17.08.2012

ALLAH ADINA, AMERİKA EŞQİNƏ

Suriya məsələsi çoxlarının əsil simasını ortaya çıxardı

Bu gün dünya gündəmi Suriya olayları və bu ölkədə baş verənlərdir. Hər şeydən öncə bu ölkədə baş alıb gedən cinayətkar əməllər, qətliamlar ədalətsevər insanları düşünməyə vadar edir. Bu gün regionda İsrail rejiminə qarşı müqavimət hərəkatını dəstəkləyən Suriya hakimiyyəti yalnız öz tutduğu mövqeyinə görə cəzalandırılmaqdadır. Suriyada ABŞ və müttəfiqlərinin demokratiya axtardığı barədə açıqlama verənlər, ya savadsız-nadanlardır, yaxud da ABŞ-sionist mərkəzlərdən qidalanan media və şəxslərdir. Əks halda, hamı çox gözəl bilir ki, diktator Ərəbistan və Qətər rejimləri ilə birgə Suriyada demokratiya axtarışına çıxmaq özünü gülünc vəziyyətinə salmaq deməkdir.

Daha gülməlisi odur ki, Amerika güya əl-Qaidənin Suriyaya ayaq açmasınadn narahat olub! Bəllidir ki, ABŞ elə belə də danışmalıdır. Axı bu terrorçu qruplaşmanı yaradan ABŞ, onun bu ölkəyə bağlı olmamasını sübut etmək üçün başqa cür danışa da bilməzdi. Güya ABŞ minlərlə əl-qaidəniçinin Suriyanın qonşu sərhədlərindən nizamlı şəkildə Suriyaya göndərilməsindən xəbərsizdirmi? Təbii ki, yox. Suriya məsələsi, loru dildə desək, çoxlarının “maskası”nı cırdı, indiyə kimi İsrailin mənafeyinə zidd bir addım belə atmayan əl-Qaidənin kimliyini ortaya qoydu.
Bu gün əl-Qaidə ALLAH adına, amma İsrail və ABŞ eşqinə Suriya əhalisini vəhşicəsinə qətliam etməkdədir. Başları MKİ-yə bağlı olan bu təşkilat, nadan və anlamaz müsəlman cavanlarını aldadaraq “Allahu Əkbər” şüarı ilə İsrail və ABŞ yolunda döyüşdürüb, fəda edir. İsrail və ABŞ belə “Allahu Əkbər” deyənlərin dodaqlarından da öpməyə hazırdır. Çünki onlar Allah adına, ABŞ eşqinə döyüşən “mücahidlərdir”.
Amma iş bununla bitmir. 10 il öncə İslam adı ilə Türkiyədə hakimyyətə gələn Ərdoğan və onun ətrafının kimliyi də Suriya olaylarından sonra bəlli oldu. Bir neçə gün öncə, baş nazir Ərdoğanın 2003-2007-ci illərdə müavini olmuş Abdullatif Şener hazırkı hakimiyyətin əsl mahiyyətini ortaya qoydu. O, açıq-aşkar bildirdi ki, Ərdoğan “Böyük İsrail” ssenarisinə qoşulub. O, MOSSAD və İsraillə birgə iş aparmaqdadır.
Bəli, Ərdoğan və onun hakimiyyəti ABŞ, İsrail və regionun bəzi diktatorları ilə əlbir olub “Böyük İsrail” planını gerçəkləşdirmək istiqamətində səy göstərir. Artıq Türkiyə xalqı, müxalifəti və hətta AK Partiyadan olan bəzi simalar da bunu etiraf edərək, Ərdoğanın yürütdüyü səhv siyasətə qarşı çıxmaqdadırlar. Bizə isə gözləmək qalır, görək uduzanlar kimlər olacaq.

Əziz Sahiboğlu                  faktxeber.com

Комментариев нет:

Отправить комментарий