir
Aç səhəri...
Nəfəsi ehtras qoxan ac səhəri...
Özünü sal dar şalvara
Çıx bulvara
Gəzib avara-avara
Dənizə bax...
Gözlərindən çıxarıb at dalğalara
Foget me!!!

Комментариев нет:

Отправить комментарий